Cümə günü, 2024-04-26, 11:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Allaha qul olmaqla bəndələrin əsarətindən qurtul!
2012-10-22, 5:10 PM

Allaha qul olmaqla bəndələrin əsarətindən qurtul!


Allahın dostlarının kəraməti həm Qurani-kərimdə, həm də səhih hədislərdə təsdiqlənən bir həqiqətdir. Allah-taalanın sevdiyi qullarına qarşı dünya və axirətdə xüsusi bir münasibətinin olması Quran və hədislərdə aşkar görünür. "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!” ("Yunus", 62-64) Allahın yaxın qullarından görünən qeyri-adi hadisələrə, yəni kəramətlərə Qurani –kərimdə də işarələr vardır. Allahın kitabında bildirildiyi kimi İsa əleyhissəlamın anası hz. Məryəm hamiləlik dövründə xüsusi bir otağa çəkilmişdi. Zəkəriyyə (ə) hər dəfə onun yanına gələndə otaqda çox nadir meyvələr və digər ruzilər görərdi. Hz. Məryəm bunun Rəbbi tərəfindən gəldiyini, Allahın ona ikram etdiyini deyərdi. "Zəkəriyyə hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyyə:) "Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: "Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” ("Ali-İmran", 37) Qurani-kərimdə nəql edilən başqa bu hadisə kəramətin, yəni Allahın sevdiyi kəslərin qeyri-adi əməllərinin reallığına bir dəlildir. Eyni zamanda Qurani-kərimdə Əshabı-Kəhf hadisəsi kəramətə bir nümunə ola bilər. Bir qüdsi hədisdə də Allahın vyaxın qullarının müstəsnalığı məxsusi bir üslubda diqqətlərə çatdırılmaqdadır. Allah-taala buyurur: "Bir kimsə dostumla düşmənlik edərsə mən ona hərb elan edərəm. Qulum ona fərz buyurduqlarımdan daha sevimli olan digər şeylərlə mənə yaxınlıq qazana bilməz. Qulum mənə nafilə ibadətlərlə durmadan yaxınlaşar. Nəhayət ki, mən onu sevərəm. Qulumu sevdiyim zaman da mən onun eşidən qulağı, görən gözü, tutan əli və yürüyən ayağı olaram. Məndən nə istəsə onu mütləq verərəm, mənə sığınsa onu qoruyaram.”


Category: Digər məlumatlar | Added by: Mursəlat
Views: 734 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]