Cümə axşamı, 2024-06-20, 2:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Adi insan bunu necə görə bilər?!
2012-11-12, 9:30 AM
 Adi insan bunu necə görə bilər?!

Dünyanın sonundan Zirəddin Rzayevdı danışdı
Zirəddin Rzayev: "Əgər peyğəmbərlər axirətin vaxtını bilmirdilərsə, adi insan bunu necə görə bilər?”

- Son dövrlər dünyada, eləcə də Azərbaycanda zəlzələ, daşqın və digər təbiət hadisələri çoxalıb. Siz ölkəmiz üçün hansısa qorxulu hadisə olacağı barədə nə deyə bilərsiz?

- Mən söz vermişəm ki, Azərbaycanla bağlı proqnoz verməyim. Çünki, birini deyəndə beşini yalan verirlər. Ona görə də, çalışıram ki, Azərbaycanda jurnalistlərdən kənar gəzim. Lakin istəyirəm onu deyim ki, heç kim narahat olmasın. Zəlzələlər və digər təbiət hadisələri çoxalsa da, ölkəmiz üçün hansısa ciddi fəlakətin baş verməsini görmürəm. Əhalimizə narahat olmamağı məsləhət bilirəm.

- Deyirlər ki, dekabrın 21-də dünya bir neçə gün qaranlığa qərq olacaq. Bu barədə nələr deyə bilərəsiniz?

- Deyirlər ki, Mayya təqvimində guya 2012-ci ilin dekabrında bir neçə sutka ərzində Yer kürəsi qaranlığa qərq olacaq. Ola bilsin ki, bunu astronomlar hansısa elmi hadisə ilə izah edə bilər. Lakin mən bununla bağlı heç nə deyə bilmərəm. Ümumiyyətlə qorxulu hadisə görmürəm. Xüsusən Azərbaycan üçün heç bir təhlükə, heç problem olmayacaq. Əhali arasında yaranan iğtişaşlar, qorxular tamamilə əsassızdır.

- Bəziləri bu fikirləri 2012-ci ilin dekabrın 21-də axirətin qopacağı ilə bağlayır. Sizcə, bu fikirlər nədən yaranıb?

-Əslində bütün bu fikirlər boş söhbətdir. Hamısı cəfəngiyyatdır. Qiyamətin baş verəcəyini, qiyamətin qopacağını qabaqcadan, hətta 2 saat əvvəlcədən deyə biləcək bir adam yoxdur. Belə bir insan ola da bilməz. Çünki bunu Allahdan başqa heç kimi deyə bilməz. Bu dünyanı yaradanın cahanla bağlı öz sirridir. Əgər peyğəmbərlər axirətin vaxtını bilmirdilərsə, adi insan bunu necə görə bilər?

- Məhəmməd Peyğəmbərin (s) kalikaturasının çəkilməsi, onun təhqir olunması ilə bağlı məsələyə necə aydınlıq gətirərdiniz?

-Onu deyim ki, hər bir din Allaha xidmət edir və hər bir dinin öz peyğəmbəri var. İslam isə sonuncu və hər bir dinə hörmət edən, Məhəmməd Peyğəmbərə qədər olan elçilərin hamısını tanıyan dindir. Kimlərsə Qurani-Kərimi yandırmaqla, Məhəmməd Peyğəmbəri təhqir etməklə ağılsızlıq edirlər. Onlar əvvəl-axır öz cəzalarını alacaqlar. Allah mütləq onları cəzalandıracaq. Əslində bu hərəkətlər dinlər arasında müharibəyə qədər gətirə bilər. Bu müharibədə isə heç bir din qazanmayacaq. İtirən bəşər əhli olacaq. Çünki dinlər arasında olan müharibələr elə bizim dinsizliyimizdən irəli gəlir. Əgər xristianlar, yəhudilər, müsəlmanlar dinlərini yaxşı bilsəydilər müharibədən uzaq olardılar. Dinlər bir-birilərinin inanclarına hörmət etməlidir. (anspress)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 749 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]