Cümə günü, 2024-03-29, 10:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Səcdə ayələri
2013-03-14, 12:28 PM
Səcdə ayələri

Hz. Muhəmməd (s.ə.s) buyurur:" Bədənin Allaha ən yaxın olduğu vaxt səcdədə olduğu vaxtlardır".

Quranın beş ayəsinə səcdə ayələıri deyilir.
Onları oxuyan və ya dinləyən şəxs ayə qurtardıqdan sonra səcdə etməlidir. Qurani-Kərimdə ümumilikdə on beş səcdə ayəsi var. Onlardan dördü vacib, on biri isə müstəhəbdir. Yəni oxunulan və dinlənilən zaman yaxşı olar ki, səcdə olunsun.

"Əzaim" adlanan vacib səcdə ayələri:
"Səcdə": 15
"Fussilat",37
"Nəcm",62
"Ələq" 19

Müstəhəb səcdə ayələri isə bunlardır.
Onlara " "Məndubə surələri" də deyilir
"Ğafir" 83
"Rəd" 15
"Nəhl", 50
"İsra", 109
"Məryəm", 58
"Həcc" 18
"Furqan", 60
"Nəml", 26
"Sad", 24
"İnşiqaq", 21
Vacib səcdə ayələrini etdikdən sonra səcdə etməyi unudan şəxslər bunu xatırladıqdan dərhal sonra səcdə etməlidirlər.

Səcdə yeyilməyən və geyilməyən əşyaların üzərinə edilməlidir.

Namzdan fərqli olaraq burada dəstəmazlı olmaq, üzü qibləyə tərəf tutmaq, bədən və səcdəgahın təmiz olması və övrətin örtülü olması şərt deyil;
Səcdə ayələri radio, ya televizordan birbaşa canlı yayımla dinlədikdə səcdə etmək lazımdır. Canlı yayımla dinləmədikdə isə səcdə etmək lazım deyil.

Səcdə zikri
1. Vacib səcdə ayələrindən biri eşidən şəxs səcdəyə gedərkən istənilən zikri deyə bilər. Amma yaxşı olar ki, bu zikr oxunsun;
"La ilahə illəllahu həqqan həqqa. La ilahə illəllahu imanən və tətiqən. La ilahə illəllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbb, təəbbudən və riqqən, mustənkifən və la mustəkbirən. Bəl ənə əbdu zəlilun, zəifun, xaifun mustəcir"
Quranın vacib və müstəhəb səcdə ayələrini oxuduqdan və ya dinlədikdən sonra səcdə edən şəxsə namazda olduğu kimi, təşəhhüd və salamları demək lazım deyil. Lakin yaxşı olar ki, başını səcdədən qaldırdıqdan sonra təkbir "Allahu Əkbər" zikrini desin;

2. Vacib səcdə ayələrini öyrənmək məqsədilə oxuyan şəxslər birinci dəfə oxuduqda səcdə etməlidir, növbəti dəfələrdə oxuduqda isə səcdə etmək vacib deyil;

3. Səcdə vəziyyətində olan şəxs vacib səcdə ayələrindən birini eşitdikdə başını səcdədən qaldırdıqdan sonra yenidən səcdə etməlidir. Lakin həmin ayələri yalnız bir hissəsini oxuyan və ya dinləyən şəxslərin səcdə etməsi vacib deyil.


Vacib səcdə ayələrinin tərcüməsini oxuyan və ya dinləyən şəxsin səcdə etməsi vacib deyil.

Vacib səcdə ayələrindən birinin bir hissəsini insan özü oxuduqda, bir hissəsini isə başqasından eşitdikdə yaxşı olar ki, səcdə etsin.

Namazda səcdə ayələri

1.Gündəlik vacib namazlarda səcdə ayəsi olan və ya əzaim (vacib səcdə ayəsi olan) surələrdən başqa, "Həmd" surəsindən sonra istənilən surəni axıra qədər oxumaq olar. Lakin bilərəkdən vacin səcdə ayəsi olan surələrdən birini oxumaq namazı batil edər;
2. Namazda bilmədədn və ya unutqanlıq üzündən vacib səcdə ayəsi olan surələrdən birini oxuyan şəxs əgər həmin ayəyə çatmadan bu səhvini başa düşərsə, dayanıb yerinə başqa surə oxumalı, yox, əgər səcdə ayəsini oxuduqdan sonra başa düşərsə, namaz halında səcdə işarəsi etməli və elə həmin surə ilə kifayətlənməlidir;
3. Namaz qilarkən vacib səcdə ayələrindən birini eşidən şəxs səcdə işarəsi etməli və namazını qılıb qurtardıqdan sonra səcdə edib namazını qilib qurtardıqdan sonra səcdə edib namazını yenidən qılmalıdır.

Yaşından və cinsindən asılı olmayaraq, vacib səcdə ayələrindən birini oxuyan və dinləyən şəxs səcdə etməlidir.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1556 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]