Cümə axşamı, 2024-03-28, 7:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Qunut və dua
2013-03-14, 12:32 PM
Qunut və dua
Qunut tutularkən yaxşı olar ki, əllər üz istiqamətində səmaya doğru tutulsun və baş barmaqları istisna olmaqla, digər barmaqlar bir-birinə yapışdırılsın. Qunutda istənilən dua və zikri oxumaq olar. Aşağıda təqdim etdiyimiz dua

"La ilahə illəllahu həlimul kərim, la ilahə illəllahu əliyyul əzim. Subhanəllahi Rəbbis-səmavatis-səb-i və Rəbil ərazinəs-səb-i. Və ma fihinnə və ma bəynəhunnə və Rəbil ərşil əzim. Vəlhəmdu illahi Rəbil aləmin"

oxunarsa, daha yaxşı olar: (Kərəm və elm sahibi olan Allahdan başqa ibadət etməyə layiq bir məbud yoxdur. Uca və əzəmətli Allahdan başqa ibadət etməyə layiq bir məbud yoxdur. O pakdır, bütün eyib və nöqsanlardan uzaqdır. O Allah ki, yeddi qat göyləri, yeddiqat yerləri və onların arasında olan əzəmətli ərşin Pərvərdigarıdır). Yaxşı olar ki, qunut ucadan oxunsun (əlbəttə, bu höküm kişilərə aiddir).

Lakin camaat namazında iştirak edən şəxs qunutu imamın eşidə bilməyəcəyi səslə oxumalıdır. Qunut tutmaq vacib deyil,qəsdən tutulmadıqda belə, namaz batil olmur. Lakin qunut tutmağı unudan şəxs rükuya əliyənə qədər xatırlayarsa, rükunun

"Qunut namazın vacib hissəsi olmadığından onu istənilən dildə oxumaq olar"

sözlərini deməmiş əvvəlki vəziyyətə qayıdıb tuta bilər. Rüku halında qunut tutmağını xatırlayarsa, yaxşı olar ki, rükudan sonra qəzasını yerinə yetirsin. Səcdələrdən birində xatırladıqda isə yaxşı olar ki, namazdan sonra qəzasını yerinə yetirsin. İkirükətlik cümə namazlarında iki qunut tutulur. Onlardan birincisi, birinci rükətdə rukudan əvvəl, ikincisi isə ikinci rükətdə rükudan sonra tutulur. Qurban və Fitir bayramı namazlarında birinci rükətdə beş, ininci rükətdə isə dörd qunut tutulur. Ayət namazında yaxşı olar ki, 2-ci, 4-cü, 6-cı, 8-ci və 10-cu təkbirdən sonra qunut tutulsun. Lakin tək 10-cu təkbirdən sonra tutularsa, kifayət edər.
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 856 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]