Cümə axşamı, 2024-03-28, 9:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namazin sirleri BİR NEÇƏ SUAL-CAVAB
2013-03-14, 9:39 PM
Namazin sirleri


BİR NEÇƏ SUAL-CAVAB


Sual: Allahın bizim təşəkkürümüzə ehtiyacı varmı?
Cavab: Xeyr! Ne’mətlərin qədrini bilməyimiz Allahın bizim namazımıza ehtiyaclı olmasını göstərmir. Namaz özümüzə aid dəyər və insaf nişanəsidir. Əgər müəllim şagirdə "mənim zəhmətlərimi qiymətləndirin, yaxşı dərs oxuyun” deyirsə, şagird müəllimin ona ehtiyaclı olduğunu düşünməməlidir.
Bu iş şagirdin kamilliyə çatması üçündür.
Sual: Allahın ne’mətlərinə təşəkkür olaraq nə üçün hökmən namaz qılınmalıdır?
Cavab: Təşəkkürün zəruriliyini qəbul etdikdən sonra onun forması ilahi göstərişlərə uyğun olmalıdır. Xəstənin həkimə müraciəti zəruri olarsa, dərmandan həkimin göstərişlərinə uyğun istifadə olunmalıdır. Mə’nalı təşəkkür etməyimiz üçün Allahın istədiyi kimi təşəkkürə çalışmalıyıq. Təyyarəçi dünyanın hər bir yerində uçuş mərkəzi ilə əlaqə saxlamaq istəsə ingilis dilində danışmalıdır. Demək, təşəkkürün hansı formada olmasını Allahdan və Onun övliyalarından öyrənməliyik.
Sual: Dünya ne’mətlərinə görə təşəkkür düzdür. Bəs çətinlikdə yaşayanlar nə üçün təşəkkür etməlidir?
Cavab: 1. Çətinliklərin bir çoxunu özümüz yaradırıq. Məsələn, sağlamlıq qaydalarına riayət etmirik deyə xəstələnirik. Dərs oxumadığımız üçün inkişafdan qalırıq. Dost seçimində diqqətli olmadığımızdan çətinliyə düşürük və sair.
2. Çətinliklərdə də fayda var. Çünki çətinliklər insanı təlaşa vadar edir və iste’dadları çiçəkləndirir.
3. Acılı günləri şirin günlərlə, bəlaları ne’mətlərlə yanaşı yada salmalıyıq.

4. Bə’zən çətinliklər və bəlalar ruhun kamilliyinə, zatın təmizlənməsinə və mə’nəvi inkişafa səbəb olur; fərd Allahdan qeyrilərindən ayrılır və yalnız Onu düşünür.

Müəllif: Möhsin Qəraəti
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 916 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]