Cümə axşamı, 2024-04-25, 4:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

NAMAZIN HİKMƏT VƏ SİRLƏRİ
2013-03-29, 5:47 AM
NAMAZIN HİKMƏT VƏ SİRLƏRİ

Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. Namaz o qədər əhəmiyyətlidir ki, hətta döyüş meydanında, xəstəlik və s. şəraitlərdə belə tərk olunmamalıdır. Adəm peyğəmbərin (ələyhissalam) yaradılışından başlayaraq sonuncu peyğəmbər həzrət Məhəmmədin (salləllahu ələyhi və alihi və səlləm) dövrünə kimi bu ibadət müxtəlif formalarda yerinə yetirilmişdir.
Təəssüflə qeyd etmək lazımdır ki, hal-hazırda bəzi müsəlmanlar namaza əhəmiyyət vermir və bu ibadəti xurafat sayırlar. Onlar belə deyirlər: "Allah öz bəndəsinə qarşı çox mehribandır, namaz qılmasan da olar, təki ürəyin təmiz olsun!”
Yəqin ki, belələri müqəddəs kitabımız Qurani-Kərimin ayələrindən xəbərsizdirlər. Onlar düşünmürlər ki, hətta peyğəmbərin övladı, əmisi, yaxud həyat yoldaşı Allah-təalaya iman gətirib lakin saleh iş görməsə, axirətdə əbədi əzab içində olasıdır.
Bəziləri də namazın hikmət və fəlsəfəsindən agah olmadıqları üçün bu ibadətə etinasız yanaşırlar.
Hər bir insanın təbiətində "təşəkkür” hissi var. Məsələn, əgər avtobusda cavan bir şəxs özündən yaşca böyük birinə oturmaq üçün yer verərsə, o, istər-istəməz həmin cavana öz təşəkkür və minnətdarlığını bildirəcək. Namazın hikmətlərindən biri də Yaradana "şükr etmək” hissidir. Belə ki, biz namaz qılmaqla Allah-təalanın bəxş etdiyi sonsuz nemətlərin (hava, su, sağlamlıq və s.) qarşısında Ona təşəkkürümüzü bildirmək və möhtaclığımızı etiraf etmək istəyirik. Bu da vücudumuzda olan "təşəkkür” duyğusunun büruzə verilməsidir.
Bəziləri isə "namaz vaxtımızı alır” kimi, bir sıra bəhanələr gətirməklə ondan boyun qaçırırlar. Həqiqətdə isə Allah-təala ixtiyarımıza verdiyi 24 saatın təxminən 20 dəqiqəsinin Onun (Allah) üçün ayrılmasını istəyir. Əlbəttə ki, Allah-təalanın bizim namazlara heç bir ehtiyacı yoxdur. Əsl məqsəd budur ki, insan namaz qılmaqla kamilliyə, mənəviyyata ucalıb dünya və axirət səadətinə yetişsin.
Bir daha namazın əhəmiyyətli olduğunu yada salaraq Qurani-Kərimin "Muddəssir” və "Maun” surələrindən bir neçə ayəni zikr edirik:
فىِ جَنَّاتٍ يَتَسَاءَلُون‏عَنِ الْمُجْرِمِين‏ مَا سَلَكَكمُ‏ْ فىِ سَقَرقَالُواْ لَمْ نَكُ مِنَ الْمُصَلِّين ‏وَ لَمْ نَكُ نُطْعِمُ الْمِسْكِين‏وَ كُنَّا نخَُوضُ مَعَ الخَْائضِين‏وَ كُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّين‏" Cənnətdə olanlar (Cəhənnəmdə olan) günahkarlardan soruşacaqlar: Sizi "Səqər”ə (Cəhənnəmə) salan nədir?” Cavab verəcəklər: "Biz namaz qılanlardan deyildik, yoxsullara təam verməzdik, batilə uyanlarla əlbir idik, qiyamət gününü (dirilməyi) yalan sayardıq.”
فَوَيْلٌ لِّلْمُصَلِّين‏ الَّذِينَ هُمْ عَن صَلَاتهِِمْ سَاهُون‏
"Vay olsun, o namazqılanların halına ki, namazlarını yüngül sayarlar (Namaza əhəmiyyət verməzlər).”
Əksinə olaraq hər kəs namaza diqqətlə yanaşıb bu ibadəti layiqincə yerinə yetirsə, Allah-təala tərəfindən böyük mükafata nail olacaqdır. Belə ki, Qurani-Kərimin "Əla” surəsinin 14-15 ayələrində belə buyurulur:
قَدْ أَفْلَحَ مَن تَزَكى وَ ذَكَرَ اسْمَ رَبِّهِ فَصَلى‏
"Həqiqətən, nəfsini saflaşdıran nicat tapdı və Pərvərdigarını yad etməklə namaz qıldı.”
Rəvayətlərdə də namaza əhəmiyyət verilməsi təkidlə tapşırılır. İmam Sadiq (ələyhissalam) buyurur: "Hər kəs namazı yüngül saysa, bizim şəfaətimiz (axirətdə) ona yetişməyəcəkdir.”
Rəbbimizin öz bəndələrinə vacib etdiyi, tərk olunduğu təqdirdə əzab vədəsi verilən hökmlərin açıqlanması isə təxirəsalınmaz işlərdəndir. Uca Tanrının müqəddəs dərgahına yüksəlmək vasitəsi kimi elan olunan namazın əhəmiyyəti isə inkarolunmaz bir həqiqətdir.
‏وَ أَقِمِ الصَّلَوةَ ذِكْرِى ‏

"Məni yad etmək üçün namaz qılın.” Taha/14

الَّذِينَ ءَامَنُواْ وَ تَطْمَئنِ‏ُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئنِ‏ُّ الْقُلُوب
"Onlar iman gətirən və Allahı yad etməklə qəlbləri aram olan kəslərdir. Agah olun, yalnız Allahı zikr etməklə qəlblər aramlaşar.” Red/28

فَاصْبرِْ عَلىَ‏ مَا يَقُولُونَ وَ سَبِّحْ بحَِمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَ قَبْلَ غُرُوبهَِا وَ مِنْ ءَانَاى الَّيْلِ فَسَبِّحْ وَ أَطْرَافَ النهََّارِ لَعَلَّكَ تَرْضى

"Razı və xoşhal olasan deyə, sənə qarşı deyilən sözlərə görə səbr et və Allaha gün çıxmamışdan qabaq, gün batandan sonra, həmçinin gecənin bir hissəsində və günün işıqlığında sitayiş et.” Taha/130
Həzrət Əli (ələyhissalam) bəzi dini terminlərin fəlsəfəsini belə açıqlayır:
"Allah-təala bizi şirkdən təmizləmək üçün imanı, təkəbbürdən uzaqlaşdırmaq üçün namazı, ruzimizi artırmaq üçün zəkatı, ixlaslı olmağımız üçün orucu, dinin möhkəmlənməsi üçün həcci vacib etdi. Həmçinin, İslam dininin izzəti üçün cihadı bizlər üçün qərar verdi. Avam insanların hidayəti üçün əmr be mərufu (yaxşı işlərə dəvət), azğın insanların qarşısını almaq üçün isə nəhy əz münkəri (pis işlərdən çəkindirmək) vacib buyurdu.
Sayınızın artması üçün sileyi-rəhmi (qohum-əqraba ilə əlaqə yaratmaq), qan tökülməsinin qarşısını almaq üçün qisası müəyyənləşdirdi. Qanunlardan boyun qaçırmamaq və haramlardan uzaqlaşmaq üçün hədd (cəza) təyin etdi. Ağlımızı əldən verməməyimiz üçün şərabı haram etdi. Düzgünlüyün bərqərarı üçün oğurluğu tərk etməyi vacib buyurdu. Nəslin qorunması üçün zinanın tərk olunmasını vacib, nəslin artması üçün isə ləvatı haram buyurdu. İnkar edənlər üçün höccət və dəlil olaraq şəhadəti ərməğan gətirdi. Doğruluğa sövq olunasız deyə yalanı tərk etməyi vacib buyurdu.
Qorxudan amanda qalmaq və rabitəni qırmamaq üçün İslamı göndərdi. Camaatın gündəlik işlərinin tənzimi üçün əmanətdarlığı təyin etdi. İlahi hökumətin yüksəkliyini və imama təzimi insanlara bildirmək üçün ona (imama) itaəti vacib buyurdu.” Biharul-envar
Ey Öz bəndələrinə ata-anadan da Mehriban olan Allahım! Millətimizə yardım et, onları Öz haqq olan yoluna yönəlt və onlara namaz qılıb ibadət etmək şirinliyini dadızdır. Amin!

Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 893 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 seyidzadeazer13   (2016-02-19 1:08 PM) [Daxil et]
AMIN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]