Cümə günü, 2024-03-29, 8:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namazdan öncə təmizlik qaydaları
2013-03-14, 3:11 PM
Namazdan öncə təmizlik qaydaları

Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cənabətli olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!

"Nisa" surəsi, 43-cü ayə

Namaz qılan şəxs Allah qarşısında təmiz və pak olmalıdır. Bu yalnız mənəvi təmizliyə deyil, cismi təmizliyə də aiddir. Beləki, namaz qılınan paltar və yer nəcis və qəsbi olmamalıdır. Həmçinin namaz qılanın bədənində də nəcis olmamalıdır. Şəritimizdə qan, sidik, kal, sperma, spirtli içki, donuz, it və s. nəcis sayılır. Bundan savayı, namaz qılan şəxsin qüslu və dəstəmazı olmalıdır.

Qüsl
İnsana qüsl bir neçə yerdə vacib olur:
1. Bədəndən sperma xaric olsa (cənabət)
2. Ölən adama toxunduqda (məss-meyyit)
3. Öləndə (meyyit)
4. Qadın adəti üzrə qan görsə (heyz)
5. Qadın adətindən kənar qan görsə (istihazə)
6. Qadın dünyaya övlad gətirərkən (nifas)
7. İnsan qusl etməyi nəzir və ya əhd etsə

Qüsl almağın qaydası:
1. Niyyət (Allaha yaxınlaşmaq üçün hansı qüslun alındığı müəyyən olunmalıdır)
2. Baş və boyun yuyulur
3. Bədənin sağ tərəfi yuyulur (bundan ayağın altına qədər)
4. Bədənin sol tərəfi yuyulur (bundan ayağın altına qədər)

Dəstəmaz


Dəstəmaz almağın qaydası:
1. Niyyət (Allaha yaxınlaşmaq üçün dəstəmazın alınması müəyyən olunmalıdır)
2. Ələ su doldurulur və sağ əllə üz yuyulur
3. Sol ələ su doldurulur və sol əllə sağ əl yuyulur (dirsəkdən barmaqlarin ucuna kimi)
4. Sağ ələ su doldurulur və sağ əllə əllə sol əl yuyulur (dirsəkdən barmaqlarin ucuna kimi)
5. Əli suya vurmadan sağ əllə başa çəkilir
6. Əli suya vurmadan sağ əllə sağ ayağa çəkilir (baş barmaqdan topuğa qədər)
7. Əli suya vurmadan sol əllə sol ayağa çəkilir (baş barmaqdan topuğa qədər)
Qeyd olunmalıdır ki, dəstəmaz üzvləri (üz və əllər) yalnız yuxarına aşağı istiqamətdə yuyulmalıdır.

Dəstəmazı aşağıdakı hallarda pozulur:
1. Ayaq yoluna getdikdə
2. Mədə qazları ixrac olduqda (gəyirməyə aid deyil)
3. Yuxuya getdikdə
4. Ağıl başdan çıxsa (məsələn, insan dəli və ya sərxoş olarsa)
5. Qüsl vacib olsa

Təyəmmüm
Qüsl və dəstəmaz almağa imkan olmadığı təqdirdə, təyəmmüm edilir. Yəni insan özünü torpaqla təmizləyir. Təyəmmümü qüslun da, dəstəmazın da əvəzinə almaq olar. Təyəmmüm edilməsinin qaydası:
1. Niyyət (Allaha yaxınlaşmaq üçün təyəmmümün məqsədi müəyyənləşir)
2. Əllərin içi ilə torpağa və ya toza vurulur
3. Əllərin içi ilə alından qaşların üzərinə kimi çəkilir
4. Sol əlin içi ilə sağ əlin üzərinə çəkilir (biləkdən barmaqların ucuna kimi)
5. Sağ əlin içi ilə sol əlin üzərinə çəkilir (biləkdən barmaqların ucuna kimi)
Qeyd edək ki, yuxarıda qeyd olunan məslələrlə bağlı daha ətraflı məlumat almaq üşün şəriət risalələrinə müraciət edə bilərsiz.
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1221 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]