Cümə axşamı, 2024-04-18, 7:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namazdan necə ləzzət alaq?
2013-04-02, 8:33 AM
Namazdan necə ləzzət alaq?

Namazdan ləzzət almağın bəzi müqəddəmələri vardır ki, namazdan əvvəl yerinə yetirilir və bəzisi isə namaz zamanı. Namazdan xaricdə etməli olduğu əməllərdən biri günah etməmək və qəlbini qaraltmamaqdır.

O kəs ki, namazın qəbul olma şərtlərinə riayət edər, mələkut aləmində üzü günəş kimi parlayar. O insanların ki, bəsirət gözü açıqdır, bu nuru dünyada olarkən belə müşahidə edərlər. Ola bilsin ki, çoxları kənardan bunu görə bilməsinlər. Ancaq bəsirət əhli insanın üzünə baxan kimi onun günahkar və ya ibadətkar olduğunu başa düşərlər.

Ruhun və qəlbin nuraniliyi ibadətin təsiri ilə olur. Allah həyatın zülmətini namaz qəbul olan insanlar üçün aydın edər. Allah Quranda buyurur: "Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər’i vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin”. ("Muhəmməd” 33).

Təqvalı insanlar maddi zülmətə düçar olan zaman Allah onlara hissi nur verər. Tarixdə elə insanlar olmuşdur ki, kor olmaqlarına baxmayaraq, Quranı tilavət edərdilər. Allah o kəslərin ki, namazı qəbul olur, onlara həlimlik və səbir əta edər ki, yersiz söz danışan insanların qarşısında özlərini kontrol edə bilsinlər.

Allah bu cür bəndələrini mələklərin vasitəsilə qoruyar və dualarını yerinə yetirər. Bu cür insanlar behişt meyvə və gülü kimidirlər. Heç bir zaman solmur və xarab olmurlar. Bu cür insanlar o qədər İlahi rəngə boyanıblar ki, bu hal onda mələkəyə çevrilmişdir. Ruh və nəfsinin bir sifətinə çevrilmişdir. Onlar həmişə namazda olub, Allahı zikr etmək istəyərlər. Zikr onun ruhunu gücləndirər, həmişə Allahı xatırlayar.

Əsl meyar - namazdır. Namaz ən ali və ən şirin zikrdir. Onu ən gözəl şəkildə yerinə yetirmək lazımdır. Uzun səcdə o kəslər üçündür ki, şeytanın belini qırarlar. O kəs ki, uzun səcdə edər, gərək riyaya düçar olmasın. Səcdədən sonra gərək aynanın qarşısına keçsin və baxsın görsün möhürün yeri alnında qalıb yoxsa yox. Əgər yeri qalıbsa, gərək onu keçənə qədər sürtsün.

Günah insan ruhuna ziyan vurar və nuraniliyini aradan aparar. İnsan namaza başlayan kimi ətrafına simdən sədd çəkməlidir ki, biganələr ora daxil olmasın. Fikri dağılmasın və Allahdan başqasına getməsin.

Bir nəfər yol üstündə namaz qılırdı. Bir dəfə Məcnun möhürü görmədiyi üçün onun üstünə basıb keçir. Kişi namazını kəsir. Fəryad çəkməyə başlayır ki, niyə mənimlə Allah arasına fasilə salırsan?

Məcnun özünə gəlir və deyir: "Mən Leylaya aşiq olduğum üçün səni görmədim. Sən ki, Allaha aşiqsən, necə gördün ki, mən səninlə Allahının arasına fasilə salıram?!”.

Namaz bəziləri üçün son anda yerinə yetirilən bir vacibatdır və onu tələsik qılaraq, borclarını bu cür verməyə çalışırlar. Bununla boynunda olan yükün azaltmış olduğunu hesab edərlər.

Ancaq bəziləri də namazı vaxtında qılmağa çalışarlar. Lakin onu düzgün şəkildə və qəlb hüzuru ilə yerinə yetirə bilməzlər.

Namaz elə bir ibadətdir ki, ilk başlayan zaman malışmalara ehtiyac duyur. Bu zaman insan namaza adət edər. Ona görə də İslam dinində uşaqların yeddi yaşda namaza başlaması vurğulanır ki, yavaş-yavaş ona adət edə bilsin.

Sonrakı mərhələ isə onunla mübarizədir. O insan ki, kiçik yaşlarından namaza adət etmir, böyüyən zaman namaz onun üçün bir əziyyətə və məşəqqətə çevrilir. Ancaq o namaz ki, möminin meracıdır, təkcə sözləri təkrar etməklə bitməz. Namazda mühüm olan amil - mənalarına diqqət etməkdir. Məna ilə sözlər arasında rabitə yaratmaqdır. Çünki sözlərin o qədər təsiri olmur. İnsanın ruhi susuzluğunu aparan - nurani kəlamların İlahi suyudur.

İlahi Övliyalar bu namaz vasitəsilə merac etmiş və öz ruhlarını ən ali məqama çatdırmışdılar. Namaz ən yaxşı zikrdir ki, insanı tərəqqi etdirər və arzularına çatdırar.

Namaza adət etməyin tək yolu diqqətdir. Onun zahirinə deyil, mənasına diqqət etməkdir. Buna qəlb hüzuru deyilir. Qəlb hüzuru əldə emtək üçün namazda diqqətli olmaq lazımdır. Namazın vaxtından tutmuş, müqəddimələrinə və əməllərinə qədər. Namaz qılan gərək bunlara riayət etsin:

1. Namazı əvvəl vaxtda qılsın. Azan verilən kimi onu qılmağa çalışsın.

2. Namazdan əvvəl azan və iqaməni desin. Özünü namaz üçün hazırlasın. Zehnini gündəlik işlərdən ayırsın.

3. Namazdan əvvəl özünə diqqət etsin və özünə təlqin etsin ki, sən böyük Allah qarşısına çıxırsan. Bütün aləm Onun varlığı sayəsində mövcud olmuşdur və hər şey Ona tabedir. O, eşidən, görən və mehribandır.

4. Namazda söylədiyi ayələrin və zikrlərin mənasını bilməlidir.

5. Namazdan sonra bir neçə dəqiqə otursun və rabitəsini davam etdirsin.


(Tebyan/ Deyerler.org)
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1032 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]