Cümə axşamı, 2024-03-28, 5:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namaz qılmaq üçün məkruh olan yerlər
2013-03-29, 5:52 AM
Namaz qılmaq üçün
məkruh olan yerlər

Neçə yerdə namaz qılmaq məkruhdur o cümlədən:
1. Hamamda;
2. Duzlu (şoranlıq) yerdə;
3. İnsan ilə üzbəüz;
4. Açıq qapı ilə üzbəüz;
5. Ötənlər üçün zəhmət olmayan yolda və ya küçədə. Әgər zəhmət sayılsa orada namaz qılmaq haramdır;
6. Çıraq və od ilə üzbəüz;
7. Mətbəx və od olan hər hansı bir yerdə;
8. Quyu və ya sidik çalası ilə üzbəüz;
9. Ruhu olan insanın heykəli və ya şəkli ilə üzbəüz, amma onların üzünə pərdə çəkilsə eybi yoxdur;
10. Әr və arvadın yataq otağında;
11. Şəkil olan otaqda;
12. Qəbr ilə üzbəüz;
13. Qəbrin üstündə;
14. İki qəbrin arasında;
15. Qəbristanlıqda.
Namazın tərcüməsi
Hər bir müsəlmana vacibdir ki, namazı Allah buyurduğu kimi ərəbcə qılsın. Hər kəs namazı başqa dildə qılsa, namazının batil olmasından əlavə, İslam dininə bidət gətirərək, böyük zərbə vurmuş olur. Burada Namazın sözlərini ərəb dilindən tərcümə etməkdən məqsədimiz, siz əziz namaz qılanları, namaz əsnasında Allah müqabilində nə söylədiklərinizdən xəbərdar etməkdən ibarətdir.
Azan və iqamənin tərcüməsi
Allahu əkbər:
Allah hər şeydən ucadır.
Әşhədu əlla ilahə illəllah:
Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur.
Әşhədu ənnə Muhəmmədən rəsulullah:
Şəhadət verirəm ki, Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Allahın rəsulu və göndərdiyi peyğəmbərdir.
Әşhədu ənnə Әliyyən vəliyyulah:
Şəhadət verirəm ki, Әli (əleyhis-salam) Allahın dostu və (Peyğəmbərin haqq canişini)-dir.
Həyyə ələs-səlah:
Tələsin namaza doğru!
Həyyə ələl-fəlah:
Tələsin nicat tapmağa doğru!
Həyyə əla xəyril-əməl:
Tələsin xeyir əmələ doğru!
Qəd qamətis-səlah:
Namaz artıq bərqərar oldu.
La ilahə illəllah:
Allahdan başqa heç bir məbud yoxdur.

Fatihə surəsinin tərcüməsi
Bismillahir-rəhmanir-rəhim:
Bağışlayan və mehriban Allahın adı ilə
Әlhəmdu lillahi rəbbil-aləmin:
Həmd-səna, tərif aləmlərin pərvərdigarı olan Allah üçündür.
Әrrəhmanir-Rəhim:
O Allah ki, mehriban və rəhm edəndir.
Maliki yəvmiddin:
O, qiyamət gününün sahibidir.
İyyakə nəbudu və iyyakə nəstəin:
Yalnız sənə ibadət edir və yalnız səndən kömək istəyirik.
İhdinəs-siratəl-mustəqim:
Bizi doğru yola hidayət et!
Siratəlləzinə ən-əmtə əleyhim, ğəyril məğzubi əleyhim vələz-zallin:
O kəslərin yoluna ki, onlara nemət vermisən, qəzəb etdiyin və azğınların yoluna yox.
İxlas surəsinin tərcüməsi:
Bismillahir-rəhmanir-rəhim:
Bağışlayan və mehriban Allahın adı ilə
Qul huvəllahu əhəd:
De ki: Odur yeganə Allah.
Allahus-Səməd:
O Allah ehtiyacsızdır.
Ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd:
Doğmayıb və doğulmayıb və Ona tay olan heç bir şey də yoxdur.
Ruku və səcdələrin zikrinin tərcüməsi
Subhanəllah:
Pakizə və müqəddəsdir O Allah.
Təsbihati ərbəənin tərcüməsi:
Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər.
Allah pakizə və müqəddəsdir, tərif yalnız Allaha məxsusdur. Ondan başqa heç bir məbud yoxdur, Allah hər şeydən ucadır.
Təşəhhüdün tərcüməsi
"Әşhədu əlla ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.
Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir məbud yoxdur. Və şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Məhəmmədə və onun ailəsinə (öz) rəhmətini göndər.
Salamların tərcüməsi:
1. "Әssəlamu ələykə əyyuhən –Nəbiyyu və rəhmətullahi və bərəkatuh.”
Ey Peyğəmbər! Allahın salamı, rəhməti və bərəkəti sənə olsun!
2. "Әssəlamu ələyna və əla ibadillahis-salihin.”
Allahın salamı bizə və Allahın bütün saleh bəndələrinə olsun!
3. "Әssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.”
Allahın salamı, rəhmət və bərəkəti siz möminlərə olsun!
Namazların qılınma qaydaları
Sübh namazı:

Sübh namazı iki rəkətdir və dan yeri söküləndən sonra qılınır. Dəstəmaz aldıqdan sonra qibləyə tərəf durur və namaza başlayırıq.
1-Azan;
2-İqamə;
3. Niyyət; - (Ayaq üstə durun halda) "Sübh namazını qılıram, vacib qürbətən iləllah” sözünü qəlbdən keçirtmək. (Şəkil 13-14)
4. Təkbirətul- ehram; İki əlləri qulaqlara qədər qaldırıb "Allahu əkbər” deyərək namaza başlayırıq. (Şəkil 15)
5. Qiraət; Allahu əkbər deyib, ayaq üstə duran halda ”Fatihə” (həmd) və "İxlas” (Tovhid) surələrini oxumaq.
6. Ruku; "Fatihə” və "İxlas”surələrini oxuduqdan sonra əyilib əllərmizi dizlərimizə qoyaraq üç dəfə "Subhanəllah” demək və daha sonra dikəlmək. (Şəkil 16)
7. Səcdələr; Qiyamdan, yəni rükudan qalxdıqdan sonra səcdəyə gedərək alnımızı möhürə qoyub üç dəfə "Subhanəllah” demək. (Şəkil 17)
Qeyd etməliyik ki, səcdə halında (yeddi üzv) alın (möhürə), əllərin içi, ayaqların baş barmaqları və diz qapaqları yerə qoyulmalıdır. Burunu isə möhürə qoymaq müstəhəbdir.
—Birinci səcdədən baş qaldıraraq bir anlıq diz üstə oturur (Şəkil-18) və bir daha səcdəyə gedərək "Subhanəllah” sözünü təkrar edirik.
—İkinci səcdəni yerinə yetirdikdən sonra yenidən diz üstə oturur və bununla da sübh namazının birinci rəkətini qılmış oluruq.
8. İkinci rəkəti qılmaq üçün birinci rəkətdə ikinci səcdəni yerinə yetirdikdən sonra bir anlıq diz üstə oturur, sonra dərhal ayağa qalxaraq bir daha "Fatihə” və "İxlas” surələrini oxuyuruq.
9. İkinci rəkətdə "Fatihə” və "İxlas” surələrini oxuduqdan sonra rukuya getməzdən qabaq qunut tuturuq. (Şəkil 19) Qunutda iki əllərin içini üzümüzün önündə tutaraq (qunut üçün) əvvəldə qeyd etdiyimiz duanı oxuyuruq.
10. Qunutdan sonra rukuya gedib "Subhanəllah” sözünü üç dəfə təkrar edirik.
11. Rukudan qalxdıqdan sonra ayaq üstə durur və bir anlıq dayandıqdan sonra səcdəyə gedərək üç dəfə "Subhanəllah” sözünü təkrar edirik.
12. İkinci səcdədən sonra diz üstə oturub təşəhhüdü oxuyuruq: (Şəkil 20)
13. Təşəhhüd sona çatdıqdan sonra salamları oxuyuruq.
Qeyd: Salamları dedikdən sonra üç dəfə "Allahu Әkbər” və üç dəfə "Salavat” deyib səcdəyə gedirik, səcdə də "Şukrən lillah” və "Әfvən lillah” zikrini üç və daha artıq oxuyuruq. Səcdədən qalxdıqda isə, Həzrət Fatimeyi Zəhra (səlamullahi ələyha)-nın zikrini deyirik. Bu qeyd etdiklərmizin hamısı hər namazdan sonra müstəhəbdir.
Zöhr namazı
Günorta çağı qılınan zöhr namazı bu tərtiblədir:
1. Niyyət: "Zöhr namazı qılıram vacib qürbətən iləllah” sözünü qəlbdən keçirtmək.
2. Təkbirətul-ehram: Allahu əkbər demək.
Zöhr namazı təkbir dedikdən sonra eynilə sübh namazı kimi qılınır, lakin təşəhhüdən sonra salamları deməmiş ayağa qalxaraq üçüncü və dördüncü rəkətləri aşağıdakı göstərilən şəkildə tamamlayırıq:
1. Təsbihati-ərbəəni üç dəfə demək.
2. Rüku:
3. Rükudan qalxmaq:
4. Səcdələr:
5. İkinci səcdədən qalxmaq:
İkinci səcdədən qalxdıqdan sonra bir daha ayağa qalxır və üçüncü rəkət kimi dördüncü rəkəti belə qılırıq:
1. Təsbihati-ərbəəni üç dəfə demək:
2. Rüku:
3. Rükudan qalxmaq:
4. Səcdələr:
5. İkinci səcdədən qalxmaq:
6. Təşəhhüd:
7. Salamlar:
Әsr namazı
Әsr namazı eynilə Zöhr namazı kimidir və təkcə niyyətdə fərqlənir. Әsr namazının niyyəti belədir:
Niyyət: - "Әsr namazı qılıram vacib qürbətən iləllah” sözünü qəlbdən keçirtmək.
Zöhr və Әsr namazlarını həm bir-birinin ardınca, həm də aralarında fasilə salmaqla qılmaq olar.
Məğrib (Şam) namazı
1. Niyyət: "Məğrib namazı qılıram vacib qürbətən iləllah” sözünü qəlbdən keçirtmək.
2. Təkbirətul- ehramı demək:
3. Təkbirətul- ehramı dedikdən sonra sübh namazı kimi iki rəkət qılınır, amma ikinci rəkətdə təşəhhüddən sonra salamları deməmiş ayağa qalxıb üçüncü rəkətə məşğul oluruq.
4. Məğrib namazının üçüncü rəkəti, Zöhr namazının üçüncü rəkəti kimi qılınır, amma fərqi budur ki, üçüncü rəkəktin ikinci səcdəsindən qalxdıqdan sonra təşəhhüd və salamları deyirik:
İşa (Хiftən) namızı
İşa namazı Zöhr və Әsr namazları kimidir.
İşa namazı təkcə niyyətdə Zöhr və Әsr namazları ilə fərqlənir.
İşa namazının niyyəti belədir:
Niyyət: "İşa namazı qılıram vacib qürbətən iləllah” sözlərini qəlbdən keçirtmək.

Qadınla kişi namazlarının arasında olan əsaslı fərqlər
1. Kişilər qısa paltarla da namaz qıla bilərlər və onlara təkcə övrətlərini örtmək vacibdir. Amma müstəhəbdir ki, kişilər də təmiz və səliqəli paltar geyindikləri halda namaz qılsınlar. Qadınlar isə namzda, üzün dəstəmazda yuyulan hissəsi, biləklərə qədər əllər istisna olmaqla bədənlərinin hər bir yerini örtməlidirlər.
2. Kişinin ipəkdən və ya qızıldan paltar geyib, qızıldan istifadə etməsi haramdır və belə bir halda namaz qılsa, namazı da batil olar. Qadının isə istər namaz, istərsə də başqa hallarda ipək və qızıldan istifadə etməsi caizdir.
3. Kişiyə Sübh, Məğrib və İşa namazlarının "Fatihə” və digər tam bir surəsini ucadan, Zöhr və Әsr namazlarnın dediyimiz hissələrini isə yavaşdan oxumağı vacibdir. Bu hökm qadınlar üçün fərqlidir. Әksinə qadın Sübh, Məğrib və İşa namazlarının "Fatihə” və onun ardınca oxunan tam bir surəni naməhrəm olmayan yerdə ucadan oxuya bilər, əks halda isə ehtiyat vacibə görə ucadan oxumamalıdır. Amma bununla belə, onlara da kişilər kimi Zöhr və Әsr namazlarının qiraətini asta oxumaq vacibdir.
4. Heç bir halda namaz kişinin boynundan götürülməz, qadınlar isə aybaşı (heyz) və nifas hallarında namaz qılmamalıdırlar. Bu günlərdə qılmadıqları namazların qəzası da yoxdur. Oruclarının qəzasını isə tutmalıdırlar.
Peyğəmbər. (səlləllahu-əleyhi-və alihi və səlləm) salavat
Hər vaxt insan Peyğəmbər (səlləllahu-əleyhi-və alihi və səlləm) – in mübarək adını (Məhəmməd, Әhməd), yaxud ləqəbini, künyəsini (Mustəfa, Әbul-Qasim və s.) desə, yaxud eşitsə, hətta namaz üstündə də olsa müstəhəbdir ki, salavat göndərsin.

Həzrət Rəsuli-Әkrəm (səlləllahu-əleyhi-və alihi və səlləm) – in adını yazanda müstəhəbdir ki, salavat da yazılsın. Həmçinin daha yaxşı olar ki, hər vaxt o həzrəti yad etsə salavat göndərsin.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 4562 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]