Şənbə günü, 2024-04-27, 7:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namaz: mərifət, idrak, şüur, yəqin və diqqət üzərində olan ibadət
2013-06-15, 9:59 AM

Namaz: mərifət, idrak, şüur, yəqin və diqqət üzərində olan ibadət

 

(Həvzəh saytına istinadən)

Bir çoxları o qədər dünya nemətlərinə qərq olublar ki, hətta vacib namazlarında belə süstlük edirlər. Bu cür insanlar belə düşünür ki, hər nə qədər dünyanın ardınca qaçsalar, daha çox mal əldə edə bilərlər. Halbuki, həqiqi ruzi verənin Allah olduğunu unudurlar. Hərislik insanın ruzisini artırmaz, əksinə, ibadətin şövqünu də ondan alar. Həqiqi möminlər heç bir zaman dünyanın zahirinə aldanmazlar. Dünya onları namazdan qafil etməz. İmam Əli (ə) buyurur: "Namazın qədir və əhəmiyyətini möminlər bilirlər ki, dünyanın zinətli mal-dövləti, insanın gözünün nuru olan övladları onları özünə məşğul etməz. Necə ki, Sübhan Allah buyurur: "Elə insanlar vardır ki, dünyanın ticarət və alış-verişi onları Allahı yada salmaqdan, namaz qılmaqdan və zəkat verməkdən saxlamaz”.

Valideyn övladının namaz əhli olmasında mühüm rola malikdir. İstər-istəməz övladlarına təsir qoyar. Valideyn gərək övladının namaz qılmasına nəzarət etsin və  onları bu işə həvəsləndirsin. Bu onun dini vəzifəsidir.

İmam Əli (ə) bu haqda buyurur: "Peyğəmbər (s) behişti müjdələyəndən sonra özünü namaz qılmaqda əziyyətə salardı. Allah ona buyurur: "Ailənə namaz qılmağı əmr et və onu yerinə yetirən zaman səbirli ol”. Peyğəmbər (s) ardıcıl olaraq ailəsinə namaz qılmağı əmr edir və özü də onu yerinə yetirən zaman səbirli olur”.

Namaz elə bir ibadətdir ki, bədən  üzvləri ilə yerinə yetirilir. Ancaq mühüm olanı budur ki, namazın qəbul olması üçün namazqılan Allahı tanımalı, qəlb hüzuruna malik olmalı və Allah Təalaya diqqət etməlidir. Başqa sözlə desək, həqiqi namaz o namazdır ki, mərifət, idrak, şüur, yəqin və diqqət üzərində olsun. Əgər belə olmazsa bədənin hərəkətindən başqa bir şey olmaz.

Şübhəsiz ki, əgər namazqılan namazını mərifət və yəqinliklə qılarsa, onun şirinliyiin dərk edər. Heç bir halda bu şirinliyi əldən vermək istəməz.

İmam Əli (ə) bu haqda buyurur: "O yuxu ki, Haqqa inam və yəqinliklə olar, şəkk və şübhə ilə qılınan namazdan üstündür”.

O insan ki, namaz qılmır, mənəvi həyat köklərini qət etmiş olar. İman ruhunu məhv edər. Bu cür insan asanlıqla günah işlədə bilər. Hər bir cinayətə görə xəcalət çəkməz. "(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?»”. ("Muddəssir” 42).

Bəli, namaz qılmamaq insanı küfr atəşinə atar. Aqibəti cəhənnəmdən başqası olmaz. İmam Əli (ə) buyurur: "Ey insanlar! Namaz qılmağı öhdənizə götürün və onu hifz edin. Çoxlu namaz qılın və onunla özünüzü Allaha yaxınlaşdırın. Cəhənnəm əhlinin cavablarına məgər qulaq vermisiniz? O zaman ki, onlardan soruşalar ki, sizi cəhənnəmə nə gətirdi? Onlar deyirlər: "Biz namazqılanlardan deyildik””.

Namaz elə bir ibadətdir ki, insanın günahlarını  yuyar. İlahi bəxşişi ona şamil edər. Namaz Allah dərgahında sahibinə görə şəfaət istəyər. İnsan gün ərzində çox xata işlədə bilər, ancaq namaza dayanan zaman əgər səmimi qəlbdən Allahdan bağışlanma istəyərsə, Allah onu bağışlayar. İmam Əli (ə) buyurur: "Həqiqətən, namaz, günahları payız yarpaqları kimi tökər. Boyunda olan zəncirləri çəkər”.

Namaz əhli olaq və onu qəlb hüzuru ilə  qılmağa çalışaq.

 

Hazırladı: Məşhədi Xanım,

Deyerler.org

Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 848 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 GADİR   (2013-06-18 7:01 PM) [Daxil et]
ALLAH RAZİ OLSUN.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]