Cümə günü, 2024-04-26, 10:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Müstəhəb namazların qardalari
2013-03-14, 7:18 AM
Müstəhəb namazların qardaları

Müstəhəb namazların sayı çoxdur. Onlardan bəziləri gündəlik vacib namazlardan sonra qılınır. Bu namazlara nafilə deyilir.

Fitr və Qurban bayramının namazları isə ildə bir dəfə qılınır.
1. Bəzi namazlar isə müəyyən hadisə baş verdikdən sonra qılınır.
2. Gecəyarısından sonra qılınan 11 rükətlik namazlar Hz. Muhəmmədə (s.ə.s) vacib olsa da, digər müsəlmanlar üçün vacib deyil. Lakin qılınmasının böyük savabı var.
3. Müstəhəb namazlarda "Həmd" surəsindən sonra Quranın böyük surələrindən birini oxumaq olar. Lakin vacib namazlarda buna icazə verilmir.

Vətr və Ərabi namazlardan başqa, bütün müstəhəb namazlar iki rükət qılınır.
1. Müstəhəb namazlar azan və iqamə deyilmədən qılınmalıdır.
2. Müstəhəb namazların heç birində "Həmd" ("Fatihə") surəsindən sonra digər surələr oxumaq lazım deyil. Lakin "Həmd" surəsindən sonra oxunması şərt olunarsa, həmin surə oxunmalıdır.
3. Müstəhəb namazları gündüzlər ahəstə, gecələr isə ucadan qılmaq lazımdır.

Müstəhəb namazların qəzası qılınmır.
1. Müstəhəb namazlarda səhvə yol verildikdə səhv səcdəsi yerinə yetirilmir.
2. Fitr və Qurban bayramı namazları zöhr namazına qədər qılınmalıdır. Qıla bilmədikdə qəzasını qılmaq lazım deyil.
3. Müstəhəb namazlardan biri də Vəhşət namazıdır. Vəhşət namazı bir şəxs dünyasını dəyişdiyi gecə qılınır.
4. Hacət və istixarə namazlarını istənilən vaxt qılmaq olar. Bu namazlarda adi qayda da iki rükət qılınır.
5. Peyğəmbər və Məsum imamların ziyarətgahlarında qılınan iki rükətlik müstəhəb namazlara Ziyarət namazı deyilir.
6. Məscidlərdə daxil olarkən yaxşı olar ki, iki rükətlik Təhiyyət (salamlaşma) namazı qılınsın. Namazın niyyətində "Təhiyyət" qeyd olunsa, kifayət edər.
7. Ramazan ayının qədr gecəsində "Qədr gecəsi" nin namazları qılınır. Həmin gecələrdə qıla bilmədikdə qəzasını qılmaq lazım deyil.

Qeyd: Ərabi namazı barədə növbəti sayımızda ətraflı məlumat veriləcək.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 820 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]