Cümə günü, 2024-04-26, 5:42 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

MÜSTƏHƏB NAMAZLAR (NAFİLƏLƏR)
2013-05-09, 4:21 AM
MÜSTƏHƏB NAMAZLAR (NAFİLƏLƏR)
 
Gündəlik (17 rəkət) vacib namazlardan əlavə çox savabı olan namazlar mövcuddur. Bu namazlar vacib namazlara əlavə olunduğu üçün onlara nafilə deyilir.

Müstəhəb namazlar 34 rəkətdir. Yəni vacib namazlardan iki dəfə çox.
1. Sübh namazının nafiləsi –iki rəkət, sübh namazından əvvəl;
2. Zöhr namazının nafiləsi –səkkiz rəkət, zöhr namazından öncə;
3. Əsr namazının nafiləsi –səkkiz rəkət, əsr namazından öncə;
4. Məğrib namazının nafiləsi –dörd rəkət, məğrib namazından sonra;
5. İşa namazının nafiləsi –iki rəkət oturaq halda işa namazından sonra;
6. Gecə namazının nafiləsi –on bir rəkət sübh azanından öncə. Bu namazın səkkiz rəkəti "gecə nafiləsi”, iki rəkəti "şəf’” və bir rəkəti "vitr” adlanır.
Hədisdə buyurulur: "Nafilə namazları hədiyyə kimidir və bütün hallarda qəbul olunur.”
Müstəhəb namazlar üzərində tə’kid olunmasına baxmayaraq, bu namazlar istək və eşqlə qılınmalıdır. İnsan özünü vadar etməməlidir. Əvvəlcə çalışmalıdır ki, ruhi hazırlıq və qəlb istəyi yaransın.
İmam Riza (ə) buyurur ki, qəlblər bəzən hazır olur, bəzən isə yox! Qəlblər hazır olanda ibadət edin.
Bu səbəbdən müstəhəb namazlar vacib namazlara nisbətən asanlaşdırılıb. Bu asanlaşdırma insanları daha çox cəzb etmək üçündür.
1. Müstəhəb namazı həm oturaq halda, həm ayaq üstə qılmaq olar.
2. Müstəhəb namazda yalnız "həmd” surəsini oxuyub rükuya getmək olar.
3. Müstəhəb namazda birinci rəkətlə ikinci rəkət arasında şəkk namazı batil etmir və namazqılan şəxs onu istədiyi şəkildə davam etdirə bilər.
4. Müstəhəb namazda artıq və ya əskik kəlmələr üçün "səcdeye-səhv” yoxdur.
5. Vacib namazların məsciddə qılınması daha yaxşıdır. Lakin nafilələr haqqında belə bir göstəriş verilməyib.
Bütün bu asanlaşdırmalar insanları ibadətlərə təşviq etmək üçündür. Hətta müstəhəb namazı vaxtında qıla bilməyən şəxs onun qəzasını qıla bilər. Bir hədisə əsasən Allah-təala mələklərə buyurar: "Baxın bəndəmə! Ona vacib etmədiyimin qəzasını qılır!” (Başqa bir hədisdə belə əlavə olunmuşdur: "Sizi onu bağışlamağıma şahid edirəm”)
Başqa bir hədisdə buyurulur: "Nafilə namazı vacib namazlarda baş verən nöqsanları aradan götürür.”
Nafilə namazı insanın verdiyi sədəqə kimidir.
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 936 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]