Cümə axşamı, 2024-04-25, 5:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

İxtiyarsız səcdə
2013-03-14, 9:43 PM
İxtiyarsız səcdə 


İxtiyarsız səcdə Allahın izzət və calalı qarşısında öz kiçiklik və təvazökarlığını qeyri-ixtiyari bəyan etməkdir. Bu növ səcdə bütün varlıqlara şamil edilir, bütün varlıqlar Allah qarşısında öz kiçikliyini bildirir. Hər bir varlığın qaynağı Allah olduğuna görə, hər bir varlıq öz mövcudluğuna görə Allaha borcludur və Allahın əzəməti qarşısında səcdə halında təsəvvür edilir.

İxtiyari səcdə
Bu səcdə növü ixtiyar sahibi olanlara aiddir. Belə bir səcdə iradə və ixtiyarla gerçəkləşir. İxtiyari səcdə mömin insanların Allah qarşısında səcdəsidir. Allaha iman gətirənlər öz kiçikliyini və bəndəliyini bəyan etmək üçün səcdəyə qatlaşırlar. Təkcə mömin bəndələr ixtiyari olaraq Allah qarşısında öz kiçikliyini bildirirlər. Ancaq kafirlər belə bir səcdədən boyun qaçırarlar. Yuxarıda misal kimi gətirilən Həcc surəsi, 18-ci ayədə "insanların bir çoxunun səcdə etdiyi" vurğulanarkən möminlər nəzərdə tutulur və bunun ardınca "bir çoxuna isə əzab vacib olmuşdur" dedikdə kafirlər nəzərdə tutulur. Əslində kafirlər ixtiyari səcdədən boyun qaçırar, özlərini isə əzaba düçar edərlər.
Bu iki səcdə növündən başqa, Qurani-kərimdə daha iki növ səcdədən bəhs edilir:
1. Rəğbətlə istənilən səcdə (təbii meyldən gələn səcdə)
2. İkrahlı səcdə.

Həmin səcdələrə Rəd surəsi, 15-ci ayədə işarə edilmişdir.
Birinci növ səcdə rəğbət və istəklə edilən səcdədir. Bu səcdə insan və başqa varlıqların təbiətinə uyğun, istəkləri ilə üst-üstə düşən bir səcdədir. Məsələn, qəlbin döyüntüsü və qan dövranı, bədən üzvlərinin başqa növ fəaliyyəti, bitkilərin böyüməsi və s. təbiətə uyğun səcdə sayılır. İnsan və başqa varlıq növlərinin meyl və təbiətinə uyğun ilahi hökmlərin rəğbətlə qarşılanması bu növ səcdəyə aiddir.

Lakin ikinci növ (ikrahlı) səcdə insan və başqa məxluqun təbiətinə uyğun gəlməyə bilər. Məsələn, ölüm, bir şeyin xarab olması, xəstəlik və bəla bu qəbildəndir. İstək və meylə uyğun gəlməyən ilahi qanunların qəbul edilməsindən çəkinmək ikrahlı səcdə sayılır.


Aşağıdakı ayədə bu iki növ səcdəyə işarə edilir.
Fussilət surəsi, 11-ci ayə:
Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan Göyə üz tutdu (Göyü yaratmaq qərarına gəldi). O, Göyə və Yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!" – deyə cavab verdilər.
Bir sözlə, yaradılış dünyasında mövcud olan bütün varlıqlar, Allaha yaxın mələklərdən tutmuş, Göy və Yerdən tutmuş, Günəş və Aydan tutmuş sadə cisimlərin kölgəsinədək – hər şey və hər şey, istəsələr də, istəməsələr də Allahın iradə və nüfuzuna tabedir. Bu isə hər bir varlığın Allah qarşısında mütiliyini, kiçikliyini sübut edir ki, bu da varlıq aləminin Tanrıya səcdə məqamı kimi dəyərləndirilir.

Müəllif: Abdulla Nəsri


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 836 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]