Cümə günü, 2024-04-26, 2:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

İMAM (PİŞNAMAZ) SEÇİMİ
2013-03-14, 9:52 PM
İMAM (PİŞNAMAZ) SEÇİMİ


İmamın digərlərindən üstün cəhətlərə malik olması şərtdir. Əgər bir neçə nəfər imamlığa layiq olsa, yenə də rəvayətlərdə fərqləndirici sifətlər açıqlanmışdır. Bu rəvayətlər daha yaxşı seçim etməyi öyrədir:
1. Gözəl qiraəti olan şəxs;
2. Hicrətdə öncül olan şəxs;
3. Dinşünas və elmi üstün olan şəxs;
4. Yaşca daha böyük şəxs;
5. Qur’anla daha çox ünsiyyətdə olan şəxs;
6. Gözəl siması olan şəxs ;
7. Pişnamaz olmaqda ev sahibi qonaqdan üstündür;
8. Daimi pişnamaz məscidə təzə gələn şəxslərdən qabaqdır.
İmtiyazlar arasında alimlik məsələsinə hər şeydən daha çox diqqət verilmişdir. Hər yerdə rəhbər seçimində alimlik şərt və imtiyazdır. Hədisdə deyilir: "Xalq arasında daha biliklisi olan halda başqasının xalqa rəhbərlik və pişnamazlıq etməsi cəmiyyəti qiyamətədək süquta aparacaq.”
Əlbəttə, öncə hədisdə deyildiyi kimi imam (pişnamaz) xalq tərəfindən qəbul olunmalıdır. Bu qəbul elm, paklıq, ədalət, təvazö və yaxşı əxlaqla əldə olunur.

Unutmamalıyıq ki, bə’zən düşmənlər İslama və ruhaniyyətə zərbə vurmaq üçün imamı (pişnamazı) şayiə, töhmət və yalanla bədnam edib tənhalığa sürükləmək istəyirlər. Xalqın ayıqlığı bu şeytan planını zərərsizləşdirir. Düşmən tərəfindən gözdən salınmış şəxslərin yox, açıq-aşkar günah edib pis rəftarı ilə tanınmış şəxslərin arxasında namaz qılmaq olmaz!



PİŞNAMAZIN ƏDALƏTİ
Ədalət pişnamazlıq üçün şərtdir.
Fiqh kitablarında ədalətin tə’rifi verilmişdir. Dəyərli fəqihlər, o cümlədən, həzrət imam Xomeyni (r) buyurur:
Ədalət insanı böyük günahlar etməkdən və kiçik günahları təkrarlamaqdan çəkindirən daxili haldır.
Paklıq, təqva, günahdan uzaqlıq ədalət nişanələridir. Əhəmiyyətli olduğu üçün bu sifət İslam qanunlarında imtiyaz hesab olunur. Həm də İslami fiqh və konstitusiyada məs’uliyyətli şəxslər üçün bu sifətə malik olmaq şərtdir. Ölkənin və xalqın mühüm işləri ədalətli şəxslərin əli ilə həyata keçməlidir.
Ədalətlə şərtlənən bə’zi məsələlərə işarə edək:
İbadət məsələlərində pişnamaz ədalətli olmalıdır; siyasi ibadət məsələlərində, məsələn cümə namazında xütbə oxuyan və imam ədalətli olmalıdır; məclisə deputatlıq və qanunların hazırlanması kimi hüquqi və siyasi məsələlərdə nəzarət şurasına daxil olan ədalətli fəqihlərin nəzəri mö’təbərdir; haqqı sahibinə qaytarmaq kimi hüquqi məsələlərdə ədalətli şəxslər şahidlik etməlidir; tərbiyəvi məsələlərdə ədalətli şəxslər zalım və günahkarların əleyhinə şəhadət verdikdə islami hədd icra olunur; iqtisadi məsələlərdə "beytul-mal” ədalətli şəxslərə tapşırılmalıdır; xəbərlərin yayılması və nəşr olunması kimi ictimai və mədəni məsələlər ədalətli şəxslərə tapşırılmalıdır. Günahkar şəxsin verdiyi xəbərə yalnız təhqiqat apardıqdan sonra e’timad göstərmək olar; ali hərbi komandan seçilərkən şəxsin ədalətli olması şərtdir.
Demək, İslam quruluşunda, ictimai məs’uliyyətlərin tapşırılmasında və yaşayışın nizamlanmasında ədalət mühüm prinsiplərdəndir.

Müəllif: Möhsin Qəraəti
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 812 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]