Cümə axşamı, 2024-04-18, 3:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Ğüfeylə namazı
2013-03-14, 12:31 PM
Ğüfeylə namazı - şam və xüftən namazları arasında qılınır. Bu namazın vaxtı gün batdıqdan sonra məğrib tərəfdə qızartı çəkilənə qədərdir.
Dinimizdə vacib namazlarla yanaşı, vacib olmayan bir sıra müstəhəb namazlar da vardır. Onlara nafilə namazları deyilir. Nafilə namazlarından biri də ğüfeylə namazıdır.

Hz. Muhəmməd (s.ə.s) ğüfeylə namazı barəsində buyurur: "Sizə məğrib namazı ilə şam namazı arasında iki rükətlik ğüfeylə namazını qılmağı tövsiyyə edirəm. Hər ay bu namazı qılan kəslər müttəqilərin, hər il qəlanlar isə əməlisalehlərin cərgəsində olarlar. Onu hər cümə günü qılanlar isə həqiqi namaz qılanlardan hesab olunarlar. Bu namazı hər gecə qılanlar isə Cənnətə mənimlə birgə girər və bu namazın savabını Allahdan başqa kimsə bilmir."

1.Füğeylə namazı iki rükət qılınır.

Digər namazlardan fərqli olaraq ğüfeylə namazında " Həmd" ("Fatihə") surəsindən sonra tam surə deyil, xüsusi ayələr oxunur. Birinci rükətdə "Həmd" surəsi oxunduqdan sonra həmin surənin yerinə bu ayə oxunur: (Və zənnunə izzəhəbə muğazibən fəzənnə ən lən yəqdirə ələyhi. Fənadə fizzulumatı ən la ilahə illa əntə. Subhanəkə inni kuntu minəzzalimin. Fəstəcəbna ləhu və nəncəynəhu minəlğəmmi və kəzalikə nincil muminun). (Biz onun (Yunusun) duasını qəbul buyurduq və onu (balığın qarnından) qəmdən qurtardıq.Biz möminlərə belə nicat veririk)

2.İkinci rükətdə isə "Həmd" surəsi oxuduqdan sonra həmin surənin yerinə bu ayə oxunur:

(Və indəhu məfatihul ğəybi la yələmuha illa huvə və illa huvə və yələmu ma fil bərri vəl bəhri və ma təsqutu min vərəqətin illa zulumatı ərzi və la rətəbin və la yabisin illa fi kitabın mubin) (Qeybin açarları onun yanındadır, onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lovhi-məhfuzda) olmasın).

3. Qunutda bu dua oxunur:

(Allahummə inni əsəlukə biməfatihil ğəybilləti la yələmuha illa əntə ən tusəlli əla Muhəmmədin və alir Muhəmməd və ən təfəl bi kəza və kəza). (Allahım! Səni and verirəm o qeyb xəzinələrə ki, onlardan yalnız sən xəbərdarsan. Muhəmməd (s.ə.s) və onun ailəsinə salam və salavat göndər və mənim bu istəyimi yerinə yetir).

4. Kəza və Kəza sözlərinin yerinə istənilən istək və hacəti diləmək olar.

Daha sonra fasilə vermədən bu dua oxunur: (Allahummə vəliyyu niməti vəl qadiru əla tələbəti tələmu hacəti fəsəlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd ələyhi və ələyhimussəlam ləmma qəzəytəha li). (Allahim, mənə nemət verən Sənsən və mənim istəklərimi rəva etməyəsən. Səni Muhəmməd və onun ailəsinin haqqında and verirəm ki, istəyimi yerinə yetirəsən).

Ğüfeylə namazı şam (məğrib) namazlarından sora üfüqdəki qızartı təmamilə aradan gedənə qədər qılınır. Ğüfeylə namazında "Həmd" surəsindən sonra ayrı-ayrı ayələr onunduğu zaman əvvəlində "Bismillahir-Rəhmanir Rəhim" ayəsini demək lazım deyil.
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1092 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]