Şənbə günü, 2024-04-20, 4:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

GECƏ NAMAZI QILMAĞIN DÜNYƏVİ FAYDALARI
2013-03-14, 2:59 PM
GECƏ NAMAZI QILMAĞIN DÜNYƏVİ
FAYDALARI



İmam Həsən Əsgəri əleyhissalam İbni Babəveyh Qumiyə yazdığı bir məktubda ona üç dəfə gecə namazı qılmağı tövsiyə edir. (Ələykə bisəlatilləyli).
İndi isə nümunə üçün gecə namazının bir neçə dünyəvi və bir neçə axirət faydalarını qeyd edirik:
Gecənin axır vaxtlarında yuxudan durub gecə namazı qılmaq cismi sağlamlığa səbəb olur. Həzrət Əli əleyhissalam-dan rəvayət olunub ki, «Hər kəs çox yatsa, xüsusilə də sübh vaxtı, bədənində ağırlıq və kəsalət olar.»
Gecə namazı gözün nurunu artırır, ruzini bol edir, məhəbbətə səbəb olur. Bir hədisdə buyurulur ki, bir qadın Həzrət İmam Sadiq əleyhissalam-ın yanına gəlib dedi: Ey Peyğəmbərin övladı, ərim məni çox istəmir, mən nə edim? Həzrət buyurdu: Get gecə namazı qıl. O qadın bir müddətdən sonra yenidən həzrətin hüzuruna gəlib təşəkkür edərək dedi ki, o vaxtdan bəri ərim məni istədiyi qədər heç kəsi istəmir. Həzrət buyurdu ki, Allah rəhmət eləsin o qadına ki, gecə namazına durub ərini də namaza oyatsın, həmçinin, Allah rəhmət eləsin o kişiyə ki, özü gecə namazına qalxıb arvadını da namaz üçün oyatsın.


GECƏ NAMAZININ AXİRƏT FAYDALARI


Allah taala gecə namazı qılan şəxslərlə iftixar edir. Gecə namazı qəbirdə, Siratda, Mizanda onu qılan şəxs üçün bir nurdur. Allah gecə namazı qılanlardan razıdır, onları elə bir məqama çatdırar ki, bu əməli yerinə yetirmədən bir kəs həmin məqama çata bilməz. Zəhmət çəkmədən xəzinə tapmaq olmaz, sə`y edib çalışanlar muzd ala bilər.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 856 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]