Şənbə günü, 2024-04-20, 1:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Gecə namazı
2013-03-14, 7:33 AM
Gecə namazı
" (Ggecənin yarısına qədər, yaxud bir qədər ondan az; Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üşdəikisindən çox olmasın!). Həm də (gecə ibadət etdiyin zaman)aramla )ağır-ağır) Quran oxu!" ("Müzəmmil" surəsi, ayə 3-4)

Gecə namazı müstəhəb namazların arasında böyük savab və fəzilətə malikdir.

Vaxtı: Gecə namazı gecənin yarısından sübh namazına qədər qılınır. Yaxşı olar ki, sübh namazına yaxın, həmçinin fasilələrlə qılmasın.

Qaydası: Gecə namazı 11 rükət qılınır. İlk öncə "gecə namazı nafiləsi niyyəti ilə" 4 ədəd 2 rükətlik namaz qılınır. Sübh namazı necə qılınırsa , gecə namazının nafiləsi də eyni qaydada qılınır, fərq yalnız niyyətdədir.

İkinci mərhələdə 2 pükətlik "şəf" namazı qlınır. Burada da fərq yalnız niyyətdədir.

Və nəhayət üçüncü mərhələdə 1 rükətlik "vitr" namazı qılınır. Vitr namazı qılarkən həmd və surədən sonra rukudan əvvəl qnut tutulur və qunutda ardıcıllıqla bu zikrlər deyilir:

1. 70 dəfə "əstəbfurullahə rəbi və ətubu iləyh".

2. Allahdan 40 möminin bağışlanması dilənilir. (Allahumməğfir lir filan-filan sözünün yerinə nəzərdə tutulan adı çəkilir).

3. 300 dəfə "əl-əkv" zikri deyilir.

4. Allahummə aza məqamun Əuzu bikə minənnar- zikri oxunur. Vaxt az olduqda tək "şəf-i" və "vitr" namazlarını qılmaq olar.

Peyğəmbər (s.ə.s) buyurur:" Allah-Təala dünyaya vəhy edərək buyurur:" Sənə xidmət edənləri yox, səni tərk edənlərə xidmət et. Bəndəm gecənin bir yarısında xəlvətdə ibadət və münacatla məşğul olarsa, onun qəlbini münəvvər edərəm (nurlandıraram). O "Ya Rəbb! Ya Rəbb! - dediyi zaman ona belə xitab edərəm. "Buyur, ey mənim bəndəm, hər nə istəyirsənsə istə, Mən də sənə bəxş edim. Sonra mələklərimə belə xitab edərəm "Bəndəmi bağışladığıma sizdə şahid olun".

"Gecəyarısı qılınan 2 rükətlik namaz mənim üçün dünya və onun işindəkilərdən daha sevimlidir".

İmam Əli (ə): «Gecə (ibadəti üçün) oyaq qalmaq, müştaqların (Allahla ünsiyyət axtaranların) gülüstanıdır». (Ğurərul-hikəm, hədis 666)

İmam Sadiq (ə): «Quranda gecə namazından başqa bəndənin gördüyü hər bir xeyir iş üçün savab vardır. Gecə namazı Allah-Taalanın yanında o qədər əhəmiyyətlidir ki, O, onun savabını məlum etməmiş və buyurmuşdur: «Yanları yataqlardan ayrılar… Onlar üçün etdikləri əməllərə görə gözlərinin işığına səbəb olacaq nə mükafat hazırladığımı heç kəs bilməz (Səcdə surəsi, ayə 16)». (Biharul-ənvar, c.8, səh.126)

Allahın Peyğəmbəri (s): «Namaz qılmaq üçün gecənin bir hissəsini oyaq qalmağı niyyət edən, amma yuxuya qalan elə bir bəndə yoxdur ki, onun yuxusu, Allahın onun tərəfindən verdiyi sədəqə və etdiyi niyyət, bir savab kimi onunçün yazılmasın».(Kənzul-ummal, hədis 21475)
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1459 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]