Cümə günü, 2024-04-26, 5:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Dəstəmazın Sirləri və hikməti
2013-03-14, 9:26 PM
Dəstəmazın Sirləri və hikməti


Dəstəmaz zamanı oxunan duadan öyrəndiyimiz dərslərdən biri də budur ki, insan bütün hallarda bəndəlik ədəb-ərkanına riayət etməli, Allahı xatırlamalı və dünya işlərində Axirəti yada salmalıdır.

İmam Sadiqin (ə) kəlamına əsasən, Allah suyu Ona yaxınlaşmağın və münacatın kilidi qərar vermişdir. Su, zahiri natəmizlikləri aradan aparır, İlahi rəhmət isə bəndələrin günahlarını yuyur. Allah-Təala suyu həyat və bütün nemətlərin davamı mənbəyi qərar verdiyi kimi, ibadətləri də Öz fəzl və rəhməti ilə qəlbin həyat mənbəyi qərar vermişdir. Elə isə sən su kimi saf və pak olmalısan. Allah suyu pakedici etdi. Sən də qəlbini və ruhunu təqva və yəqinlə paklaşdır.

İmam Rza (ə) buyurur: «Allah ona görə dəstəmaz almağı əmr etmişdir ki, bəndə Allahın hüzurunda münacat üçün dayananda zahiri natəmizliklərdən pak olsun, süst və halsız olmasın və pak qəlblə Allahın dərgahında dayansın.

Dəstəmaz alarkən üzü və əlləri yumaq, baş və ayaqlara məsh çəkmək vacibdir. Çünki bəndə Allahın hüzurunda dayananda onun dəstəmaz üzvləri mənalar ifadə edir; mütiliyini çöhrəsi ilə, istək və duasını əli ilə, yalvarış və naləsini başı ilə bildirir. Rüku və səcdədə başı Allaha tərəf olur, ayaqları ilə oturub durur”

Batinin və Ruhun paklığı

Şəriət namaz qılanın məkanının, paltarının və bədəninin pak olmasını göstəriş verir. Bunu bilən hər bir aqil şəxs batinin paklığından qafil ola bilməz. Allah batinə baxdığından, onun paklığı daha mühümdür və bəndə zahirdən çox, batinin paklığına diqqət yetirməlidir. Batini, «nəsuh tövbə” (Həqiqi tövbə) ilə pak etmək lazımdır.

Namaz üçün tövbə, dəstəmazdan daha mühümdür. Həqiqi tövbə odur ki, bəndə Allahdan qeyrisindən Allaha, İlahi qəzəbdən İlahi razılığa, uzaqlıqdan yaxınlığa, zülmətdən nura, cəhalətdən elmə, bədbəxtlikdən xoşbəxtliyə və günahdan itaətə qayıtsın. Həmçinin elm, iman, hal və əməl baxımmdan da kamillik mərtəbəsinə çatsm.

Tövbə edərkən batini həsrət suyu ilə günahlardan paklamaq, daim günahı etiraf etmək, keçmiş pis əməllərdən peşman olmaq və ömrün qalan hissəsində isə günah etməkdən qorxmaq lazımdır. Günahları kiçik saymaq olmaz. Əldən çıxmış ibadətlər üçün qüssələnmək, nəfsi istəklərdən əl çəkmək və tövbəyə vəfadarlıq etmək üçün Allahdan kömək diləmək lazımdır. Həqiqi tövbə budur!

Böyük Günahlar.

Tövbə, «günahlardan qayıdış»dır günah -istər kiçik olsun, istərsə də böyük. İmam Sadiq (ə) buyurur: «Quranda böyük günahlar yeddidir: Allaha küfr, insan öldürmək, ağvalideyn olmaq, sələm, yetimin malını yemək, müharibədən qaçmaq və hicrətdən sonra yenidən bədəviliyə qayıtmaq». (İman gətirəndən sonra yenidən cahiliyyət adət-ənənələrinə qayıtmaq)

Müxtəlif hədislərdə digər böyük günahlar haqqında da nəql olunmuşdur: İlahi rəhmətdən naümid olmaq, Allahın qəzəbindən arxayınlıq, zina töhməti vurmaq, cadugərlik, zina, yalan and, vacib zəkatı verməmək, yalan şahidlik, şahidlik etməmək, namazı və ya digər vacib əməllərdən birini qəsdən tərk etmək, əhdi pozmaq, qohumlarla əlaqələri kəsmək, oğurluq, şərab içmək, murdar (Ölü və ya qeyri-şəri kəsilən heyvan əti) və donuz əti yemək, haram yemək, qumar, çəkidə aldatmaq, ləvat (Həmcinsbazlıq), zalımlara kömək etmək, adamların haqqını ödəməmək, yalan, təkəbbürlük, bədxərclik, xəyanət, həcc ziyarətinə etinasızlıq, Allah övliyaları ilə müharibə etmək, boş işlərlə məşğul olmaq, eyni günahı təkrar etmək, Əhli-beytin (ə) haqqını (xums) danmaq. Xülasə, Allahın Cəhənnəm vədəsi verdiyi hər bir günah böyük günahlardandır.

İmam Sadiq (ə) buyurur: «Allahın Rəsulu (s) buyurub: «Kiçik sayılan günahlardan çəkinin! Çünki onlar bağışlanmayacaq». Soruşdular: «Kiçik sayılan günahlar nədir?» Peyğəmbər (s) buyurdu: «Bir kəs günah edə və deyə: «Kaş (bütün) günahlarım bunun (kimi) olaydı».

Axirət nemətləri, Cənnətin müxtəlif və daimi ləzzətləri haqqında düşünmək, həmçinin İlahi əzabın şiddətini və Axirətin həsrət və əzablarını təsəvvür etmək insanın həqiqi tövbə etməsinə səbəb olar. Ölümün və can verməyin çətinliyi, ölümdən sonrakı çətinliklər, qəbrin xofu, zülməti və tənhalığı haqqında düşünməyin böyük əhəmiyyəti vardır.

Dünya vəfasız və aldadıcıdır; min kürəkənin gəlinidir; hər an bir dəstəni ayrılıq və müsibətə giriftar edir. O qədər dünyapərəstlər, qüdrət sahibləri və padşahlar olmuşdur ki, ölüm onları yaxalamış və torpağm əsiri olmuşlar. Bütün bunlarda saysız ibrətlər vardır ki, agah qəlbləri Axirətə və batininin paklığına sövq etdirir.

Dəstəmazlı olmaq.

İnsanın bütün hallarda, xüsusilə elm öyrənənlərin dəstəmazlı olması müstəhəbdir. Hər dəstəmazın ardınca 2 rükət namaz qılmaq müstəhəbdir. Mənim ustadlarımdan bəzisi belə tövsiyə edirdi: «Bu 2 rükət namazdan sonra səcdəyə gedin və səcdədə Allahdan sizə öz mərifət və məhəbbətini əta etməsini diləyin».

Dəstəmazın vacib olduğu yerlər.

Aşağıdakı işlər üçün dəstəmaz almaq vacibdir: vacib və müstəhəb namaz, vacib təvaf, Quran yazısına, Allahın və Məsumların (ə) adlarına toxunmaq və Quran yazmaq üçün.

Aşağıdakı hallarda dəstəmaz almaq müstəhəbdir:

Dəstəmazlı olmaq, müstəhəb təvaf, məscidə daxil olmaq, vaxtı çatmazdan qabaq vacib namaza hazırlaşmaq, Quran qiraəti, hacət istəmək, yatmaq, səfərdən qayıdanda evə daxil olmaq, meyyit namazı və s. işlər üçün.

Qüslun hikmətləri və sirləri.

Qüsldən (istər vacib olsun, istərsə də müstəhəb) alınan dərslər eynilə dəstəmazdan alınan dərslər kimidir. Bir fərqlə ki, qüsl verərkən bütün bədən yuyulur, yəni zahiri natəmizliklərin hamısı paklanır. Buna görə də qəlbi, canı və batini bütün çirkinliklərdən pak etmək lazımdır.

Qüsl zamanı «Bismillah» demək, nəql olan duaları oxumaq (İlahi! Qəlbimi pak et və sinəmi genişləndir...) müstəhəbdir. Bu duaların məzmunu bu incəliyi aşılayır ki, əsas hədəf və məqsəd, qəlbin paklığı və genişliyidir (dözümlülük və səbr). Qəlbin paklığının nişanəsi, dünyaya bağlılıqdan xilas olmaq və Axirətə rəğbət göstərməkdir. Bir kəs «özünü tanıma» nuru ilə Allahı tanımağa yetişsə, mələkuti insan olar; dünyanın batinini görər, tanıyar və mənəviyyatın qələbəsinə görə Cənnətə daxil olar.

Dərslər və ibrətlər.

Cismin paklığı məscidə daxil olmağın, namaz qılmağın maneəçiliyini aradan qaldırdığı kimi, ruhun və batinin paklığı da əbədi Axirət aləmi üçün çalışmağın maneələrini aradan qaldırır və insana elə bir «şuhud mərifəti» bəxş edir ki, onun vasitəsilə, Allah dərgahında olanların insanlarda olanlardan daha üstün olduğunu anlayır. Həmçinin, dünyanın aldadıcı və göz qamaşdırıcı olduğunu dərk edir.

Hər hansı bir müqəddəs yerdə, müqəddəs bir gündə və şərəfli bir münasibətlə Allahın sevimlisi olmaq ümidi ilə qüsl etmək müstəhəbdir. Müstəhəb qüsllər barəsində fiqh kitablarında ətraflı şəkildə yazılmışdır.
Ihq.az
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 921 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]