Cümə günü, 2024-04-26, 7:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Dəstəmaz ayəsinin təfsiri
2013-03-14, 7:07 AM
Dəstəmaz ayəsinin təfsiri

ا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ وَإِن

كُنتُمْ جُنُبًا فَاطَّهَّرُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مَّنكُم مِّنَ الْغَائِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ مَا يُرِيدُ اللّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـكِن يُرِيدُ لِيُطَهَّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ



TƏRCÜMƏ:

«Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaq-yolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.»



TƏFSİR:

Keçən ayələrdə cismi pakizəlik və maddi nemətlər barəsində müxtəlif mövzular irəli çəkildi. Bu ayədə isə insan ruhunun paklığına səbəb olan məsələlər qeyd edilir, ruhun səfalı və pak olmasına səbəb olan dəstəmaz, qüsl və təyəmmümün hökmlərindən böyük bir qismi bəyan edilir. Əvvəlcə imanlı şəxslərə xitab edilərək dəstəmazın hökmləri aşağıdakı ardıcıllıqla bəyan edilir: Ey iman gətirənlər! Namaz üçün qalxanda üzünüzü və əllərinizi biləyə qədər yuyun, başınızın, eləcə də ayağınızın üstünə – ayağın üstündəki çıxıntıya qədər məsh çəkin.

Buna əsasən, ayədə qolun yalnız yuyulacaq miqdarı qeyd olunur, amma onun necə yuyulması Əhli-beyt (ə) vasitəsi ilə bizə gəlib çatan Peyğəmbər (s) sünnəsində bəyan olunmuşdur. Bu da qolun dirsəkdən başlayaraq barmaqların ucuna tərəf yuyulmasıdır.

Sonra qüslün hökmü izah edilir və buyurulur: Əgər cünub olsanız, qüsl edin. Aydındır ki, «fəttəhhəru» cümləsində məqsəd bədənin hər yerinin yuyulmasıdır. «Nisa» surəsinin 43-cü ayəsində də qeyd olunduğu kimi, «cünub» uzaqlaşan deməkdir. Cənabətli şəxsin «cünub» adlandırılmasının səbəbi həmin halda namazdan və paklıqla şərtlənən digər işlərdən çəkinməli olmasıdır.

Yuxarıdakı ayədə «əgər cünub olsanız, namaz üçün qüsl edin» deyilməsindən məlum olur ki, cənabət qüslü dəstəmazın əvəzinə də kifayət edir.

Daha sonra təyəmmümün hökmləri belə bəyan edilir: Əgər yuxudan qalxıb namaz qılmaq istəsəniz, xəstə, yaxud müsafir olsanız, ya sizin hər hansı biriniz ayaq yolundan qayıtsa, yaxud qadınlarınızla yaxınlıq etmisinizsə, bütün bu hallarda su tapa bilməyirsinizsə, pak torpaqla təyəmmüm edin.

Təyəmmümün alınma qaydası icmali şəkildə belə bəyan edilir: Əllərinizi pak torpağa vurun, əllərinizdə qalan torpaqla üz və əllərinizə məsh edin.

Ayənin axırında bu göstərişlərin heç birində müsəlmanlar üçün çətinlik qoyulmadığını, onların hamısının nəzərə çarpacaq dərəcədə məsləhət xatirinə bir qanun olduğunu bəyan etmək üçün buyurulur: Allah sizin zəhmətə, məşəqqətə düşməyinizi istəmir, əksinə, Onun nemətlərinə şükr edəsiniz deyə, sizi pak etmək və Öz nemətlərini sizə tamamlamaq istəyir. Həqiqətdə şərif ayə bir daha bu həqiqəti çatdırmaq istəyir ki, bütün ilahi göstərişlər və İslamın mütərəqqi proqramları insanların mənafeyinin qorunması istiqamətində qoyulmuş və bundan başqa heç bir şey nəzərdə tutulmamışdır. Allah-təala bu göstərişlərlə bəndələrə həm ruhi, həm də cismi paklıq bağışlamaq istəyir. Şərif ayənin axırıncı cümləsi ümumi bir qaydada buyurur ki, ilahi hökmlər heç bir halda məntiqsiz zərurət deyildir.

iman.ge
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 810 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]