Çərşənbə günü, 2024-04-24, 2:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Dəstəmaz alanda da israf etməməli
2013-03-15, 9:35 PM
Dəstəmaz alanda da israf etməməli

 İslam dini bizlərə işlərimizdə mötədil olmağı tövsiyə edir. Bu, bir müsəlmanın hər bir işinə: həm fərd, həm ictimai işlərinə aiddir. İbadət işlərində də insan mötədil olmalıdır. Kəmiyyəti deyil, keyfiyyəti düşünməlidir. İnsan infaqda da mötədil olmalıdır. "Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan”. ("İsra” 29).


Başqa bir mövzu isə dəstəmazdır. Bəziləri o qədər tez dəstəmaz alırlar ki, əllərinin bəzi yerlərini yumazlar. Bəziləri isə o qədər vasvasıdırlar ki, dəstəmazı batil edərlər. Bunların hər ikisi qadağan edilmişdir.

İmam Əli (ə) buyurur: "Sağ və sol dindən uzaqlaşmaqdır. Siratül-müstəqim isə həqiqi yoldur”.

O kəslər ki, israf edirlər, ya məsələni tam bilmirlər, ya da diqqət etmirlər. Ona görə də bəzən dəstəmaz almaq üçün onlarla litr su israf edirlər. Bu dəstəmazla Allah qarşısında dayanmaq istəyirlər. Ancaq çox heyf ki, onu günah olan israfla bir yerdə edirlər. Allah buyurur: "Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. ("Əraf” 31).

Ustad Qiraəti deyir: "Əgər imam-camaat dəstəmaz alan zaman suyu çoxlu israf edərsə, ona iqtida etmək olmaz. Çünki israf etmişdir və israf da günahdır ki, onu ədalətdən xaric edər”.

Mərhum Mərəşi-Nəcəfi çox böyük alim idi. Bütün yaxşı sifətlər onda cəm olmuşdu. Həmişə sübh namazından bir saat əvvəl Həzrət Məsumə (s.ə) məscidinə gələrdi. Məscidin yuxarı hissəsində əyləşərdi. İstiftatlarına cavab verir və gecə namazını qılırdı. Sonra sübh azanına yaxın məscidin xadimlərindən biri çox da dolu olmayan bir stəkan su gətirərdi. Elə həmin yerdə dəstəmaz alardı. Bir dəsmalı var idi, onu açar və dizinin üzərinə qoyub dəstəmaz alardı. Bəzən bu sudan bir qədər hətta qalardı.

Hədislərdə oxuruq ki, Peyğəmbərimiz (s) də bir müdd su ilə dəstəmaz alardı. Hətta müstəhəblərini də bu qədər su ilə həyata keçirərdi. Bir müdd təqribən 800 qramdır. Həzrət üç litr su ilə qüsl alardı. Bu hədisdən belə nəticə çıxartmaq olur ki, əgər həqiqətən Peyğəmbərin (s) ümməti olmaq istəyiriksə, gərək bu deyilənlərə əməl edək.

Həzrət Peyğəmbər (s) buyurur: "Dəstəmaz su bir müddür və qüsl suyu üç litr. Məndən sonra yaxın gələcəkdə elə insanlar gələcəkdir ki, bu qədər suyu az hesab edəcəklər. Bu cəmiyyət mənim sünnətimə qarşıdırlar. Hər kim mənim sünnətimdə möhkəm olarsa, Həziri-Qudsda (behiştdə) mənimlə olacaqdır”.

Bəli, bu hədis bizə xəbərdarlıq edir ki, suyu israf etmə, çünki israf etmişlərdən olarsan. Bu zaman Peyğəmbər (s) sünnətinə qarşı çıxmış olarsan. O kəs ki, Həzrətin sünnətinə qarşı çıxar, ziyan görənlərdən olar.

Bəzi insanlar qüsl alan zaman o qədər su israf edirlər ki, bu suyu torplasan, bir hovuz dolar. Hədislərə görə bu cür insan şeytana itaət etmiş olar.

Abdullah ibni Sənan deyir: "İmam Sadiqə (ə) namazda və dəstəmaz alan zaman vəsvəsəlik edən şəxs haqqında danışdım və dedim ki, bu insan çox ağıllıdır. Həzrət (ə) buyurdu: "Bu nə ağıldır ki, şeytana itaət edir?” Dedim: "Hansı yolla şeytana itaət edir?” Buyurdu: "Özündən soruş ki, bu vasvasılıq ona kimə itaət etməkdən irəli gəlir, deyər ki, şeytanın rəftarından””.

Ona görə hər bir işdə mötədilliyi qoruduğumuz kimi dəstəmazda və qüsl alandan da mötədilliyi qoruyaq. Çünki əks halda ibadətlərimiz batil olar.



(Həvzəh/ Deyerler.org)
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1044 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]