Cümə axşamı, 2024-05-02, 1:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Cümə namazının vaxtı
2013-03-14, 2:55 PM
Cümə namazının vaxtı

Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir. ("Cümə" surəsi, ayə 9 )


Cümə namazı günəş üfüqün ortasından keçdikdən sonra başlayır və əşyanın kölgəsi iki addıma çatana qədər davam edir. Cümə namazının xütbələri namazınvaxtı keçənə qədər uzanmamalıdır.Əks halda zöhr namazı qılınmalıdır. Çünki cümə namazı keçdikdən sonra qəzası qılınmır. Vaxt azlığı üzündən cümə namazı qılınmadıqda və ya təxirə salındıqda mütləq zöhr namazı qılınmalıdır.

Peyğəmbər (s.ə.s) buyurur: " Cümə Allah yanında günlərin ən üstünüdür. O, hətta Fitr və Qurban bayramları günlərindən də üstündür".

Cümə namazı İmamla birlikdə ən azı, beş nəfərlə qılınır. Qadınlara vacib olmasa da iştirak edə bilərlər. Cümə namazı qilan şəxslər zöhr namazını qıla da bilərlər, qılmaya da.Camaat namazına şamil olan şərtlər cümə namazına da aid olunur. Bir fərqlə ki, cümə namazına İmamlıq edən çəxs mütləq kişi olmalıdır.Heç bir üzürü olmayan şəxs cümə namazlarında mütləq iştirak etməlidir. Şəhər böyük olduqda iki cümə namazı qılınan yer arasındaki məsafə ən azı, altı kilometr olmalıdır. Məscid olmadıqda çadrlar qurub cümə namazını qılmaq lazımdır. Səfərdə olan şəxs cümə namazında iştirak edə bilər, lakin bu halda o, artıq zöhr namazını qılmamalıdır.

Cümə namazı qılmağın qaydaları

Cümə namazı iki rükət qılınır. Yaxşı olar ki, "Həmd" ("Fatihə" surəsi) və surə uca səslə oxunsun. Daha yaxşı olar ki, birinci rükətdə "Həmd" surəsindən sonra cümə, ikinci rükətdə isə "Münafiqun" surəsi oxunsun. Cümə namazında iki qunut tutulur. Onlardan biri birinci rükətdə rukudan əvvəl, digəri isə ikinci rükətdə rukudan sonra tutulur. Namazdan əvvəl iki vacib xütbə oxunur və bu xütbələr namazın özü qədər vacibdir. Xütbələr yalnız İmamın pzü tərəfindən oxunur. Xütbələr oxunmadan sonra cümə namazı gerçəkləşmir. Hər iki xütbə Allaha həmd-səna etmək (Allaha şükür etmək), Peyğəmbər (s.ə.s) və Onun Əhli-Bəytinə salavat göndərmək və insanları təqvaya (günahdan çəkindirməyə) çağrışla başlayır. Sonra kiçik surələrdən biri oxunur, İmam təqvalı, fəsahətli ( gözəl danışıq qabliyyətinə malik olmalı), həmçinin dini elmlər və dünyəvi hadisələr barədə məlumatlı olmalıdır. İmam iki xütbə arasında bir qədəroturmalıdır. İmam xütbələri ayaq üstə vəuca səslə oxumalıdır. Namazda iştirak edənlər namaz halında olduğu kimi, xütbəni dinlədikləri zaman da İmama diqqətlə qulaq asmalı və üzlərini qiblədən yana çevrməməlidirlər. İmam xütbələrində dini və dünyəvi məsələlər haqqında danışmalı və aidiyyatlı olmayan mövzulara toxunmamalıdır. İlin fəslindən aslı olmayaraq İmam əba güyinib əmmama qoymalı və əlinə əsa almalıdır.

Cümə namazından ən başlıca məqsəd həftəfə bir dəfə olsa belə, müsəlmanları bir araya gətirmək, onlara dini nəsihətlər vermək, bu istiqamətdə maarifləndirmək, dini və dünyəvi çətinliklər ilə maraqlanıb müzakirə etdikdən sonra həll etməkdir.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1207 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]