Cümə günü, 2024-04-26, 8:35 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

CAMAAT NAMAZININ ƏHƏMİYYƏTİ NƏDƏN İBARƏTDİR?
2013-03-14, 3:01 PM
CAMAAT NAMAZININ ƏHƏMİYYƏTİ NƏDƏN İBARƏTDİR?


1. Cəbrayılın arzusu:
Peyğəmbər Əkrəm (c) buyurdu: "Yeddi əməli yerinə yetirmək üçün Cəbrayıl arzu etdi ki, kaş oda Adəm övladlarından olaydı. O əməllərdən biri camaat namazı qılmaqdır.”

2. Camaat namazına eşq bəsləmək:
Rəbi ibn Xeysəm fələc xəstəliyinə tutulmasına baxmayaraq, camaat namazından qalmırdı. Hər gün onun əlindən tuturdular və o, ayaqlarını sürüyə-sürüyə özünü camaat namazına çatdırırdı. Bir nəfər ona dedi: "Əgər evdə namaz qılsan sənin üçün daha yaxşı olar. Bu qədər çətinlik çəkməzsən”. Rəbi dedi: "Gedəndə əziyyət olmasına baxmayaraq, hər kəs "Həyyə ələs-səlah” kəlməsini eşitdikdə onu qəbul etməlidir”.

3. Azan deyənə cavab vermək.
Allahın rəsulu, (c) buyurdu: Elə ki, müəzzin "Əşhədu ənla ilahə illəllah”, deyir Allah-taala buyurur: "Ey Məhəmmədin ümməti harda olsanız bir neçə camaat namazına məşğul olun”.

4. Loğmanın sifarişi:
Loğman övladına dedi: "Oğlum! Əgər nizənin üstündə də olsa belə namazı camaatla qıl!”

6. Birinci camaat namazı:
İmam Sadiq (ə) buyurdu: "Birinci camaat namazı ki, əda olundu. Həmin gün idi ki, həzrət peyğəmbər (c) namaz qılırdı və Əli ibn Əbu Talib əmirəlmöminin (ə) onunla bir yerdə idi.

5. Təklik camaatdır:
Həsən Siqəl Əbu Əbdullah İmam Sadiqdən (ə) camaatın ən az sayı barədə soruşdu. İmam buyurdu: "Bir kişi bir qadın və əgər heç kəs belə məsciddə olmasa belə mömin təkcə camaatdır. Çünki azan və iqaməni deyəndə iki cərgə mələk onun arxasında namaza durur. Və əgər tək iqamə desə, bir cərgə mələk ona iqtida edir.”
Həmçinin Allahın peyğəmbəri buyurmuşdur: "Mömin təklikdə höccət və camaatdır.”

6. Namazı camaata görə təxirə salmaq:
Cəmil ibn Saleh imam Sadiqdən (ə) sual etdi: "Bunlardan hansı daha fəzilətlidir?”
İnsanın namazını vaxtında qılması, yoxsa əgər məscidin imamı varsa, məscid əhli ilə birlikdə camaat namazı qılmaq üçün namazını bir qədər təxirə salması?
Həzrət buyurdu: "Namazı təxirə salsın məscid əhli ilə namaz qılsın. Əgər məscidin imam camaatı varsa.

7. Əsasından tutan olmayan kor:
Həzrət İmam Sadiq (ə) buyurdu: "İslam peyğəmbəri istədi ki, namazlarını evdə qılıb və camaat namazına gəlməyən qövmün evlərinə od vursunlar. Bu vaxt bir kor kişi həzrətin yanına gəlib dedi: "Ya rəsulallah, mənim gözlərim görmür, amma məscidin azanını eşidirəm, əsamdan tutan yoxdu ki, məni camaat namazına gətirsin.” Həzrət buyurdu: "Evindən məscidə qədər ip bağla (əsandan tutan olmayanda). O, ipdən tut və özünü namaza çatdır.”

8. Müşk iyi camaat namazında:

Böyük alim hacı şeyx Məhəmməd Baqir buyurdu: Mənim adətim idi ki, həmişə camaat namazından sonra sağımda və solumda oturanla görüşürdüm. Bir gün Samirədə camaat namazından sonra, elm əhlindən olan mərhum Mirzayi Şirazi (Allah məqamını uca etsin) mənim sağ tərəfimdə oturmuşdu ki, onunla görüşdüm. Və bir nəfər kəndli ki, sol tərəfimdə idi, nəzərimə kiçik gəldiyi üçün onunla görüşmədim. Bundan peşiman oldum və tez öz-özümə dedim ki, ola bilsin mənim nəzərimə kiçik olan bir şəxs, Allah yanında ehtiramlı və əziz olsun. Tez onunlada ədəblə görüşdüm. Elə bu vaxt qəribə müşk iyi hiss etdim, amma elə bil dünya müşklərindən deyildi. Çox sevindim və ehtiyatla ondan soruşdum ki, müşk varınızdı? Dedi: "Yox mənim heç vaxt müşküm olmayıb.” Yəqin etdim, bu iy ruhani və mənəvi iylərdən, özü isə məqamı olan ruhani bir şəxsdir. O, gündən əhd etdim ki, heç vaxt möminə kiçik gözlə baxmayam.


9. Çətin halda camaat namazı:

Peyğəmbəri Əkrəm (c) can verən halda idi. Mədinənin müəzzini Bilalın səsi eşidildi. Sübh azanı Mədinədə başlandı. Allahın rəsulu (c) qalxıb dəstəmaz aldı. Bir əlini həzrət Əlinin (ə) və o biri əlini Fəzl ibni Abbasın çiyninə qoyub çox çətinliklə məscidə gəldi. Sübh namazını camaatla birlikdə qılıb evə döndülər.


10. Camaat namazına tələsmək:
Müsəlmanlardan bir nəfər tələsik halda peyğəmbərin məscidinə tərəf gəldi ki O, həzrətin camaat namazında iştirak etsin. O, məscidə çatan vaxt gördü ki, artıq camaat məsciddən çıxır. O bir nəfərdən soruşdu: "Niyə məsciddən çıxırsınız?” Dedilər ki, namaz qurtarıb. Gecikən kişi dərindən ah çəkib əfsuslandı ki, niyə camaat namazına çata bilmədi. Müsəlmanlardan bir kişi ona dedi: "Sən o yanıqlı ahı mənə bağışla və mən camaat namazımı sənə verim.” Gecikən kişi razılaşdı. (burada gecikən kişi öz ahına qürurlanmadı) Həmin gecə yuxuda gördü ki, bir nəfər ona deyir: "Xoş sənin ruhani halına ki, yanıqlı ahı verib, həyat suyu və şəfa tapdın. Ahın müqabilində başqa şəxsdən alınan namaz məsciddə olanların namazından tez Allah yanında qəbul olundu.

11. Həzrət Məhdi (əc) imaməti ilə camaat namazı:
Həzrət İsa (ə) həzrət Məhdi (əc) tərəfdarlarına qoşulandan sonra, Həzrət Məhdi (əc) O, həzrətə deyəcək: "Qabağa dur və camaat ilə namaz qıl!” (yəni imam camaat ol). Amma həzrət İsa (ə)deyəcək: "Namaz sənin üçün iqamə olub.” Buna görə həzrət Məhdinin (əc) arxasında dayanıb namaz qılıb və ondan beyət edəcək.

Müəllif: Abbas Əzizi


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 772 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]