Şənbə günü, 2024-04-20, 3:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Alimlərin namazı necədir?
2013-03-18, 10:27 AM
Alimlərin namazı necədir?

 İlahi Övliyalar və Rəbbani alimlər namaza dayanan zaman, xüsusilə də gecə namazına, hər şeydən əllərini üzürlər və özlərini aləmlərin Xaliqi ilə söhbətə hazırlayarlar.
Hər bir insanın başqa varlıqlarla rabitəsi - dərk səviyyəsinə görə olur. Yəni, həmin varlıq haqqında nə qədər məlumata və biliyə malikdirsə, onunla o cür rabitə qurar. Əgər hansısa bir varlıq haqqında heç bir biliyi yoxdursa, heç onunla rabitə qurmağa belə meyl etməz. Əksinə, ondan uzaq olmağa çalışar.
İnsanın ruhu - onun ən ali varlığıdır. İnsan ruhu Allah ilə rabitə qurmağa qadirdir. Çünki insan ruhu maddiyyatdan üstününə can atar və fitrəti daima ali Varlıqdadır.
Namaz - insanın Allahla rabitəsini təmin edir. Ruha səfa və qəlbə paklıq bəxş edir. Namaz qılan insan günahdan uzaq olur. Ona görə də İslam dinində namaza xüsusi əhəmiyyət verilir.
Allah namazı insana o qədər lazımlı bilir ki, ona gün ərzində beş dəfə namaz qılmağı əmr edir. Hədislərdə namaz evin qarşısndan axan bulağa bənzədilmişdir ki, insan gündə beş dəfə özünü bu bulaqda yuyar. Onun bədənində çirk qalmaz.
Ona görə də İlahi Övliyaların namazı tamamilə başqa bir feyzdir. Quran buyurur: "Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir”. ("Bəqərə” 45).
Beləliklə, bu ayədən görünür ki, namaz İlahi Övliyalar üçün çox asan və şirin olur.
Ayətullah Molla Hüseynqəli Həmədani buyurur: "Namaza başlayan zaman qəlbini pak et: həsəddən, paltardan, xalçadan. Namaz yerin gərək mübah olsun. Namaza, bəndənin Cəlil mövlasının qarşısında dayandığı kimi dayan. Başı aşağı və itaətkar qəlb ilə. Sübh namazından sonra 70 dəfə istiğfar et. 100 dəfə tövhid de və "Səbah” duasını oxu. Vacibatdan sonra Xanımın (s.ə) təsbihini yaddan çıxartma”.
Axund Xorasani haqqında yazırlar: "Axund sübh və məğrib namazlarını camaatla qılırdı. Ramazan ayında isə üç dəfə camaat namazı qılırdı. Heç bir zaman nafilə namazlarını qəza etməzdi”.
Başqa bir alim haqqında oxuyuruq: "Mərhum Seyyid Murtəza ölən zaman vəsiyyət edir ki, bütün ömrü boyu qıldığı namazlarını yenidən qılsınlar. Bunun səbəbini soruşan zaman buyurur: "Mən namaza meylliyəm. Allahla raz və niyaz etməyə aşiqəm. Ondan ləzzət aldığım üçün namazın vaxtı çatmamış onu səbirsizliklə gözləyərdim. Ona görə də ola bilsin ki, namazılarım yüz faiz xalis Allaha görə olmamışdır. Ruhu ləzzətimi aradan aparmaq da burada böyük rol oynamışdı. Hətta bir faiz Allahdan qeyrisi üçün olan namaz olsa belə, Allah dərgahına layiqli deyildir””.
Əli Sina nə zaman bir məsələdə çətinlik çəkərdi, ayağa qalxıb, dəstəmaz alar və namaz qılmaq üçün məscidə gedərdi. Orada namaz qılar, Allahdan həmin çətinliyin həllini istəyərdi. Həmin məsələni dərk etmək və həll etmək onun üçün asanlaşdı.
Beləliklə, deyə bilərik ki, namazın zahiri və əhkami hökmləri olduğu kimi, qeybi təsirləri və sirləri də vardır. İnsan batini tahərətli olarsa həmin yola qədəm qoya bilər. Necə ki, alimlər qoymuşdular və qoyurlar da.
 
(Tebyan/ Deyerler.org)
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1039 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]