Cümə günü, 2024-03-29, 3:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Ramazan ayında ağız qoxusundan necə xilas olaq?
2013-07-14, 8:50 AM
Ramazan ayında ağız qoxusundan necə xilas olaq?


 Ramazan ayında bir çox insanlar ağız qoxusu və ağızda pis dad əmələ gəlməsi problemi ilə qarşılaşırlar. Bu narahatçılıqdan xilas olmaq üçün ağız və dişlərə bir az qulluq etmək kifayətdir.

Mütəxəssislər bildirir ki, ağız qoxusu cəmiyyətdə tez-tez rast gəlinən və insanları psixoloji olaraq narahat edən bir problemdir. Müxtəlif səbəblərlə yanaşı, şəkər xəstəliyi, ağciyər xəstəlikləri, böyrək və qaraciyər çatışmamazlığı, diş və dişəti problemləri ağız qoxusunu yaradan başlıca şərtləndədir.

Xüsusən də Ramazan ayında bir çoxları bu problemlə qarşılaşacaqlar. Yaxşı təmizlənməmiş dişlərin üzərində toplanmış bakteriyalar, susuzluqla bağlı olaraq ağız quruması kimi amillər ağız qoxusunun yaranmasına təsir edir. Çünki adi halda tüpürmək dişdəki mikrobları yuyub təmizləmək missiasını yerinə yetrir.

Bundan mümkün qədər qurtulmaq üçün oruc olmadığınız saatlarda bol miqdarda maye qəbul etmək lazımdır. Ramazan ayında şirniyyat daha çox yeyildiyindən, bu ayda dişlərin təmizliyinə daha çox diqqət yetirilməlidir.
/Hurriyet.com.tr/

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 726 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]