Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Quranda Oruc -2
2013-07-14, 9:17 AM | |
Bir əvvəl ki ayədə orucun hökmü və fəlsəfəsini izah edildikdən sonra, oruc hökmünün ağırlığını yüngülləşdirmək üçün bu ayə bir neçə hökmü daha gündəmə gətirir. Bu hökmləri belə yekunlaşdıra bilərik: Sizlər il boyunca və ya əhəmiyyətli bir hissəsini oruc tutmaqla öhdəçiliklənmədiniz və yalnız saylı günlər oruc tutacaqsınız. Xəstələr, yaşlılar, hamilə qadınlar, əmizdirən qadınlar və bunun kimi oruc tuta bilməyən kəslərin orucunu yeyə bilər, lakin qarşılığında fidyə və ya kəffarə ödəməsi lazımdır. Fidyə miqdarı hər gün üçün aç bir insanı doyuracaq qədərdir. Lakin əgər biri bir adamın yerinə daha çox insanı doyurmaq istəsə daha da yaxşıdır. Yenə səfər edən insanlar da oruc hökmündən azaddırlar, ancaq ramazan ayından sonra oruc tutmadığı günlərə görə oruc tutması və qəzasını yerinə yetirməsi lazımdır. Ayənin sonunda bir dəfə daha oruc tutmanın daha yaxşı olduğu və bu ibadətin xeyr və savabını bilən hər kəs kaş ki mən də oruc tuta bilsəydim deyə arzu edəcəyini vurğulayır. Bəqərə surəsində orucla əlaqədar üçüncü ayədə belə oxumaqdayıq: Ramazan ayı, insanlara yol göstərici, doğrunun və doğrunu əyridən ayırmanın açıq dəlilləri olaraq Quranın bizə tövsiyə etdiyi aydır. Elə isə sizdən ramazan ayını idrak edənlər onda oruc tutsun. Kim o anda xəstə və ya yolçu olsa (tuta bilmədiyi günlər sayın tərəfindən) başqa günlərdə qəza etsin. Allah sizin üçün asanlıq istər, çətinlik istəməz. Bütün bunlar, ədədi tamamlamanız və sizə doğru yolu göstərməsinə qarşılıq, Allahı təzim, şükr etməniz üçündür. Oruc hökmü və fəlsəfəsi və nə qədər müddət ilə oruc tutulacağı bəyan edilən əvvəlki ayələrin davamında bu ayə oruc tutulacaq xüsusi günləri açıqlayarkən belə buyurub: O saylı günlər ramazan ayının günlərindən ibarətdir ki xüsusi imtiyazı söz mövzusudur. Ramazan ayı, uca Allahın ayıdır və başqa aylarda olmayan fəzilətlərə malikdir. Gerçəkdə zaman və məkan anlayışları öz başına heç bir fəzilət daşımaz və bunlara imtiyaz və fəzilət qazandıran şeylər, o zaman və ya məkanda yaşanan əhəmiyyətli hadisələrdir. Bu ayədə uca Allah ramazan ayının fəzilətini, bu ayda Quranı Kərimin nazil olması ilə açıqlayır və yenə Quranı Kərimin bəzi gözəl sifətlərini bəyan edir. Quranı Kərim hidayətə çatdırandır və insanları doğru yola istiqamətləndirər. Quranı Kərim ayrıca hidayət işarələrini ehtiva edər, yəni insanları hidayətə çatdırmanın yanında onlara haqqı batildən ayırd etmə gücü də qazandırar və beləcə səhv yola sapınsalar mane olar. Ayənin sonunda isə üç mövzuya işarə edərkən uca Allahın sizlərdən bir neçə vəzifəsni yerinə yetirmənizi istəmək üçün oruc hökmlərini bəyan etdiyini buyurar. İlkin oruc tutduğunuz günləri tamamlayın və əgər xəstəlik və ya səfər kimi səbəblərdən ötəri əskik gününüz varsa, daha sonrakı günlərdə tamamlayın. İkincisi, uca Allahı çatdırdığı hidayəti üçün təkbir edin. Bu xatırlatma bəlkə də ramazan bayramı namazında zikr edilən təkbirlərə işarə etməkdədir. Və son olaraq uca Allaha, sizlərə bu hökmləri açıqladığı üçün şükr edin və bu nemətdən faydalanın. tebyan | |
Views: 822 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |