Orucunuzu pozmadan baş ağrılarını kəsməyin 10 üsulu
Ramazan ayında orucunuzu pozmadan baş ağrını müalicə etmək mümkündür. Bunun üçün aşağıdakı məsləhətlərə əməl etmək kifayətdir:
1
- İftarda yeməyə qan təzyiqinizi yüksəltməyəcək yüngül, az yağlı
qidalardan başlayın. Məsələn iftara şorba ilə başlayın və 15 dəqiqə
sonra əsas yeməyə keçin.
2
- Qan təzyiqinizi normal səviyyədə saxlaya bilmək üçün boş olan
mədənizi həddindən artıq yemək yeyərək yükləməyin. Tez-tez yeməyə də
diqqət ediniz.
3 - Bədəndəki suları çox ifraz etməyin ki, bədəniniz susuz qalması.
4
- İmsaka mütləq diqqət etmək lazımdır. Obaşdan daha çox kalorili
yeməklərə üstünlük veriniz və əsla imsaka qalxmamaq haqqında
fikirləşməyiniz. Günün uzun müddət ac olduğunu nəzərə alıb,
yeməklərinizi imsak vaxtına yaxın vaxtda bitiriniz.
5 - İmsakda şəkərli qidalar yerinə zülal ilə zəngin olan qidaları seçin.
6 - Xüsusi ilə əgər baş ağrıları sizdə şiddətlidirsə o zaman yavaş və dərin nəfəs alın.
7
- Hər saat başı işinizə ara verib, kürək və boyun əzələlərinizi
boşaldan məşqlər edin. Mümkünsə iş yerinizdən bir neçə dəfə çıxıb,
yüngül tempdə 10 dəqiqəlik fasilə edin. Təmiz hava qəbul edib, gəzişin.
8 - Əsəb xəstəsisinizsə iş mühitiniz buna uyğunsa günorta fasilələrində otağınığın işığını söndürüb, bir az yatmağa çalışın.
9
- Mümkün olduğu qədər səs küy az olan mühitlərdə çalışın. Əgər iş
şəraitiniz səs küy çox olan mühütdədirsə, qulaq tıxayıcılarından
istifadə ediniz.
10 - İftar sonrasında soyuq duş qəbul edin. Bu sizin qan təzyiqinizin aşağı düşməsinə səbəb ola bilər.
deyerler.org |