Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı |
Orucun olar olmazları
2013-07-14, 9:05 AM | |
Orucun olar olmazları
İmam Əli (ə) dünya həyatı barədə buyurur: " Dünya səninkölgənə bənzər. Dayansan, o da dayanar, əgər dalınca getsən, səndən uzaqlaşar".
HƏKİMƏXANIM
Ramazan
ayında insan öz saglamlıgına xüsusi diqqət yetirməlidir. Həkim
tərərfindən oruc tutmaga qadaga qoyulan şəxslər buna səhlənkarlıqla
yanaşmamalı və verilən məsləhətlərə qulaq asmalıdırlar. İnsan öz daxili
vəziyyətini həkimdən də yaxşı bilir. Belə ki, bəzi hallarda həkim
tərəfindən oruc tutmaq qadagan olunsa da, insan saglamlıgına və oruc
tutmaga taqəti olmayınca əmin olub oruc tuta bilər. Muxtəlif
xəstəliklərdən əziyyət cəkən və mualicə alan şəxslər onlara yazılan
dava-dərmanları imsakdan əvvəl və ya iftardan sonra qəbul edə bilmələri
barədə həkimlərlə məsləhətləşməlidirlər. Cərrayiyyə əməliyyatı kecirməli
olan şəxslər isə bunu Ramazan ayından sonraya təxirə sala
bilib-bilməmələri barədə məsləhətləşsələr yaxşı olar.
SÜDDƏNYANIQ
Doguşa
yaxın olan oruc tutmaqla həm özünün, həm də bətnindəki körpəsinin
səhhətinə zərər yetirəcək hamilə qadın oruc tutmamalı, uşaq dünyaya
gəldikdən və özünü kifayət qədər yaxşı hiss etdikdən sonra tutmadıgı
günlərin sayı qədər oruc tutmalı və hər günün müqabilində bir yoxsulu
doydura biləcək qədər yemək vərilməlidir. Südəmər körpəsi olan qadınlar
da südü az olduqda və ya süd verərkən özünü pis hiss etdikdə oruc
tutmamalı və ya sonradan tutmadıgı günlərin müqabilində oruc tutmalı və
hər günə və yoxsulu doyurmalıdir. Yəni doya biləcək qədər ya yemək,
yaxud yeməyin qiyməti qədər pul verməlidir. Bu höküm başqasının
körpəsinə süd verən dayələrə də aiddir.
VUR-CATlASIN
Ramazan
11 ayın sultanı, duaların qəbul olundugu, günahların bagışlandıgı
olundugu, Cəhənnəmin qapıları baglandıgı, Şeytanın zəncirləndiyi aydır.
Bu ayda xeyirxah işlərin savabı birə on yazılar, Allahın rəhmət
qapıları bəndələrinin üzərinə taybatay acılar. Dinimiz günaha yol
verilməyən əyləncələri haram hesab etməsə də, Ramazan ayında adi
günlərlə müqayisədə ibadətə üstünlük verməyi, əyləncələrə məhdudiyyət
qoymagı, mənəvi saflıga diqqət yetirməyi tövsiyyə edir. Cünki dunya
və dunya həyatı ilə əlaqəli olan bütün varlıqlar insanı özünə cəlb edir
və bir cox hallarda onun Allahdan uzaq düşməsinə səbəb olur.
İmam
Əli (ə) dünya həyatı barədə buyurur: " Dünya səninkölgənə bənzər.
Dayansan, o da dayanar, əgər dalınca getsən, səndən uzaqlaşar".
Ramazan
ayında iftardan sonra toy, nişan, ad günü və başqa mərasimləri qeyd
etmək olar. Bir şərtlə ki, harama yol verilməsin. Yəni Allahın haramı
haram, halalı da halal edilsin.
TOY-BAYRAM
Bəzilərində
belə bir fikir var ki, Ramazan ayında bütün şadlıqlara son qoyulmalı və
insan dünyadan təcrid olunmalıdır. Halbuki bunu bizə nə Quran deyir, nə
də Peygəmbərin (s.ə.s) sünnəti. Evlənmək əhvalatına olan gecələri
düşündürən məsələlərdən biri də dinimizin Ramazan ayında nişanlanmaga və
evlənməyə icazə verb-verməməsidir. Dinimiz istər niçanlanmaga, istərsə
də evlənməyə normal baxır. Amma hər şeyin öz vaxt-vədəsi oldugu kimi,
orucluq ayında da evlənməyin öz vxtı var. Belə ki, orucluq vaxtı yemək,
maye qəbul etmək və cinsi yaxınlıqda olmaq haram oldugu ücün bütün
bunları iftardan sonrakı saatlara salmaq lazımdır. | |
Views: 940 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |