Şənbə günü, 2024-04-20, 10:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

İblisin bağlandığı bu ayda əmmarə nəfsimizi islah edək
2013-07-13, 8:27 AM

İblisin bağlandığı bu ayda əmmarə nəfsimizi islah edək

  

 

 Oruc insanı çirkinliklərdən qoruyan mühüm vasitədir. Allah bu ibadətin fəlsəfəsini bir cümlədə bəyan edir: "Bəlkə təqvalı oldunuz”.

Allah Təala bu ayəsi ilə bizlərə bildirmək istəyir ki, insan oruc tutaraq təqva əhlindən ola bilər. Hədislərin birində oxuyuruq: "Oruc tutan yalandan, günahdan, mübahisədən, həsəddən, qeybətdən, Haqla müxalifətlikdən, söyüş və nalayiq sözlərdən, qəzəb, tənə, zülmdən, qəflət, fasidlərlə oturub-durmaqdan, söz gəzdirməkdən, haram yeməkdən uzaq olmalıdır. Namaza, səbrə, sədaqətə və Qiyamətə xüsusi diqqət etməlidir”.

 

Şeytan elə bir varlıqdır ki, Allah dərgahında neçə min illik ibadəti ilə tanınmış və sonra da təkəbbürünə görə Allah dərgahından qovulmuşdur. Allahın ona verdiyi bu möhlət ərzində insanı yolundan çıxartması üçün əlindən gələni etmişdir. Quran dəfərlərlə bu məsələni biz insanlara xəbərdarlıq etmişdir.

 

Bu müqəddəs ayda şeytanın əl və ayaqlarına zəncir vurulmuşdur. İmam Baqir (ə) buyurur: "Rəsulallah (s) üzünü insanlara çevirib buyurur: "Ey insanlar! O zaman ki, Ramazan ayının hilalı doğar, İblis və şeytan zəncirə vurular. Rəhmət qapıları, səma qapıları, behişt qapıları açılar. Cəhənnəmin qapıları bağlanar və qıfıl vurular. Dualar qəbul olar. Mələk hər gecə nida edər: "Kiminsə istəyi varmı, kimsə istiğfar istəyirmi?””.

 

İmam Əli (ə) Peyğəmbərdən (s) soruşur: "Nə edək ki, şeytan bizdən uzaq olsun?”. Həzrət (s) buyurur: "Oruc - şeytanın üzünü qara edər. Allah yolunda infaq - belini sındırar. Allaha görə sevmək - dizini qırar. İstiğfar - qəlbinin damarlarını qət edər””.

 

Allaha can atmaq hissi hər bir insanın fitrətinə qoyulmuşdur. Ancaq bəzən o, bu yolda səhvə yol verər. Bəzən insan bu fitrətini o qədər görməməzliyə vurar ki, heyvandan da alçaq olar. İnsanın əmmarə nəfsi onu kor edər. Haqla batili ayırd edə bilməz. Nəfsi şəhvətə tərəf can atar. Ancaq ağlından yardım almaz. İnsan nəfsini məbudu hesab edər və ona itaət edər. İnsanın əmmarə nəfsinə itaət etməsi küfrdən, fəsaddan, qəflətdən, fitnədən qaynaqlanır. Adil düşünməyinə mane olur.

 

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətim oruc tutan zaman şəhvət və havayi-həvəs qüvvəsi zəifləyər. Çirkin əməl görməz”.

Beləliklə deyə bilərik ki, oruc və istiğfar insanın şeytana qarşı olan ən böyük silahıdır. Bu ay təqva əhli üçün gözəl bir fürsətdir ki, nəfsini ram edə bilsin. Özünü bacardığı qədər Allaha yaxınlaşdırsın. Çünki şeytan əmmarə nəfsimizin köməyi ilə haqqı bizə batil göstərir və biz haqqı görməz olarıq. Bu ayda şeytanın əl və ayağı bağlandığı üçün haqqı görməyə çalışaq. Bu ayda bir qədər cəhd etsək, nəfsimizi ram edib, nəfsimizin burnunu torpağa vura bilərik. Əgər bunu edə bilsək, sonrakı aylarda da nəfsimiz bizə qarşı çıxa bilməyəcəkdir.  

 

(Tebyan/deyerler)

Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 865 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]