Bu gecə (iyulun 31-dən avqustun 1-nə keçən gecə) üçüncü ehtimal olunan Qədr gecəsidir
QUR’ANİ-KƏRİMİN NE’MƏTLƏRİNDƏN.
Rəhman və Rəhim Allahın adı ilə
1. Şübhəsiz biz onu Qədr gecəsi nazil etdik.
2. Və Qədr gecəsinin nə olduğunu sən nə bilirsən?
3. Qədr gecəsi min aydan yaxşıdır.
4. O gecədə mələklər və ruh Allahın iznilə işləri yerinə yetirməyə nazil olarlar.
5. O gecə, fəcrin açılmasına qədər salamatlıqdır.
«Qədr» surəsi (97-ci surə)
Qədr gecəsi ilə əlaqədar əhya (oyaq qalma) gecələrinin keçirilməsi haqqında.
I əhya gecəsi - Ramazan ayının 18-dən 19-na (bu il üçün iyulun 27-dan 28-nə) keçən gecədir;
II əhya gecəsi - Ramazan ayının 20-dən 21-nə (iyulun 29-dən 30-na) keçən gecədir;
III əhya gecəsi - Ramazan ayının 22-dən 23-nə (iyulun 31-dən avqustun 01-nə) keçən gecədir.
Qeyd:
Ümumiyyətlə, imkan daxilində, mübarək Ramazan ayının bütün gecələrində
əhya saxlamaq tövsiyə edilir. Lakin bu mümkün olmasa, Ramazan ayının
18-dən 19-na keçən gecədən başlayaraq, ayın sonuna kimi əhya saxlamaq
məsləhətdir. Bu da çətinlik törətsə, onda qeyd olunmuş 3 gecəni əhya
saxlamaq yaxşı olar.
Mübarək Ramazan ayının mühüm proqramlarından biri olan Qədr gecəsi haqqında.
Qədr gecəsi - elə bir gecədir ki,
1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay
ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu elə bir
şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər
işləri bu gecədə tə’yin edilir. Bu bir gecədir ki, onda Qur’an nazil
olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qur’ani-şərifin özündə
bildirilir.
Əhli-beytə (ə) istinadən nisbət verilən hədislərdə
bildirilir ki, «..Mələklər Qədr gecəsi Yerə enirlər və Yer üzünə
yayılırlar; mö’minlərin məclislərinə baş çəkirlər, onları salamlayırlar
və onların duaları üçün «Amin!» deyirlər. Və bu vəziyyət dan yeri
sökülənədək davam edir». Və yenə bildirilir ki, «..Bu gecə
ağvalideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlərdən, içki
içənlərdən və qəlbində bir mö’minə qarşı düşmənçilik hissi olan
şəxslərdən başqa, heç kimin duası Allah dərgahından geri qaytarılmaz».
Qədr gecəsi ilə əlaqədar tövsiyələr:
1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;
4.
Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib,
qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;
5. Əhya
niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və
Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə
yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox
bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların
qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.
ŞƏHADƏT
Hicri
40-cı il Ramazan ayının 19-da, Kufə məscidində sübh namazını qıldığı
zaman Əmirəlmö’minin Həzrət Əli (ə) sui-qəsdə mə’ruz qalmış, Ramazan
ayının 21-də Mütəal Allahın yolunda həyatını qurban verərək, şəhadətə
yetişmişdir.
Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: «Əli -
rəbbani və ilahi bir İmamdır və nuraniyyət abidəsidir. Bütün
allahpərəstlərin, ariflərin qütbüdür, paklar sülaləsinin övladıdır;
həqiqəti söyləyəndir, İmamətin əsası və mərkəzidir, Peyğəmbərin 2 gül
dəstəsi və cənnət cavanlarının sərvərləri - Həsən və Hüseynin atasıdır».
Həzrət Rəsulullahdan (s) nəql edirlər: «Gördüm ki, behiştin qapısına
yazılmışdır: "Allahdan başqa mə’bud yoxdur, Mühəmməd(s) Onun
elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır”».
Həzrət Əli (ə)
belə münacat edirmiş: «İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil
və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət
üçün layiq tapdığım üçün Sənə ibadət etdim».
deyerler