Şənbə günü, 2024-04-20, 0:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

Avqustun 9-u - Fitr bayramı günüdür
2013-08-09, 8:08 AM

Avqustun 9-u - Fitr bayramı günüdür


Bu – İslamın ən böyük və ən möhtəşəm bayramlarındandır. Bayram gününün mühüm əməlləri aşağıdakılardır:

    1. Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb verilməsi; bayram namazını qılmamış şəxs, bu zəkatı zöhr azanınadək verməlidir. İmkanı olan şəxs üçün, fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin və canın 1 il ərzində xoşagəlməz hadisələrdən sığortalanmasına səbəb olan amillərdən sayılır;

    2. Bayram qüslünü almaq, yeni paltar geyinmək, ətirlənmək;

    3. Bayram namazından qabaq iftar açmaq. 

I. Bayram gecəsi.
 

Mübarək Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi - bu il üçün avqustun 8-dən 9-na keçən gecə) çox bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya saxlamaq (oyaq qalmaq) və ibadət etmək əziz dinimiz tərəfindən çox bəyənilmiş əməllərdəndir. Bu gecə aşağıdakı əməlləri həyata keçirmək tövsiyə edilir:
 

1. Müstəhəb qüsl almaq;
  
    2. Sübhə qədər əhya saxlayıb, ibadət etmək;

    3. Məğrib, işa, sübh namazlarından, eləcə də bayram namazından sonra bu duanı oxumaq: 
    «Əllahu əkbər, Əllahu əkbər. Lə iləhə illəllah. Vəllahu əkbər, Əllahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə mə hədənə və ləhuş-şukru alə mə əvlənə».  

    4. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq;

    5. 10 dəfə bu duanı oxumaq:  

«Yə dəiməl-fəzli aləl-bəriyyəti yə bəsital-yədeyni bil-ə’tiyyəti yə sahibəl-məvahibis-səniyyəti salli alə Muhəmmədin və əlihi xayril-vəra səciyyətən vəğfir lənə yə zəl-alə fi həzihil-ə’şiyyəti».
 

    (Qeyd: Bü duanı eləcə də ilboyu, hər cümə axşamı oxumaq müstəhəbdir). 

II. Fitrə zəkatı.

Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir.  


Fitrə zəkatının:
 Miqdarı: -  3 kq;
Cinsi: – arpa, buğda, çörək, düyü və bu kimi ərzaq məhsulları və ya bunların müqabilində pul (bu il üçün adambaşı fitrə zəkatı ən azı 2 manat hüdudunda götürülə bilər);

    Verilmə vaxtı: – bayram namazının qılınma vaxtınadək. 

ƏHKAM.
 

    1. Qurban və Fitr bayramları günü oruc tutmaq haramdır;

    2. Ramazan ayının başlanması və qurtarmasının müəyyənləşdirilməsi:

    Qəməri təqvimi ilə Ramazan ayının başlanmasının və qurtarmasının (yəni növbəti – Şəvval ayının başlanmasının) göstəricisi Ayın görünməsidir. Ramazan ayının və ya Şəvval ayının əvvəlini təyin etməkdə meyar, Gün batandan sonra görünən və həmçinin Günəşin qürubundan (batmasından) əvvəl adi qaydada görünən Aydır.

Ayın əvvəli bir neçə yolla sübut olunur:
 

    1. İnsanın özü Ayı görsə;

    2. Sözlərindən yəqinlik (əminlik) hasil olan bir neçə nəfər Ayı gördüklərini desələr, həmçinin yəqinlik hasil olan hər şeyin vasitəsilə;
3. İki adil kişi "gecə Ayı görmüşük" deyə xəbər versələr və sözlərində ixtilafları (fərqləri), yalnız bəzi xüsusiyyətləri ayırd etməkdə olsa (məsələn, biri desə «Ay ucada idi», o biri desə «Ay ucada deyildi"); onların deməsi ilə ayın əvvəlinin olması sübuta yetir;

    4. Şəban ayının (Ramazan ayından qabaqkı ay) əvvəlindən 30 gün keçsə, bununla Ramazan ayının başlanması sübuta yetir; Ramazan ayının əvvəlindən 30 gün keçsə, bununla Şəvval ayının başlanması sübuta yetir; (çünki, qəməri təqvimi ilə bir ay 30 gündən çox ola bilməz);

    5. Vilayət səlahiyyəti olan İslam alimi, ayın əvvəlinin (axırının) olmasına dair hökm versə. 

    Qeyd:  Ramazan ayının axırı, yaxud Şəvvalın əvvəli olmasını bilməyən bir şəxs, oruc tutmalıdır. Amma məğribdən (şam azanından) qabaq Şəvval ayının əvvəli olduğu bilinsə, bu şəxs orucunu açmalıdır, çünki Şəvval ayının 1-i  Ramazan (Fitr) bayramıdır və bu gündə oruc tutmaq haramdır. 
  
    Allah Təala cəmi insanlara Fitr bayramının fəzilətlərindən və nemətlərindən faydalanmağı nəsib etsin! Ümməti əziz Peyğəmbərin (s) və onun mübarək Əhli-Beytinin (ə) pak yolunun yolçusu qərar versin!

/
Deyerler.org/
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 809 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]