Cümə axşamı, 2024-03-28, 5:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » 11 ayın sultanı

1 gecəsi 1000 aydan üstün
2013-07-25, 4:14 AM
1 gecəsi 1000 aydan üstün

Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. ("Duxan" 3)
İlk vəhy Qədr gecəsində nazil olur. Bəs nə üçün məhz orucluq ayında? İnsan - şüurlu varlıqdır. O, bədənini çox bəslədikdə düşüncəsi bir o qədər inkişafdan qalır.  

Təbiətin əsiri

 Ramazan - "rəmz" kökündən götürülüb. Lüğətdə qızmar isti və günəşin daş və quma saçması mənasını verir. Ramazan - Quranda adı çəkilən yeganə aydır. Bütün səmavi kitablar bu aydan nazil olduğundan Ramazan digər aylardan daha üstündür. Qurani - Kərimdə "orucluq" kəlməsi üçün bir şeydən çəkinmək mənasını ifadə edən "səum" sözündən istifadə olunmuşdur.  Tarixi mənbələrdə göstərilik ki, orucluq tək İslam dininə deyil, digər dinlərdə də mövcud olmuşdur. Belə ki, Tövratda Musa (ə) peyğəmbərin, İncildə isə İsa (ə) peyğəmbərin qırx gecə-gündüz oruc tutduğu məlum olur.   

KƏFFARƏ  

 Orucun kəffarəsi    Kəffarə - küfr sözündən götürülüb, öyrənmək mənasını ifadə edir. Dini terminologiyada isə kəffarə - müəyyən günah işlətdiyinə görə sədəqə verməkdən, qurban kəsməkdən və bu kimi işlərin yerinə yetirilməsindən ibarətdir.   * Ramazan ayının kəffarəsi bir qulu azad etməkdən və ya iki ay oruc tutmaqdan, yaxud altımış yoxsulu birgünlük yeməklə təmin etməkdən ibarətdir. Oruc bilərəkdən pozulduqda insan bunlardan birini yerinə yetirməlidir.  

CƏM kəffarəsi  

* Orucu haram olan yemək və əməllərlə pozduqda, yaxud günahsız müsəlmanı qəsdən öldürdükdə isə hər üç kəffarə bir yerdə ödənilməlidir. Yəni həmin şəxs həm bir nəfər qulu azad etməli, həm altımış bir gün oruc tutmalı, həm də altımış yoxsulu yeməklə təmin etməlidir. Şəriətdə buna "cəm kəffarəsi" deyilir. Lakin zəmanəmizdə qul alğı-satqısı mövcud olmadığı üçün yuxarıda qeyd olunan digər iki əməl yerinə yetirilməlidir.   QƏZA VƏ NƏZİR kəffarəsi   * Zöhrdən (günortadan) sonra Ramazan ayının qəza orucunun qəsdən pozmağın kəffarəsi on yoxsulu birgünlük yeməklə təmin etmək, imkan olmadıqda isə üç gün oruc tutmaq olar.   61 günlük oruc   61 gün oruc tutmalı olan şəxslər ilk 31 günü ardıcıl olaraq tutmalıdırlar. Növbəti 30 gün isə fasilə ilə də tuta bilərlər.  Lakin ilk 31 günün orucu Qurabn bayramı kimi oruc tutulması  haram olan günlərə təsadüf etməməlidir. Bu nifas və heyz qanı görən qadınlara, o cümlədən məcburiyyət qarşısında səfər etməli olan şəxslərə aid deyil. Bu kimi şəxslər tutmadıqları günlərin əvəzini oruc tutmaqla, qüsl aradan qarxdıqdan və səfərdən qayıtdıqdan sonra isə oruclarını davam etdirməlidirlər.

   SÜKUT orucu
  Bir vaxtlar belə bir oruc Musa peyğəmbərin şəriətində mövcud olmuş və Bəni-İsrail arasında yerinə yetirilmişdir. Həzrət Məryəm (ə) Allahın əmri ilə müəyyən müddətədək danışmadan pəhriz etmişdi. Lakin İslam zühur etdikdən sonra sükut orucu haram edilmişdir.
Category: 11 ayın sultanı | Added by: Ənfal
Views: 751 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]