Cümə axşamı, 2024-11-21, 12:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Alim anlayışı » Dini suallara cavablar

DİNİ SUALLARA CAVABLAR
2012-10-21, 5:45 AM
DİNİ SUALLARA CAVABLAR
MƏRYƏMİN BAKİRƏ HALDA DOĞUŞU
Sual: Həyat vahidi hücеyrәsinin tərkibi iki şeydən – spermatozoid və ovuldan ibarətdir. Dişi hücеyrә, qamet təklikdə həyat prosesini təmin etməyə qadir olmadığından belə bir tərkib zəruridir. Ciddi elmi əsasa malik bu şərt ödənmədiyi halda həzrət Məryəm kimsə ilə təmasda olmadan necə hamilə ola bilərdi? Hansı ki, dişi hücеyrә, qamet təklikdə həyatın davamını təmin etməyə qadir deyil. 
     Cavab: Həzrət Məryəmin hamiləlik məsələsini araşdırmazdan qabaq diqqətinizi belə bir məsələyə yönəldirik ki, həyat vahidinin yaranması üçün həm spermatozoid, həm də ovulun olması mütləq şərt deyil. Həyat vahidi, adətən, erkək və dişi qametlərdən təşkil olunsa da, təcrübədə sübut olmuşdur ki, dişi toxumu parçalamağa qadir olan başqa mühərriklər də vardır. Yəni ovulun mayalanması üçün spermatozoidin olması mütləq şərt deyil. Bu həqiqəti bir çox canlıların həyatında müşahidə edə bilərik. 
     Təbiətşünas alimlər bildirirlər ki, bəzi canlıların toxumları qamet olmadan da həyat fəaliyyətinə başlaya bilirlər. Məsələn, mənənə adlı həşərat yumurta qoyaraq erkək qametsiz çoxala bilir. Təcrübələrdə məlum olmuşdur ki, bu həşərat münasib mühitdə təkbaşına arta bilir. Qeyri-münasib şəraitdə, yumurta qoyan mənənədən törəyən həşəratların böyük yumurtalarından dişi həşəratlar vücuda gəlir. Bu proses başqa canlılarda da müşahidə olunur. Məsələn, ipək qurdu bəzən kənar təsir olmadan öz toxumlarını canlandıra bilir. 
     Bal arısının həyatına nəzər salaq. Bal arısı bütün ömrü boyu bircə dəfə kənardan mayalanır. Onun erkək hücеyrәlәrlә mayalanan yumurtalarından dişi işçi arılar, mayalanmamış yumurtalardan isə erkək arılar yaranır. Bir qrup alim yumurtaların artımında spermatozoiddən əlavə başqa bir mühərrikin olduğunu iddia edirlər. Bunu da nəzərdən qaçırmayaq ki, mikrob, bakteriya, virus kimi mikroskopik canlılar mayalanmasız artırlar. Məsələn, amöb ilkin hücеyrәlәrin parçalanması ilə artır. 
     Bəzi alimlər müəyyən qadınların kişi ilə təmasda olmadan hamilə olmasını mümkün sayırlar. Bəzi qadınlarda mayalanma olmadan hamilə qalmaq qabiliyyəti vardır. Demək, bakirə qadının mayalanma olmadan hamilə qalması qeyri-mümkün sayılmır. 
     Beləcə, həzrət Məryəmin kimsə ilə təmasda olmadan hamilə qalması imkandan xaric bir iş deyil. Qurani-Kərimdə onun ilkin hamiləlik dövrü haqqında belə buyurulur: «(Məryəm) ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz ruhumuzu Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü; Məryəm dedi: Mən səndən Rəhmana pənah aparıram. Əgər qorxursansa, mənə toxunma». Mələk dedi: «Mən sənə yalnız təmiz, məsum bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm». Məryəm dedi: «Mənim necə oğlum ola bilər ki, indiyədək mənə bir insan əli toxunmamışdır? Mən zinakar da deyiləm». Mələk dedi: «Elədir. Lakin Rəbbin buyurdu ki, bu Onun üçün asandır..». Bəli, həzrət Məryəmin qeyri-məlum amildən hamilə olması mümkünsüz bir iş deyil. Ətrafımızda bu sayaq mayalanmanı müşahidə etdiyimiz halda, Məryəmin hamilə olmasını nə üçün şübhə altına almalıyıq?!
     Həzrət Məsihin doğulması əhvalatını nəzərdən keçirək. Allah bu yaranışla öz qüdrətini nümayişə qoymuşdur. İsanın yaranışı doğuş baxımından möcüzəli olmuşdur. Bu yolla inadkar Bəni-İsrail qövmünə İsanın, doğrudan da, Allah tərəfindən göndərilmiş Peyğəmbər olduğu sübuta yetirilmişdir. 
     İlk həyat cövhərini, ilk diri hücеyrәsi və ilk insanı heç bir mayalanma olmadan yaratmış Allah növbəti dəfə belə bir iş görmüş və kamil bir insan, böyük Peyğəmbər vücuda gətirmişdir. Onun bu sayaq doğuluşu inadkar müxaliflər üçün aşkar bir dəlil olmuşdur. 
     Başqa sözlə, dişi hücеyrәnin ana bətnində inkişaf etməsi spermatozoidsiz də mümkündür. Bəli, adətən, artım mayalanma yolu ilə baş tutur. Amma istisna halların mövcudluğuna qarşı heç bir dəlilimiz yoxdur. 
     Dişi hücеyrәni canlandıran müxtəlif mühərriklər ola bilər və bu mühərriklər mayalanma olmadan dişi qametə həyat verər. Əgər bu sayaq səbəblər bizim üçün qaranlıqsa da, böyük alim, qadir Allah üçün aşkar və mümkündür. 
     
MƏRYƏMİN ANASI ÖZ ÖVLADINI RAHİB EDƏCƏYİNİ NƏZİR ETMİŞDİMİ?

     Sual: Bilirik ki, röhbaniyyət, yəni rahiblik həmişə, xüsusi ilə də həzrət Məryəmin dövründə haram olmuşdur. Bəs nə üçün İmranın arvadı (Məryəmin anası) hamilə olduğu vaxt nəzir etmişdi ki, əgər Allah ona bir övlad əta etsə, bu övladı rahib edəcək?
     Cavab: Məryəmin anası heç vaxt belə bir nəzir etməmişdir. O, nəzir etmişdi ki, əgər Allah ona bir övlad əta etsə, onu Beytül-müqəddəsə xidmətçi verəcək. Qadın qərara gəlmişdi ki, övladını ata-anaya xidmətdən azad edib, məsciddə xidmətə göndərsin. 
     Qurani-Kərimdə bu əhvalat belə nəql olunur: «İmranın zövcəsinin belə dediyini xatırla: «Ey Rəbbim, bətnimdəkini sənə xidmətçi olmaq üçün nəzir edirəm. Məndən qəbul et. Əlbəttə, Sən eşidən və bilənsən». Təfsirçilər bildirirlər ki, ayədə «məbəd xidmətçisi» sözü işlədilmişdir. Əslində məbədə xidmətçi verilən insanlar digər vəzifələrdən, eləcə də, ata-anaya xidmətdən azad olunurdular. 
     Demək, Məryəmin rahib yox, məscidə xidmətçi verilməsi nəzir edilmişdi. Röhbaniyyət, rahiblik tərki-dünyalıq deməkdir və bu yolu seçən insanlar ailə qurmaqdan və digər ictimai vəzifələrdən kənarlaşırlar. Belə bir hərəkət isə yaranış qanunlarına ziddir və heç bir dində bu işə icazə verilmir.
     
Аyәtullаh Мәkаriм Şirаzi 
Аyәtullаh Cәfәr Sübhаni
Category: Dini suallara cavablar | Added by: Ənfal
Views: 1123 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]