Main » Files » Alim anlayışı » Dini suallara cavablar |
DİNİ SUALLARA CAVABLAR
2012-10-21, 5:43 AM | |
DİNİ SUALLARA CAVABLAR QURANDA NEÇƏ PEYĞƏMBƏRİN ADI ÇƏKİLİR? Sual: Quranda hansı Peyğəmbərlərin adı çəkilmişdir? Cavab: Quranda İslam Peyğəmbəri həzrət Muhəmməddәn (s) əlavə, 25 Peyğəmbərin adı çəkilmişdir: Adəm, İbrahim, İdris, İshaq, İsmail, İlyas, Əyyub, Davud, Zul-Kəfl, Zəkəriyya, Süleyman, Şüeyb, Saleh, Üzeyir, İsa, Lut, Musa, Nuh, Harun, Hud, Əlyəf, Yəhya, Yəqub, Yusuf, Yunus. İSA ALLAHIN OĞLUDURMU? Sual: Amerikada bazar günləri televiziyada katolik kilsələrinin proqramı verilir. Xəstəlik səbəbindən kilsədə iştirak edə bilməyənlər üçün nəzərdə tutulmuş bu proqramda keşişlər belə dua edirlər: «Pərvərdigara, biz sənə iman gətirmişik; İsadan başqa sənə mənsub bir kəs tanımırıq; Biz sənin oğlun İsaya etiqad edirik». Bəli, məsihilərin İsa ilə bağlı etiqadları belədir. Bəs biz müsəlmanlar nə üçün İsanı Allahın oğlu hesab etmirik? Cavab: Bu sual allahşünaslıq mövzusunda İslam məntiqindən xəbərdar olanlar üçün təəccüblü görünə bilər. Amma qeyri-islami mühitdə, adətən, məsihilərlə təmasda olanlar üçün «Üç Üqnum», yəni ata Allah, oğul Allah, Ruhul-qüds məsələsi sual olaraq qalır. Adətən, ata və oğul Allah haqqında danışılır. Qeyri-islami mühitdə bu mövzu ilə bağlı suallar təbiidir. Suala cavab vermək üçün əvvəlcə müsəlmanların «Allah» dedikdə nə başa düşdüklərini aydınlaşdırmalıyıq. İslam üsulundan xəbərdar olanlar yaxşı bilirlər ki, Allah bütün kamal sifətlərinin mənbəyidir və onda heç bir eyb, möhtaclıq, məhdudiyyət yoxdur. Varlıq aləmindəki bütün mövcudları Allah yaratmışdır və o heç bir mövcuda möhtac deyil. Aydın məsələdir ki, Allah kimsəyə ehtiyac duymaz, onun zehni və xarici üzvləri olmaz, nə doğular, nə də doğar. Beləcə, gözlə görünməz, zövcə sahibi olmaz, zamanla və məkanla məhdudlaşmaz. Çünki bu sayaq sifətlər Allahın məqamını aşağı salar və Onu öz yaratdığı məxluqlara oxşadar. Məsələn, əgər Allah-Taala yaratdığı maddi mövcudlar kimi mürəkkəb tərkibə malik olmuş olsa, Onun varlığı tərkibindəki hissələrə ehtiyaclı olar. Məsələn, su oksigen və hidrogen atomlarından təşkil olunmuşdur. Onun varlığı bu iki ünsürün varlığına ehtiyaclıdır. Oksigen və hidrogen olmadan suyun yaranması qeyri-mümkündür. Allah isə mürəkkəb yox, bəsit varlıqdır. Varlıq aləminin yaradıcısı, aləmlərin rəbbi mürəkkəb ola bilməz. Demək, məsihilər İsanı Allahın oğlu bilməklə Allahı öz ilahilik məqamından endirirlər, belə bir sifət yaranmışlara xas ola bilər. Allahın tərkibi olmayan varlıqdan nə isə ayrılıb, insan şəklinə necə düşə bilər?! Axı İsa da başqa insanlar kimi maddi varlıqdır. Necə ola bilər ki, Allah onu Öz oğlu və Özünü onun atası adlandırsın?! Rütbəli məsihilər İsanın Allahın oğlu olması fikrinin əql və elmlə uyuşmadığını gördükləri üçün məcbur qalaraq, dedikləri sözü, yəni İsanın Allah oğlu olmasını başqa cür yozmağa çalışırlar. Onların uyğun yozumlarına nəzər salaq: 1. İsanın yaradılışı adi qaydada olmadığından, o, dünyaya atasız gəldiyindən, eləcə də, onun həyatı bir çox möcüzələr və qeyri-adi hadisələrlə müşayiət olunduğundan İsanın Allahın zühur yeri, təcəlla aynası hesab etmişlər. Guya bu səbəbə görə Allah onu öz oğlu adlandırmışdır. Bəzən də deyirlər ki, Allah-Taala İsanı fövqəladə sevdiyindən onu öz oğlu kimi təqdim etmişdir. Bu yozuma qarşı iki irad var: a) «Əhde-cədidin» ayələrində aşkar şəkildə bildirilir: «Zaman tamam olduqda Allah qadından doğulmuş oğlunu göndərdi». Eləcə də, məsihilər ümumi etiqad mənbələrində bildirirlər ki, onlar vahid ata Allaha, mütləq qüdrət sahibinə, görünən və görünməyən bütün şeylərin xaliqinə, İsa məsihə, Allahın oğluna, atadan doğulana, ata zatından yeganə doğulmuşa inanırlar. Onlar deyirlər: «Allah Allahdan, nur nurdan, həqiqi Allah həqiqi Allahdan, atası ilə eyni zatda olan məxluq yox, doğulmuş..» bu iki fikir bir-biri ilə qətiyyən uyuşmur. Çünki əvvəlki baxışa görə, İsa məsih Allahın oğludur. Nur nurdan ayrıldığı kimi, İsa da Allahdan ayrılmış və Məryəmin bətnində qərar tutmuşdur. Sonra isə dünyaya qədəm qoyaraq xalqın hidayəti və səadəti yolunda çalışmışdır. b) Əgər İsanın Allahın oğlu sayılması üçün atasız yaranışı, həyatının müxtəlif möcüzələrlə müşayiət olunması, bu şəxsdən fövqəladə işlərin baş verməsi kifayət sayılarsa, onda İsadan başqaları da Allahın oğlu sayılmalıdır. Çünki həzrət Adəm ata-anasız dünyaya gəlmiş, İbrahim, Musa, Nuh və bir çox digər Peyğəmbərlərin möcüzələri olmuşdur. Allah oğlu sayılması üçün əsas ola bilərmi?! 2. Başqa bir yozumda «Allah İsanın vücudunda təcəlla etmişdir» deyə onu Allah sayırlar. Guya hərarət özünü suda göstərdiyi kimi, Allah da özünü İsanın vücudunda göstərmişdir. Bu yozumla iradlardan yaxa qurtarmaq olmaz. Belə bir yozum çuxurdan çıxıb, uçuruma yuvarlanmaq kimidir. Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, Allah cism deyil və zaman-məkana sığmır. Zaman və məkan baxımından qeyri-məhdud olan bir varlıq insan bədənində aşkarlana bilərmi?! Axı İsa da başqaları kimi bir insandır və hamı kimi yeyir-içir, yatır, yeriyir... Axı sonsuz olmayan okean da kasaya yerləşə bilməz. Bəs necə ola bilər ki, qeyri-məhdud olan bir vücud İsa kimi məhdud bir vücuda sığışa?! İsanın Allahın oğlu olması əqli və məntiqi olmamaqla yanaşı, Allahın yeməməsi, yatmamasını təəccüblə qarşılayan avam adamda da suallar doğurur. MƏSİHILİKDƏ ÜÇ FİRQƏNİN, QOLUN YARANMASI Sual: Məsihilik dinində çoxsaylı firqələr mövcuddur. Amma bu firqələrdən üçü - katolik, ortodoks, protestant firqələri daha çox tanınmışdır. Bu firqələr nə vaxt yaranmışdır və onlar arasında hansı fərqlər vardır? Cavab: Ərəbcə «Casiliq» adlanan katolik papanı dini rəhbər kimi qəbul edən məsihi firqəsinə deyilir. Məsihilikdə keşişdən yuxarı dini rütbəyə malik olan yеpiskоplаr bir vaxt bir-birindən fərqlənmirdilər. Amma zaman keçdikcə isgəndəriyyə, antakiyyə, kаnistаnt və rum yеpiskоplаrı gücləndilər və ilk üç kilsənin yеpiskоplаrı «Patriarx» və rum yеpiskоpu «papa», yəni ata ləqəbini aldılar. Puls öz risaləsini yazdıqdan sonra rum kilsəsi bütün xristian, məsihi dünyasında şöhrət qazandı. Rum (Roma) papaları dünyanın ən böyük kilsəsi rütbəsi ilə kifayətlənməyib, yavaş-yavaş bütün dünya kilsələrinə hakim olmağa çalışdılar. Onlar bildirirdilər ki, həzrət İsa Petrisi özünə canişin təyin etdiyindən və Petris Roma şəhərinin ilk yеpiskоpu olduğundan Roma yеpiskоplаrı Petrisin canişinləri kimi yer üzünün bütün kilsələrinə hakim olmalıdırlar. Beşinci əsrdə Lui bütün xristian kilsələrinə başçılıq iddiasına düşdü. Qərbin bir çox yеpiskоplаrı onu dəstəklədilər. Amma şərqdə kоnstаntiyyә, antakiyyə patriarxlara və İran kilsələrinin yеpiskоplаrı onun hakimiyyətini tanımaqdan imtina etdilər. Bu imtinalar səbəbindən qərbin latın dilli kilsələri ilə şərqin yunan və suriya dilli kilsələri arasında parçalanma baş verdi. Xristian kilsənin bu iki kilsəsi bu günədək bir-birindən ayrıdır. Yunan Ortodoks kilsəsi Yunanıstan və Rusiyada fəaliyyət göstərir. Roma katolik kilsəsi isə Аvropa və Аmerikada hakimdir. Bu iki kilsə əqidə baxımından bir o qədər fərqlənməsələr də, Roma papasının hakimiyyəti onlar arasında ixtilafa səbəb olmuşdur. Əlbəttə, ikinci dərəcəli məsələlərdə də fikir ayrılıqları mövcuddur. Protestantlıq (lüğət mənası «etiraz») çox saylı ardıcılları olan məsihi firqəsidir. Bu firqənin yaranmasının əsas səbəbi papa üsul-idarəsi, məsihi ruhanilərinin dünyapərəstliyi, günahkarlara bağışlanma kağızı satılması, xalq üçün artıq əzab-əziyyət yaradılması, elm adamlarının sıxıntıya salınması olmuşdur. Əslində protestantlıq xristian islahatçılığıdır. Protestantların rəhbəri Martin Lüter olmuşdur. O, xristian dünyasının ən böyük islahatçısıdır. Martin Lüter 1517-ci il oktyabr ayının 31-də Vitenburq kilsəsinin divarına elan yapışdırmaqla mərhəmət satanlara, keşişlərin özbaşınalığına etirazını bildirmişdir. Bu hadisədən xəbər tutan Roma papası onu Romada saxlatdırmışdır. Amma Martin Lüter Roma papasına itaətdən boyun qaçırmış, öz mövqeyindən çəkinməmişdir. Onun sərt inadkarlığı ilə rastlaşan papa 10-cu Lui 1520-ci ildə ona kafir damğası vurmuşdur. Lüter böyük şücaətlə papanın onu kafirlikdə ittiham edən fərmanını yandırmışdır. Avropa xalqları Martin Lüterin çağırışlarını müsbət qarşılamışdır. O, müqəddəs «Əhde-cədid» kitabını alman dilinə tərcümə etmiş və ömrünün qalan hissəsini yazmağa və ona tabe olan kilsələri qaydaya salmağa sərf etmişdir. Protestantlıq firqəsi xristianlıqda bir çox islahatlar aparıb, behişt alverinə, günahların bağışlanmasına, tərkidünyalığa qarşı çıxıb, Roma papasının hakimiyyətini tanımasa da, bir çox məsələlərdə, eləcə də üç üqnüm məsələsində öz sələflərindən fərqlənməmişdir. XAÇ QÜSLÜ NƏDİR? Sual: Xaç qüslü dedikdə nəzərdə nə tutulur və o necə yerinə yetirilir? Cavab: Xaç qüslü məsihiliyin dini ayinlərindən biridir. Onlar iddia edirlər ki, bu ayin Həzrət İsadan qabaq da mövcud olmuşdur. Məsihilərin fikrincə, xaç qüslü verən kəs günahlardan təmizlənir və özünü Allah yolunda xidmətə vəqf edir. Bununla belə, «Qamuse-müqəddəs» kitabının müəllifi yazır ki, həzrət Məsih kimsəyə xaç qüslü verməmişdir. Xaç qüslü ayininin yerinə yetirilməsi qaydasına münasibətdə məsihilər arasında ixtilaf vardır. Bəzilərinin fikrincə, xaç qüslü verilən şəxs suya batmalıdır. Bəziləri isə bu işin üç dəfə yerinə yetirilməsini zəruri sayırlar. Belə bir fikir də var ki, xaç qüslü günahını keşiş qarşısında etiraf edənlərə aiddir. Ona görə də uşaqlara xaç qüslünün verilməsini düzgün saymırlar. Bəziləri isə uşaqlara xaç qüslü verilməsini, onların xaç suyuna salınmasını vacib bilirlər. Onlar deyirlər ki, uşağa xaç qüslü verərkən suyu onun üstünə səpmək kifayətdir. Suyun uşağın üstünə səpilməsi ruhul-qüds ilə yaxınlığa işarədir. Onlar ata-oğul və ruhul-qüdsün adı ilə bir miqdar su səpilməsini kifayət sayırlar. Demək, əvvəlcədən məsihi olanların xaç qüslü verməsi onların günahdan təmizlənməsi sayılır. Körpələrin və xristianlığı yenicə qəbul edənlərin xaç qüslü verməsi isə onların məsihi ayinlərini qəbul etməsinə bir işarədir. Bugünki kilsələrdə xaç qüslü eyni qaydada yerinə yetirilir. Keşiş böyük bir qabı su ilə doldurub, ona bir qədər balzam və duz qatır. Sonra camaatın qarşısında qüsl verəcəyi şəxsə xitab edir: «Məsihiliyin Allahı ata, oğul və ruhul qüdsdən ibarət bildiyinə inan: İsa Allah və Allah oğludur, anası Məryəmin bətnində bəşər şəklinə gəlmişdir; o atasının cövhərindən Allah, anasının bətnində insan olmuşdur; o dara çəkildi və üç gün sonra dirildi (qırx gün xalqın arasında oldu) Səmaya qalxdı və atasının sağ tərəfində oturdu. Qətlə yetirilmiş bu Allah qiyamət günü şəhadət verəcək ki, sən iman gətirdin». Keşiş bu sözləri dedikdən sonra qüsl verilən şəxs «bəli» deməli və keşiş dərhal sudan götürüb həmin şəxsin üstünə tökməlidir. Keşiş qüsl verən vaxt deyir ki, mən sənə ata, oğul və ruhul-qüds adı ilə qüsl verirəm. Sonra keşiş onun üzünü qurulayır. Bu vaxt qüsl verilən şəxsin günahları bağışlanır, ya da o rəsmi şəkildə məsihi (xristian) olur. Yeni doğulmuş körpəyə səkkizinci gün xaç qüslü verilir. Ata və ana öz körpəsini kilsəyə gətirir və keşiş yuxarıda qeyd olunmuş sözlərlə körpəyə müraciət edir. Ata və ana körpənin yerinə «bəli» deyərək, razılıq verirlər. Təəssübdən uzaq olan hər bir şəxs xaç qüslü ayinini diqqətlə nəzərdən keçirsə, onun bir silsilə xürafatdan ibarət olduğunu görər. Xaç qüslü ilə bağlı bəzi iradlarımızı bildirək: 1. Günah ruhi və əxlaqi bir büdrəmədir. Ruhu paka çıxarmadan, həqiqi tövbə etmədən, əxlaqı tərbiyələndirmədən, səmimi qəlbdən Allaha doğru qayıtmadan günahın təsirləri aradan qalxmır. Balzam yağı və duz qatılmış su ilə yuyunmaqla insanın qəlbi və ruhu təmizlənməz. Əgər bir şəxs günahdan peşiman olub, həqiqi tövbə edə bilərsə, bu xürafi ayinlərə yer qalmaz. İslam ayinləri insanın öz günahına görə peşimanlığını və tövbəsini onun təmizlənməsi kimi qəbul edir və lazım bilmir ki, günahkar şəxs öz sirrini başqalarına açıqlasın. İnsanın günahının təmizlənməsi üçün keşişə heç bir ehtiyac yoxdur. 2. Üçlü Allaha etiqad aşkar bir şirkdir və bu etiqad nəinki insanı paka çıxarmır, hətta həqiqi tövhiddən uzaqlaşdırır. İnsanın etiqadı bu sayaq mövhumatlara əsaslanarsa, o heç vaxt tərbiyələnib nicat tapa bilməz. Əksinə, belə mövhumatlar insanı doğru yoldan azdırır və onu bədbəxt edir. Məsihilərin bu sayaq küfürlü sözləri günahdan paklanma səbəbi bilməsi insanı heyrətə gətirir. Amma bu araşdırmalar müqəddəs İslam ayinlərinin realistliyini daha da işıqlandırır. İslam dinini qəbul etmək üçün məsihilikdə olan xürafi mərasimlərdən keçmək lazım gəlmir. Dünyanın istənilən bir nöqtəsində, istənilən bir vaxt Allahın birliyini və həzrət Muhəmmədin (s) Peyğəmbərliyini qəbul edən şəxs həqiqi müsəlman olur. Həmin şəxs hüquqi baxımdan digər müsəlmanlardan fərqlənmir. İslamı qəbul etmək üçün cəmiyyətin gözü qarşısında kiminsə təlqinlərini dinləmək, yanlış sözlərini təsdiq etmək lazım gəlmir. Аyәtullаh Мәkаriм Şirаzi Аyәtullаh Cәfәr Sübhаni | |
Views: 1033 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |