Çərşənbə günü, 2019-08-21, 1:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Alim anlayışı » 200 Sual-cavab

200 Sual-cavab
2013-02-13, 1:58 PM
SUAL 46-80
Sual 46: İslam dini hansı əsasla pakedici sayılır?
Cavab: İslam şəriətində kafir murdar sayılır. Əgər o şəhadət kəlmələrini deyib, müsəlman olarsa, paka çıxar.
Sual 47: Təbəiyyət nə deməkdir?
Cavab:Təbəiyyət pakedicilərdən biridir. Məsələn, şərab sirkəyə döndükdə pak olur. Bu vaxt onun qabı da paka çıxır. Şərabın paka çıxması ilə onun qabının da paka çıxması təbəiyyət adlanır.
Sual 48: Murdar yemiş heyvanın istibrası nə deməkdir?
Cavab: İnsan nəcisi yeməyə adət etmiş heyvanın sidiyi və nəcisi murdardır. Onların paka çıxarılması üsulu istibra adlanır. Heyvanların istibrası odur ki, onlar bir müddət saxlanıb, yalnız pak qidalarla yemlənsinlər. Nəcis yemiş dəvəni qırx gün inəyi iyirmi gün qoyunu on gün, ördəyi beş gün, ev toyuğunu üç gün istibra məqsədi ilə saxlamaq lazımdır.
Sual 49: Dəstəmaz necə alınır?
Cavab: Əvvəlcə, alının tük bitdiyi yerdən çənənin aşağısınadək üz yuyulur. Üz baş barmaqla orta barmaq miqdarında yuyulmalıdır. Üzdən sonra əvvəlcə sağ, sonra sol əl dirsəkdən barmaqların ucunadək yuyulur. Hər iki əl yuyulduqdan sonra əlin təri ilə başa məsh çəkilir. Məshin sağ əllə, yuxarıdan aşağıya çəkilməsi vacib deyil. Daha sonra əldə qalmış dəstəmaz təri ilə ayaq barmaqlarının başından ayağın üzünün dikələn yerinədək məsh çəkilir.
Sual 50: Dəstəmazın düzgün sayılması üçün hansı şərtlər var?
Cavab: Dəstəmazın düzgün sayılması üçün on üç şərt var.
1. Dəstəmaz suyu pak olmalıdır;
2. Dəstəmaz suyu mütləq saf olmalıdır;
3. Dəstəmaz suyu mübah, halal olmalıdır;
4. Dəstəmaz suyunun qabı halal olmalıdır;
5. Dəstəmaz suyunun qabı qızıl və gümüş olmamalıdır;
6. Dəstəmaz zamanı dəstəmaz üzvləri və məsh yeri pak olmalıdır;
7. Dəstəmaz və namaz üçü n kifayət qədər vaxt olmalıdır;
8. Dəstəmaz Allahın razılığı, ona yaxınlıq məqsədi ilə alınmalıdır;
9. Dəstəmaz tərtibi qaydada, ardıcıl alınmalıdır;
10. Dəstəmazdakı əməllər ard-arda yerinə yetirilməlidir;
11. İnsana başqa biri dətəmaz ala bilməz;
12. Dəstəmaz alan şəxsə su zərərli olmamalıdır;
13. Dəstəmaz üzvlərində suyun qarşısını alan maneə olmamalıdır.
Sual 51: İnsan dəstəmaz alıb-almadığı barədə şəkk edirsə, vəzifəsi nədir?
Cavab: Əgər namaz gedişində belə bir şəkk olsa, namaz batildir. Əgər namazını bitirdikdən sonra insan şəkk etsə ki, dəstəmaz alıb yoxsa yox, onun namazı düzgündür. Əgər belə bir şəkk namazdan qabaq baş versə, dəstəmaz almaq vacibdir.
Sual 52: Dəstəmaz nə üçündür?
Cavab: Altı halda dəstəmaz almaq vacibdir:
1. Meyit namazından savayı bütün namazlar üçün;
2. Yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirmək üçün (əgər dəstəmaz pozulmuşsa);
3. Kəbə evinin vacib təvafı üçün;
4. Əgər dəstəmaz almaq nəzir, əhd edilmişsə;
5. Bir şəxs Qurana toxunmağı nəzir edərkən;
6. Murdarlanmış Quran vərəqini suya çəkmək üçün dəstəmaz alınmalıdır. Amma dəstəmaza məşğulluq Qurana hörmətsizlik sayılarsa (vaxt çox gedərsə), Quranı suya çəkmək üçün dəstəmaz almaq lazım deyil.
Sual 53: Quran yazılarına toxunmaq olarmı?
Cavab: Dəstəmazsız halda Quran yazılarına toxunmaq haramdır. Amma tərcümə olunmuş Quranların yazısına toxunmaq olar.
Sual 54: Dəstəmazı nələr batil edir?
Cavab: Yeddi şey dəstəmazı batil edir: Sidik, nəcis, nəcis məxrəcindən xaric olan yel, həm gözün görməməyi, həm də qulağın eşitməməyi il müşayiət olunan yuxu, ağılı başdan alan şeylər, qadınlarda istihazə, cənabət kimi qüsl tələb edən işlər.
Sual 55: Adi vaxtda alınmış dəstəmazla namaz qılmaq olarmı?
Cavab: Namazın vaxtından əvvəl təharət məqsədi ilə dəstəmaz almaq olar və bu dəstəmazla namaz qılmaq mümkündür.
Sual 56: Dəstəmaz üzvlərində yara varsa nə etməli?
Cavab: Əgər yaraya suyun zərəri yoxdursa, adi qaydada dəstəmaz alınır. Yox əgər suyun yaraya zərəri varsa yaranın ətrafı yuyulur və onun üzərinə pak bir parça qoyulur, tər əl ilə məsh çəkilir. Əgər yara məsh yerlərindədirsə, məsh yerinin üzərinə pak parça qoyulur və məsh çəkilir. Vacib ehtiyata əsasən təyəmmüm də edilir. Yox əgər yaranın üzərinə parça qoymaq da mümkün deyilsə, dəstəmaz əvəzinə təyəmmüm edilir. Yaxşı olar ki, məshsiz bir dəstəmaz da alınsın (Uyğun surətdə alınan dəstəmaz cəbirə dəstəmaz adlanır).
Əgər yara bağlıdırsa, onu açmaq mümkün olduqda yara açılır və dəstəmaz alınır. Yaranı açmaq mümkün deyilsə və onun sarğısı murdardırsa, yaraya toz, su toxunması zərərli olduqda onun ətrafı yuyulur, murdar sarğının üzərinə pak parça qoyulur, məsh çəkilir.
Sual 57: Əgər təyəmmüm yerində yara varsa, nə etməli?
Cavab: Vəzifəsi təyəmmüm olan şəxsin təyəmmüm üzvlərində yara varsa, cəbirə dəstəmazda olduğu kimi hərəkət etməlidir.
Sual 58: Hansı hallarda qüsl vermək vacibdir?
Cavab: Yeddi halda qüsl vermək vacibdir: 1. İnsan cinsi yaxınlıq və ya məni xaric olması vasitəsi ilə cünub olduqda cənabət qüslü; 2. Qadınlar üçün heyz qüslü; 3. Qadınlar üçün nifas qüslü; 4. Qadınlar üçün istihazə qüslü; 5. Meyitə toxunma qüslü; 6. Meyit qüslü;. 7. Nəzir, and vasitəsi ilə vacib olan qüsl.
Sual 59: Qüsl hansı qaydada verilir?
Cavab: Qüsl iki növdür. Tərtibi qüsl və irtimasi qüsl. Tərtibi qüsldə qüsl vermək niyyəti ilə əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, daha sonra sol tərəfi yuyulur. Bu ardıcıllıqla verilməyən qüsl batildir.
İrtimasi qüsl verən insan qüsl vermək niyyəti ilə tədricən suya batır. Bütün bədən suya batdıqdan sonra qüsl düzgün sayılır.
Sual 60: Qüsl vermiş şəxs namaz üçün dəstəmaz almalıdırmı?
Cavab: Yalnız cənabət qüslündən sonra namaz üçün dəstəmaz almaq lazım deyil.
Sual 61: Cünub şəxsə nələr haramdır?
Cavab: Cünub şəxsə beş şey haramdır:
1. Bədənin Quran yazısına, eləcə də, Allah adına toxunması. Vacib ehtiyata əsasən, peyğəmbərlərin və imamların da adına toxunmaq olmaz;
2. Məscidül-hərama və peyğəmbər məscidinə daxil olmaq;
3. Məsciddə dayanmaq (yaddan çıxmış bir şey üçün məscidin bir qapısından daxil olub, o birindən çıxmaq olar). Vacib ehtiyata əsasən, imamların barigahında da dayanmaq olmaz;
4. Məscidə bir şey qoymaq;
5. Vacib səcdəsi olan Quran surələrini oxumaq.
Sual 62: İnsan qüsl verib-vermədiyinə şəkk etsə, vəzifəsi nədir? Əgər şəkk etsə ki, qüslü düz verib, yoxsa yox vəzifəsi nədir?
Cavab: İnsan şəkk etsə ki, qüsl verib yoxsa yox, qüsl verməlidir. Əgər şəkk etsə ki, qüslü düzgün verib, yoxsa yox, təkrar qüslə ehtiyac yoxdur.
Sual 63: Qüsl vermək və dəstəmaz almaq mümkün olmadıqda təyəmmüm hansı qaydada yerinə yetirilir?
Cavab: Vəzifəsi təyəmmüm etmək olan şəxs qüsl və ya dəstəmaz əvəzi təyəmmüm etdiyini nəzərdə tutaraq təyəmmüm etdiyi şeyə (torpaq, qum, daş və s.) əllərinin içini qoşa şəkildə vurmalıdır. Sonra hər iki əllərinin içini bütöv alına tük bitən endə çəkməlidir. Sonda sol əlin içi sağ əlin üstünə, sağ əlin içi sol əlin üstünə çəkilir.
Sual 64: Hansı hallarda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar?
Cavab: Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar:
1. Əgər dəstəmaz və ya qüsl üçün su əldə etmək mümkün deyilsə;
2. Qocalıq, oğru və yırtıcıdan qorxu, su çəkmək üçün qabın olmamağı səbəblərindən təyəmmüm etmək olar. Su əldə etmək insan üçün məşəqqətə səbəb olduqda da təyəmmümə icazə verilir;
3. Su vasitəsi ilə xəstələnmə, cana zərər təhlükəsi olduqda;
4. Suyun dəstəmaz və ya qüsl üçün işlədiləcəyi təqdirdə ailə-övladın və yaxın adamların susuz qalacağı və susuzluqdan öləcəyi ehtimal edildikdə. Eləcə də, adətən, yemək üçün başı kəsilməyən at və qatır kimi heyvanların susuz qalacağı ehtimal olunduqda;
5. Əgər su yalnız paltarın və bədənin murdarlığını təmizləməyə çatarsa, əvvəlcə paltarı və bədəni paka çıxarmaq lazımdır;
6. İstifadə üçün halal qab olmadıqda;
7. Dəstəmaz və ya qüsl veriləcəyi təqdirdə namaz vaxtının ötüb keçəcəyi ehtimal edildikdə.
Sual 65: Can verən insan (möhtəzir) hansı şəkildə yerləşdirilməlidir?
Cavab: Can verən müsəlman arxası üstə, ayaqlarının altı qibləyə doğru uzadılmalıdır.
Sual 66: Meyitə hansı şəkildə qüsl verilməlidir?
Cavab: On iki imamçı şiənin meyit qüslü, kəfənlənməsi, meyit namazı və dəfni hamıya vacibdir. Meyitə üç qüsl verilir:
1. Sidr qatılmış su ilə;
2. Kafur qatılmış su ilə;
3. Xalis, saf su ilə.
Meyit qüslü cənabət qüslü tərtibində verilir.
Sual 67: Meyitə toxunma qüslü nə vaxt vacib olur?
Cavab: Meyit qüslü verilməmiş, eləcə də, bədəni soyumuş meyitə toxunan kəs meyitə toxunma qüslü verməlidir. Bədəni soyumamış meyitə toxunan kəsin qüsl verməsi vacib deyil.
Sual 68: Meyit namazı hansı qaydada qılınır?
Cavab: Meyit namazı qılmaq üçün dəstəmaz və qüsl şərt deyil. Bədən və libas pak olmaya da bilər. Meyit üçün namaz qılmaq istəyən şəxs üzü qibləyə dayanmalı və meyit onun qarşısında başı sağ, ayaqları sol tərəf istiqamətində uzadılmalıdır. Meyit namazında beş təkbir var. Meyitə namaz qılan şəxs ayaq üstə durmuş vəziyyətdə bu təkbiri desə kifayətdir: . Meyyit namazının beş təkbiri vardır və əgər onlar aşağıdakı tərtiblə deyilsə, kifayətdir. Niyyətdən və birinci təkbirdən sonra desin:
اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ
"Əşhədu ənla ilahə illəllah və ənnə Muhəmmədən Rəsulullah.” İkinci təkbirdən sonra desin:
أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَاَلِ مُحَمَّدٍ
"Allahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd.” Üçüncü təkbirdən sonra desin:
أَلّلهُمَّ اغفِرللمؤمِنِينَ وَالمؤمِنَاتِ
"Allahumməğfir lil-mumininə vəl-muminat.” Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin:
أَلّلهُمَّ اغفِر لِهَذَا المَيِّتِ
"Allahumməğfir li hazəl-məyyit”; əgər qadın olarsa, desin:
أَلّلهُمَّ اغفِر لِهَذهِ المَيِّتِ
"Allahumməğfir li hazihil-məyyit” və sonra 5-ci təkbiri desin.
Daha yaxşı olar ki, birinci təkbirdən sonra bu duanı oxusun:
أَشهَدُ اَن لاَاِلهَ إِلاَاللهُ وَحدَهُ لاَشَرِيكَ لَهُ إِلهَا واَحِدًا اَحَدًا صَمَدًا فَردًا قَيُّومًا داَئِمًا اَبَدًا لَم يَتًجِذ صَاحِبَةً وَلاَ وَلَدًا وَاَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ اَرسَلهُ بِالهُدى وَدِينِ الحَقِ لِيُظهِرَهُ عَلَى الدِينِ كُلّهِ وَلَو كَرِهَ المُشرِكُونَ بَشِيرًا وَنَذِيرًا بَينَ يَدَىِ السَاعِةِ
İkinci təkbirdən sonra bu duanı oxusun:
أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِك عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً كََاَفضَلِ مَاصَلَّيتَ وَبَارَكتَ وَتَرَحَّمتَ عَلَى اِبراهِيمَ وَآلِ اِبراهِيمَ اِنَّكَ حَمِيدً مَجِيدً وَصَلَّ عَلَى جَمٍيعِ الاَنبِيَاءِ وَ مُرسَلِينَ
Üçüncü təkbirdən sonra bu duanı oxusun:
أَلّلهُمَّ اغفِر لِلمؤمِنِينَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِينَ وَالمُسلِمَاتِ اَالاَحيَاءِ مِنْهُم وَالاَمواَتِ تَابِع بَينَنَا وَبَينَهُم بِاالخَيرَاتِ اِنَّكَ عَلَى كُلَّ شَىءٍ قَدِيرً
Dördüncü təkbirdən sonra meyyit kişidirsə, bu duanı oxusun:
أَلّلهُمَّ اِنَّ هَذا المُسَجّىَ قُداًمَنَا عَبدُكَ وَابنُ عَبدِكَ وَابنُ اَمَتِكَ نَزَلَ بِكَ وَاَنتَ خَيرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ اِنَّكَ قَبَضتَ روُحَهُ اِلَيكَ وَقَد اِحتاجَ اِلَى رَحمَتِكَ وَاَنتَ غَنىٌ عَن عَذَابِهِ أَلّلهُمَّ اِتًا لاَنَعلَمُ مِنهُ اِلاَ خَيرَا وَاَنتَ اَعلَمُ بِهِ مَنًا أَلّلهُمَّ اِن كَانَ مُحسِنًا فَزِد فِى اِحسَانِهِ وَ اِن كَانَ مُسِيئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَنَا وَلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَكَ فِى اَعلَى العِلًيِّيِنَ وَخُلُف عَلَى اَهلِهِ فِى الغَابِرِينَ وَارحَمهُ بِرَحمَتِكَ يَااَرحَمَ الرَّاحِمينَ
Dördüncü təkbirdən sonra meyyit qadındırsa, bu duanı oxusun:
أَلّلهُمَّ اِنَّ هَذِهِ المُسَجَّاتَ قُدَامَنَا اَمَتُكَ وَاَبنَتُ عَبدِكَ وَابنَتُ اَمَتِكَ نَزَلَت بِكَ وَاَنتَ خَيرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ اِنَّا لاَنَعلَمُ مِنهَا الاَّ خَيرَا وَانتَ اَعلَمُ بِهَا مِنًا أَلّلهُمَّ اِن كَانَت مُحسِنَةً فَزِد فِى اِحسَانِهَا وَاِن كَانَت مُسِيتُةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عِندَكَ فِى اعلىَ عَلِّييِّن وَاخلُف عَلَى اَهلِهَا فِى الغابِرِنَ وَارحَمهَا بِرَحمَتِكَ يَا اَرحَمَ لرَّاحِمِنَ
Sonra beşinci təkbiri desin.
Sual 69: Neçə vacib namaz var?
Cavab: Hər bir müsəlmana altı namaz vacibdir: on yeddi rəkət gündəlik yövmiyyə namazı, ayət namazı, meyit namazı, böyük oğul üçün dünyasını dəyişmiş atanın qəza namazı, icarə, nəzir, and və əhd vasitəsi ilə vacib olan namazlar.
Sual 70: Gündəlik yövmiyyə namazları hansılardır?
Cavab: İki rəkət sübh namazı, dörd rəkət zöhr (günorta) namazı, dörd rəkət əsr (ikindi) namazı, üç rəkət məğrib (şam) namazı, dörd rəkət işa (xiftən) namazı.
Sual 71: Namazı üzü qibləyə qılmaq vacibdirmi?
Cavab: Namaz üzüqibləyə qılınmalıdır. Namaz qılmaq istəyən şəxs qibləni təyin etmək üçün çalışmalıdır. Hissi nişanələrə əsasən qiblənin istiqamətini bildirən iki aqil şəxsin dediyinə əməl etmək olar. Elmi qaydaya əsasən, qibləni göstərən insanın dediklərinə də etibar etmək olar. Qibləni deyilən qaydada göstərənlər olmadıqda məscid mehrablarına, müsəlman qəbirlərinə əsasən qibləni təyin etmək lazımdır. Heç vəchlə qiblə təyin olunmadıqda və namazın vaxtı dar olduqda üzü dörd tərəfə tutaraq dörd namaz qılmaq lazımdır. Əgər iki tərəfdə qiblənin ola biləcəyi ehtimal edilirsə, həmin iki tərəfə doğru namaz qılmaq lazımdır.
Sual 72: Yol gedə-gedə namaz qılmaq olarmı?
Cavab: Müstəhəb namazları yol gedə-gedə, süvari halda qılmaq olar. Bu iki halda müstəhəb namaz qılarkən üzü qibləyə dayanmaq lazım deyil.
Sual 73: Hansı libasda namaz qılmaq olar?
Cavab: Namaz qılınan libas pak və halal olmalıdır. Bu libas ölü və əti haram heyvanın əzalarından hazırlanmamalıdır. Namaz qılan kişidirsə, onun libası xalis ipəkdən və sapları qızıl parçadan olmamalıdır. Namaz qılan şəxs namazı bitirdikdən sonra anlasa ki, onun paltarı murdar olub, qıldığı namaz qəbuldur.
Sual 74: Qızıl zinət əşyaları ilə namaz qılmaq olarmı?
Cavab: Kişi üçün qızıl zinət əşyaları haramdır və bu əşyalarla qılınmış namaz batildir. Vacib ehtiyata əsasən, kişi qızıl eynəkdən də çəkinməlidir. Amma qadınların həm namaz vaxtı, həm də qeyri vaxtlarda qızıl əşyalardan istifadə etməsinin eybi yoxdur.
Sual 75: Hansı hallarda murdar libas və ya bədənlə namaz qılmaq olar?
Cavab: Beş halda libas və bədən pak olmadıqda qılınmış namaz düzgündür:
1. Corab və araqçın kimi kiçik şeylər murdar olduqda;
2. Dayənin libası saxladığı uşağın sidiyi ilə murdarlandıqda;
3. Libas bədəndəki yaranın qanına bulaşdıqda;
4. Bir dirhəm ölçüsündən az murdarlandıqda;
5. İnsan murdar bədən və libasla namaz qılmağa məcbur olduqda.
Sual 76: Namaz harada qılınmalıdır?
Cavab: Namaz qılınan yerin beş şərti var:
1. Namaz qılınan yer halal olsun;
2. Hərəkətsiz olsun;
3. Otağın hündürlüyü ayaq üstə durmağa imkan versin;
4. Namaz qılınan yer əgər nəcasətə bulanıbsa, onun rütubəti libasa keçəcək həddə olmasın;
5. Səcdə üzvləri yerə qoyularkən gərək yerin səthi bir-birindən dörd bitişik barmaqdan artıq (istər aşağıya istər yuxarıya doğru) fərqli olmasın.
Sual 77: Namazın hansı vacibatları var?
Cavab: Namazın on bir vacibatı var: niyyət, qiyam, təkbirətül-ehram, səcdə, qiraət, zikr, təşəhhüd, salam, tərtib, müvalat.
Sual 78: Namazın rüknü nədir?
Cavab: Rükn namazdakı o vacibatlardır ki, əgər insan bilərəkdən və bilməyərəkdən onları artırsa və ya azaltsa, namazı batil olur. Namazın beş rüknü var:
1. Niyyət;
2. Təkbirətul-ehram, yəni niyyətdən sonra «Əllahu Əkbər» demək;
3. Qiyam–təkbirətul-ehram deyərkən və rükudan qabaq ayaq üstə olmaq (ona rükuya bitişən qiyam deyilir);
4. Rüku;
5. İki səcdə.
Sual 79: Niyyətdən çıxmaq nə deməkdir?
Cavab: İnsan namazın ortasında o qədər qəflətə vara bilər ki, əgər ondan nə etdiyini soruşsalar, cavab tapa bilməz. Belə halda namaz batildir.
Sual 80: Ayaq üstə durmaqdan ibarət olan qiyam vəziyyətinin şərti nədir?
Cavab: Niyyətdən sonra «Əllahu Əkbər» deməzdən qabaq və sonra bir miqdar dayanmaq vacibdir. İnsan əmin olmalıdır ki, təkbir kəlməsini ayaq üstə demişdir. Qiyam zamanı bədən hərəkətsiz olmalı, bir tərəfə əyilməməlidir. Qiyamda ayaqlar arası məsafənin üç barmaqdan bir qarışadək olması müstəhəbdir. Qadınlar ayaqlarını bir-birinə yapışdırsalar yaxşı olar.
Category: 200 Sual-cavab | Added by: Ənfal
Views: 701 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]