Cümə axşamı, 2024-05-02, 9:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-23, 7:44 AM
Sual : Nə üçün sünnilər namazda həmd və surənin əvvəlində "bismillahir-rəhmanir-rəhim” demir və ya asta deyirlər?

Cavab: Şiələrin əqidəsinə görə, "Bismillahir-rəhmanir-rəhim” Quran surələrinin tərkib hissəsidir. "Tövbə” surəsindən başqa bütün surələr "bismillahir-rəhmanir-rəhim”lə başlayır. Əgər həmd və surəni "Bismillahir-rəhmanir-rəhim”siz başlasaq, surə natamam olar.
Bu məsələdə sünnilərin bir qismi şiələrlə həmfikirdirlər. Sünnilərin bəziləri isə yalnız "Nəml” surəsinin "Bismillahir-rəhmanir-rəhim”lə başladığını qəbul edir. Malikilər isə belə düşünürlər ki, ümumiyyətlə, namazda "Bismillahir-rəhmanir-rəhim” deyilməməlidir. ("Misbahul-munir”, Həmd surəsinin təfsiri.) Beləcə, dörd sünni məzhəbini təşkil edən malikilər uyğun ifadəni namazda işlətmir, hənəfilər ya demir, ya da astadan deyir, şafeilər ucadan deyir, hənbəlilər ucadan demirlər.("Səhihe-Müslim”, namaz kitabı, s.204) Belə bir nəticəyə gəlirik ki, sünnilər arasında namaz qılarkən "bismillahir-rəhmanir-rəhim” demək təqiyyəyə zidd deyil.

Vəhhabi suallarına cavablarımız  

Müəllif: Əli Ətai İsfəhani 
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 532 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]