Cümə axşamı, 2024-05-02, 11:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 6:16 AM
Sual : Nə üçün şiələr Peyğəmbəri (s) ziyarət edərkən sünnilər etiraz edib deyirlər ki, dua edəndə üzünüzü qəbrə yox, qibləyə tutun?

Cavab: Şiə kitablarındakı rəvayətlərdə Peyğəmbər (s) Əhli-beyti (ə) buyurur: "Ziyarətçi öz ziyarətindən sonra üzünü qibləyə tutub, dua üçün əllərini qaldırsın və Allah-təaladan diləyini istəsin. Belə dua qəbul olmağa daha layiqdir.”("Vəsailüş-şiə”, fəsil 6, hədis 1.)
Buna əsasən, möhtərəm ziyarətçilərin dua zamanı üzünü qibləyə tutması müstəhəbdir. Bu əmr təkcə Peyğəmbərin ziyarətinə yox, bütün məsumların (ə) ziyarətinə aiddir. Üzü qəbrə dayanıb Allaha dua edən şəxs şəri cəhətdən xilaf iş görmür, sadəcə, müstəhəb bir işi tərk etmiş olur.
Sünnə əhli isə belə hesab edir ki, dua zamanı üzü qəbrə dayanan adam dua üçün əllərini qaldıra bilməz.("Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.1391) Ona görə də uyğun halda dua üçün əlini qaldırana mane olurlar. Onların nəzərincə bu iş xilafdır və nəhy əz münkər (qadağa) lazımdır.
Ümid edirik ki, möhtərəm şiələr müstəhəbbi əmələ riayət edərək dua vaxtı üzü qibləyə dayanacaq və sünnilərin etirazına şərait yaratmayacaqlar.

Vəhhabi suallarına cavablarımız 

Müəllif: Əli Ətai İsfəhani 
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 475 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]