Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar |
Şübhə doğuran suallar
2012-10-17, 7:00 AM | |
Cavab: Bu məclislər kamil insan tərbiyəsində, ictimai quruculuqda, şiə mədəniyyətinin təbliğində mühüm rol oynayır. Aşura bəyanatlarını, söhbətlərini və şüarlarını nəzərdən keçirməklə əzadarlıq mərasimlərinin əhəmiyyətini anlamaq olar. Kərbəla ibadət, fədakarlıq, şücaət, təvəkkül, səbr, əmr be məruf və nəhy əz münkər məktəbidir. Xalqlar öz dinlərinin, namuslarının, torpaqlarının müdafiəsi yolunda candan keçməyi bu məktəbdə öyrənirlər. İmam Hüseyn (ə) əzadarlığının ümumiləşdirilmiş şəkildə üç faydası vardır: 1. Dövrün zalımlarına etiraz və dünya məzlumlarının himayəsi; 2. Ədalət hissinin oyanışı və zalımlardan intiqam almaq arzusunun güclənməsi; 3. Haqqa çatmaqda və onun müdafiəsində şiələrin ictimai birliyinin təlimi. Əhli-beytə əzadarlıq keçirilməsi barədə rəvayət vardırmı? Cavab: Bu mövzuda rəvayət çoxdur. Misal olaraq, bir neçə rəvayət göstərə bilərik: 1. İmam Sadiq (ə) buyurmuşdur: "Allah bizim şiələrimizə rəhmət etsin. And olsun Allaha, onlar mömindirlər. And olsun Allaha, onlar öz sonsuz kədərləri ilə bizim müsibətlərimizə həmdərddirlər.”("Biharul-ənvar" c. 43. səh 222) 2. İmam Riza (ə) buyurmuşdur: "Bizim müsibətlərimizi xatırlayıb, çəkdiyimiz əzablar üçün ağlayan kəs qiyamət günü bizimlə olacaq, bizim dərəcəmizə çatacaqdır. Bizim müsibətlərimizi bəyan edib ağlayan və başqalarını ağladan kəs gözlər ağlayacağı qiyamət günü ağlamaz. Hər kəs bizim işimizin ayağa qaldırıldığı bir məclisdə əyləşsə, qəlblərin öləcəyi gün qəlbi ölməz.”(Həmin mənbəə) 3. İmam Sadiq (ə) Füzeylə buyurdu: "Əzadarlıq məclisi qurub, Əhli-beytdən və onun başına gələnlərdən danışırsınızmı?” Füzeyl bildirdi ki, belə məclislər qurulur. İmam buyurdu: "Bizim işimizi dirildin. Bizim işimizi dirildənlər Allahın mərhəmətinə qovuşar...”("Biharul-ənvar" c. 43. səh.282-289) İmam Hüseyndən (ə) sonrakı imamlar (ə) ona əza saxlayıblarmı? Cavab: İmam Sadiq (ə) buyurur: "Aşura hadisəsindən sonra İbn Ziyadın ölümünədək Bəni-haşim xanımlarından heç biri sürmə çəkmədi, xına yaxmadı, evlərindən xörək bişdiyini bildirən ocaq tüstüsü qalxmadı. Qanlı Aşura faciəsindən sonra gözlərimiz daim yaşlı oldu." ("İmam Həsən və İmam Hüseyn (ə) səh 114) İmam Səccad (ə) Kərbəla hadisəsi ilə əlaqədar bütün ömrünü göz yaşları içində keçirdi. Ona su təklif olunanda ağlayaraq buyururdu: "Peyğəmbər oğlu susuz öldürüldüyü halda mən necə su içim?!”("Biharul-ənvar" c. 43. səh 145) İmam Baqir (ə) Aşura günləri imam Hüseyn (ə) üçün əzadarlıq məclisi qurardı. Bu məclislərdən birində şair Kumeytin oxuduğu şerdən təsirlənən imam Baqir (ə) buyurur: "Var-dövlətim olsaydı, bu şerinə mükafat verərdim. Amma sənin mükafatın həzrət Peyğəmbərin (s) Həssan ibn Sabit haqqındakı duasıdır. Həzrət ona buyurmuşdu: "Biz Əhli-beyti daim müdafiə etdiyin üçün səni Ruhul-Qüdüs təsdiq edəcək.”("Misbahul-mütəhəccid" səh. 173) İmam Kazim (ə) buyurmuşdu: "Elə ki, məhərrəm başladı, atam gülməzdi. Üzü kədərli olardı, məhərrəmin onunadək yanaqlarından yaş süzülərdi. Həmin gün atamın müsibəti son həddə çatar, fasiləsiz ağlayıb buyurardı: "Bu gün babam Hüseynin (ə) şəhadət günüdür.("İmam Həsən və İmam Nüseyn (ə). səh 143) İmam Riza (ə) buyurmuşdur: "Elə ki, məhərrəm ayı çatdı, atamı gülən görən olmazdı. Bu vəziyyət Aşura gününədək davam edərdi. Həmin gün atam son həddə kədərlənib ağlayar və deyərdi: "Belə bir gündə Hüseyni (ə) qətlə yetirdilər. Ona Allahın salamı olsun.”("Hüseyn (ə)" 56) Kərbəla müsibəti ilə əlaqədar imam Riza (ə) buyurmuşdur: "İmam Hüseynin (ə) müsibət günü gözlərimizdən fasiləsiz yaş axar, göz qapaqlarımız yara olardı.”("Biharul-əvnar.c. 44. səh.284) Rəvayətlərə görə, əsrin imamı (ə) babasının şəhadətinə görə ağlayır.("Biharul-ənvar" c.101. səh. 320) Zəncir və sinə vurmağın dini əsası varmı? Cavab: Zəncir vurma İrana Hindistan və Pakistandan gəlmiş ənənədir. Bəziləri bu işdə ifrata varıb, bədənlərini yaraladıqlarından bir qrup alim uyğun adəti haram buyurmuşlar. Amma bədənə ciddi zərər toxunmazsa, zəncir vurmağın eybi yoxdur. Sinə vurmaq isə ərəblər arasında yaranmış adətdir. Sonradan növhələr sinə vurmaqla müşayiət olunmağa başlamışdır. Sinə vurmaq səfəvilər dövründən kütləviləşmişdir. "Təziyə” Aşura hadisəsinin nümayiş etdirilməsidir. Əzadarlığın bu forması bir çox şiə ölkələrində mövcuddur. Aşura faciəsinin səhnələşdirilməsi bəzən əzadarlığın mahiyyətini arxa plana keçirir. Əzadarlıq dövründə qara geyinməyin fəlsəfəsi nədir? Cavab: Əvvəla, qara geyimdə məxfilik əlaməti var. Digər bir tərəfdən, tarix boyu hakimiyyətdə olan insanlar şəxsiyyətinin ciddi qəbul olunması üçün qara geyimdən istifadə etmişlər. Dünyanın əksər xalqları isə qara rəngi matəm və qəm-qüssə əlaməti kimi qəbul etmişlər. Qara rəngin əsil fəlsəfəsi isə onun işığa, nura zidd olmasıdır. Qara rəngli libas geyinən əzadar əzası keçirilən şəxsi itirməklə dünya işığından məhrum olduğunu bildirmək istəyir. İslam Peyğəmbərinin vəfatının səkkizinci günü qızı həzrət Zəhra (ə) fəryad qopararaq deyir” "Ey ata! Sənin gedişinlə dünya öz işığını bizdən aldı...”("Biharul-ənvar" c. 43. səh 173) İmam Hüseyn (ə) kimi məğrur bir şəxsiyyətin məclislərdə məzlum kimi təqdim olunması nə dərəcədə doğrudur? Cavab: İzzət Qurani-kərimdə ən bəyənilmiş sifətlərdən biri kimi bəyan olunur.("Nisa" 4)Quran işığında hərəkət edən imam Hüseyn (ə) və onun səhabələri düşmən qarşısında həmişə məğrur dayanmış, zilləti qəbul etməmişlər. Bəzi məclislərdə imam Hüseynin (ə) məzlum göstərilməsi təəssüf doğurur. Bir çox məddahlar nə yolla olur-olsun xalqı ağlatmağa çalışır, hətta bu yolda imamın izzətini qurban verirlər. Əslində bu iş İslam dininə, Əhli-beyt dəyərlərinə ziddir. Bəni-üməyyənin Əhli-beytə qarşı zülmləri kimsədə şübhə doğurmur. Amma izzətli insanlar heç bir zülmün qarşısında öz vüqarını itirib, mənən sınmırlar. Aşura hadisəsinin əziz tutulması üçün bu mövzuda söhbətlərlə kifayətlənib, sinə və zəncir vurulmasını aradan götürmək olmazmı? Cavab: İmam Hüseyn (ə) şəxsiyyətinin cəmiyyətə tanıtdırılması üçün konfranslar, elmi çıxışlar, tədqiqatlar və məqalələr çox faydalıdır. Amma öz rəftarımıza nəzər salsaq mühüm rola malik iki qrup amillə rastlaşarıq. Birinci qrup amillər insanın hər hansı bir həqiqəti dərk etməsini təmin edir. Lakin hər hansı bir həqiqəti elmi şəkildə bilmək insanın həmin həqiqətə münasibətini müəyyənləşdirmir. Şəhid Mütəhhəri buyurur: "Amil insanın daxilində olmalıdır ki, onu hərəkətə gətirsin. İnsanda hər bir işə daxili meyl olmalıdır ki, həmin iş yerinə yetirilsin. Elmi tanışlıq insanın hərəkətə gəlməsi üçün kafi deyil. Yalnız psixoloji amil insanı işə sövq edə bilir.” Bəli, insan çox şey bilir, amma bildiklərinə əməl etmir. Düşmənin mənfurluğunu hamı bilir. Amma yalnız düşmənin vəhşiliklərini gözü ilə görənlər ona nifrət edir. İnsan sevdiyi adamı xatirələr vasitəsi ilə yad edərək şövqə gəlir. İmam Hüseyn (ə) haqqında söhbətlər həqiqət və ədalət haqqında təsəvvür yarada bilər. Amma meydana girib bu dəyərləri müdafiə etmək üçün həyəcanlanmış hisslərə ehtiyac var. Universitet səviyyəsində Kərbəla faciəsindən xəbərdar olan bir gənc məmləkətinə təcavüzü sakit qarşılasa, təəccüblənməyin. Çünki, o, bu həqiqətləri daxilən yaşamamışdır. Amma imam Hüseyn (ə) əzadarlıq məktəbindən keçmiş gənc həqiqət və ədalət uğrunda qanlı savaşa atılmaqdan çəkinmir. | |
Views: 541 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |