Cümə günü, 2024-04-26, 1:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-17, 6:30 AM
Namazı necə qılmalıyıq?




Namazda "möhür qoymaq” nə vaxtdan yaranıb və nə üçün?

Cavab: Səcdə olunan məkan gərək yer və yerdən bitən olunsun. Bu məsələ də heç bir ixtilaf yoxdur. Sünni və şiə məzhəblərindən səhih rəvayətlər nəql olunmuşdur ki, جعلت لنا الارض كلها مسجداً "Tamam yer üzü bizim üçün səcdəgah qərar verilmişdir”

ان النبي (ص) سجد علي الحجر

"Peyğəmbər daşa səcdə edib (namaz vaxtı alnını daşa qoyurdu).”

"Səhih müslum”, 2-ci cild, səh: 62, "Müsnəd Əhməd” 1-ci cild, səh: 327.

Lakin bəzən yer isti olduğundan müsəlmanlar kiçik bir daş və yaxud bir ovuc torpaq əllərində götürüb saxlayırdılar ki, soyusun sonra ona səcdə etsinlər. Bu haqda Cabir ibn Abdullahdan və Ənəs ibn Malikdən belə nəql olunmuşdur:

كنت اصلي مع رسول الله (ص) الظهر فآخذ قبضة من حصي في كفي لتبرد اسجد عليه من شدّة الحر.

"Peyğəmbər ilə zöhr namazı qılırdım. Yerdən bir ovuc qum götürüb ovcumda saxladım ki, soyusun və ona səcdə edim (namaz qılanda alnımı ona qoyum).”

"Müsnəd Əhməd”, 1-ci cild, səh: 327; "Əs-sünənül-kübra”, 2-ci cild, səh: 105.

Amma həsir və yaxud "hümrə” adlanan bir həsir parçası barəsində rəvayətlərdə belə nəql olmuşdur: Əbu Səid Xodri Ənəsdən nəql edir:

كان رسول الله يصلّي علي الخمرة و يسجد عليها.

"Peyğəmbər həsirin üstə namaz qılıb və ona səcdə edərdi.”

"Səhihi Müslüm”, 1-ci cild, səh: 109; "Məcməuz-zəvaid”, 2-ci cild, səh: 57.

Bəzəndə müsəlmanlar istinin şiddəti nəticəsində öz köynəklərinin qoluna səcdə edərdilər. Ənəs nəql edir:

فيضع احرنا طرف الثوب من شدة الحرفي مكان السجود.



"Səhihi Buxari”, 1-ci cild, səh: 101.



Torpağa səcdə:

Torpağa səcdə etmək bəndəçiliyin Allah qarşısında xuzu-xuşu etmənin açıq-aydın bir nümunəsidir. Peyğəmbər (s) özü torpağa səcdə edib və dəfələrlə öz səhabəsini torpağa səcdə etməyə əmr etmişdir:

1-Əbu Səid Xodri:

أبصرت عيناي رسول الله و علي انفه و جبهته اثر الماء و الطين...

"Peyğəmbərin alnında və burnunda suyun və palçığın əsəri qaldığını öz gözlərimlə gördüm.”

"Səhihi Buxari”, 1-ci cild, səh: 163.

2- Peyğəmbər Süheyfin səcdə etdiyini görüb (elə bil torpağdan imtina edirdi) buyurdu:

ترب وجهك يا صهيب.

"Ey Süheyb üzüvi torpağa qoy.”

Eyni bu cümləni həzrət Ümmi Sələmənin Ribah adlı qulamına da buyurmuşdur.

"Kənzül-ummal”, 7-ci cild, səh: 465. Əhməd və Əbdül Rəzrəqın rəvayətinə əsasən.



Möhrə səcdə:

Şübhəsiz möhrə səcdə etmək torpağa səcdə etmək deməkdir. İslam dinində müqəddəs və mübarək məkanların torpağından (rəvayətlərə əsasən daşı, qumu və torpağı) özünlə götürüb namazda ona səcdə etməyə (namaz vaxtı alnını ona qoymağa) heç bir qadağa qoyulmayıb. Əksinə, tarixi sənədlərə əsasən tabein və məzhəb böyüklərinin bəzisi səfərə çıxarkən bir miqdar torpaq, xüsusilədə Mədinə şəhərinin torpağından özləri ilə götürərdilər:

1-Məsruq ibnil-Əcdə səfərə çıxdıqda özü ilə bişmiş torpaq götürərdi.

كان يأخذ في اسفاره لبنة يسجد عليها.

"Əl-müsənnif”, müəllif: İbn Əbi Şəbih, 2-ci cild, "Mən kanə yəhmilu fis-səfinəti şeyən yəscudu ələyha” fəsli.

2-İmam Ovzai (təvəllüd 79) Mədinədən səfərə çıxan zaman bir miqdar özü ilə Mədinə torpağından (tin) götürərdi ki, namaz vaxtı ona səcdə etsin (alnını ona qoysun) və "Ən fəzilətli torpaq Peyğəmbər (s)-in dəfn olduğu torpaqdır”–deyə söyləyərdi.

"Hazihi hiyəş-şiə”, səh: 267.



Kərbala torpağı:

Bu torpağın fəzilətini, minlərlə insanın bu torpaqdan behişdə daxil olduğunu, yüzlərlə peyğəmbərlərin və Peyğəmbər (s)-in vəsiyyi, behişt cavanlarının ağasının o torpaqda dəfn olmasını, Peyğəmbər (s)-in o torpağı iyləyib ريح كرب و بلا buyurmasını və onu Ümmi Sələməyə qorumaq üçün verməsini nəzərə aldıqda bu torpağın xas bir fəzilətə malik olması məlum olur. ( Hətta əhli sünnənin yanında uca məqam sahibi olan) Əhli beyt (ə) həm əməldə və həmdə sözlə bu torpağın əhəmiyyətini, fəzilətini bəyan etmiş ilk şəxslərdir. Bu torpaqdan bir az götürüb ona səcdə, təyəmmüm etməklə və möhür, təsbih düzəltməklə müsəlmanları bu böyük feyzə, fəzilətə hidayət ediblər.

Rəvayətlərə əsasən imam Hüseyn (ə)-ın mübarək turbətindən götürüb, ondan səcdə etmək üçün möhür və zikr etmək üçün təsbih düzəldən ilk şəxs imam Zeynəl-Abidin (ə) olmuşdur. O həzrət imam Hüseyn (ə)-ı dəfn etdikdən sonra bir miqdar mütəhhər torpaqdan götürdü. Sonralar bütün imamlar belə edirdi. İmam Sadiq (ə) ancaq Kərbəla möhrünə səcdə edirdi:

ما كان يسجد الا علي تربة الحسين تذللا لِلّه و استكانة له.

"Vəsailuş-siə”, 3-cü cild, səh: 608.

İmam Sadiq (ə) buyurmuşdur:

ان السجود علي تربة ابي عبدا الله (ع) يجرق الحجب السبغة.

"İmam Hüseyn (ə)-ın pak türbətinə səcdə etmək yeddi asimanı yarar (namazın göyə qalxmasından və qəbul olmasından kinayədir).”

"Müstədrəkul-vəsail”, 4-cü cild, səh: 10.

Əlbəttə bu barədə başqa rəvayətlər də vardır amma xülasə cavaba riayət etmək üçün başqa hədislərdən vaz keçirik.

Son söz:

Bu torpağın fəzilətini nəzərə alaraq (bəlkədə imam Hüseyn (ə)-ın Yezidin zülmünə qarşı mübarizəsini xatırlamaq naminə) məsum imam (ə)-lar müsəlmanları bu torpağa səcdə etməyə (namaz qılarkən alnını bu torpağa qoymağa) dəvət və israr edirdilər. Əgər başqa bir torpağın fəziləti sübuta yetirilsəydi o torpağa səcdə etmək nəzərə alınardı, (Ovzaidən nəql olduğu kimi) və o torpaq da təbərrük üçün götürərdilər. Səhmudi Şafei ibn Nəccardan və ibn Covzidən Mədinə şəhərinin torpağından təbərrük üçün istifadə etməyi nəql etmişdir.

"Vəfail-vəfa”, 1-ci cild, səh:116; "Rəvafedul-iman” səh: 49.



İslammaarifində.com
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 354 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]