Cümə axşamı, 2024-11-21, 6:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Qəlbi diri saxlamaq üçün lazım olan zikrlər
2013-11-19, 10:53 PM
Qəlbi diri saxlamaq üçün lazım olan zikrlər

  Həzrət Peyğəmbər (s) buyurur: "سبحان الله و الحمد الله و لا اله الاّ الله و الله اکبر ("Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vəllahu əkbər”)” zikrini çox deyin. Çünki Qiyamət günü bu zikrlər qarşıdan və arxadan mühafizə olunan mələklərlə gələcəklər”. (Tebyan)
Dünya əhli daima dünya zikrləri ilə məşğuldurlar və dünyaya qərq olublar Ancaq iman əhli Allahı yada salaraq ləzzət alar. Və onlar Allaha itaətə qərq olublar. Zikr - Allahla rabitə yaratmağın ən yaxşı yoludur. Allahı yada salmaq insanı qürbə yaxınlaşdırar. Zikr edilən an, Allah bəndələrinin ən sevincli və şirin anlarıdır.
Hər bir dini məsələ kimi, zikrlərin də öz şəraitləri və qayda-qanunları vardır. Buna riayət edərək, həmin zikrlərdən düzgün faydalanmaq olar. Zikrin həqiqi mənası budur ki, insan harada olursa-olsun, Allaha itaət və bəndəlik etməlidir. Allahı unutmamalıdır. Mühüm olan budur ki, insan həyatının hər bir sahəsində iman əhli olsun. Zikr o zaman təsirli olar ki, insan Allahın mütisi olsun və ona təslim olsun.
Zikr edən zaman insan həm dili və həm də qəlbi ilə Allahı yada salar və Onun gözəl adlarını və sifətlərini səsləndirər. Bu da insan ruhunu həmişə xoşhal saxlayar. Bundan başqa, zikri davamlı demək qəlbdə olan günahları paklayar. Zikrlərin çox möcüzəli təsirləri vardır. Zikrlərdən hər biri insan ruhunu və əlxaqını tərbiyə edir və dəyişdirir. Zikrin insana qoyduğu təsirlərə nəzər salaq:
1. Allah bəndəsini yada salar.
İnsan Allahı zikr edən zaman Allah da həmin bəndəsini yadına salar. Allah buyurur ki, Məni yada salın ki, Mən də sizi yada salım.
2. Qəlbi saflaşdırar.
Allah, zikrlərin insan qəlbini nuraniləşdirdiyini və ayıltdığını bəyan edir. Qəlb ölərsə, insan da ölər. Qəlbin ölməməsi üçün İlahi zikrlərə pənah aparmaq lazımdır. Allahı zikr etmək nurdur və onu davamlı şəkildə demək qəlbi qəsavətdən qoruyar.
3. Qəlbə rahatlıq verər.
Allah Quranda buyurur: "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. ("Rəd” 28).
4. Allahdan qorxar və çəkinər.
Allah Təala buyurur: "Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. ("Ənfal” 2).
5. Bəsirəti açılar və şeytanı tanıyar.
İnsanı süqut etdirən amillərdən biri də budur ki, daima şeytanın tələsinə düşər. Ancaq Allahı zikr etmək insanın bəsirətini açar və şeytanın tələlərini tanıyar.
6. Günahları bağışlanar.
Allahı yada salanları Allah bağışlayar. Bununla yanaşı, bu əmələ görə savab da verər.
7. Hikmət və elm əldə edər.
Zikrin gətirdiyi faydalardan biri də ağlın bişməsi və hikmət əldə etməkdir. Zikr insan idrakını coşdurar və ayıldar. Həzrət Peyğəmbər (s) səhabəlrəinə buyurur: "İstəyirsinizmi ki, sizi dinar və dirhəmdən daha yaxşı və mənəvi dərəcənizi qaldıra bilən əməldən agah edim?”. Hamı dedi: "Bəli”. Həzrət (s) buyurdu: "Bu, Allahı çoxlu zikr etməkdir”.
Bəs hansı zikrləri edək?
1. Təsbihati-ərbəə. "سبحان الله و الحمد الله و لا اله الاّ الله و الله اکبر ("Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vəllahu əkbər”)”
Həzrət Peyğəmbər (s) buyurur: "Beş şey tərəzidə ağır olar: təsbihati-ərbəəni çox demək, müsəlman olan layiqli övladın ölməsi, övladı ölən zaman səbir ətəyindən əl çəkməmək və Allahın hesabına tapşırmaq”.
2. Təsbih (Subhənallah).
Bir nəfər İmam Əlidən (ə) bu təsbihin təfsiri haqqında soruşur. İmam (ə) buyurur: "Bu zikr Allaha təzim etmək və Onu müşriklərin Allaha nisbət verdiklərindən pak bilməkdir. Əgər bəndə onu desə, bütün mələklər ona salavat göndərər”.
İmam Sadiq (ə) buyurur: "İblis deyir: Beş şey vardır ki, mənim onlarda heç bir hiyləm yoxdur: Onlardan biri də gecə və gündüz "Subhənallah” zikrini çox deyənlərdir”.
İmam Əli (ə) buyurur: "O kəs ki, hər gün 30 dəfə "Sübhənallah” deyər, Allah 70 bəlanı ki, onların ən azı yoxsulluqdur, ondan dəf edər”.
3. "Lə iləhə İlləllah” demək.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah buyurur: "Lə iləhə İlləllah Mənim qalamdır və hər kim ora daxil olarsa, Mənim əzabımdan amandadır”.
Həzrət Peyğəmbər (s) buyurur: "Lə iləhə İlləllah kəlməsi - behiştin qiymətidir”.
İmam Sadiq (ə) buyurur: ""Lə iləhə İlləllah” zikrini çox deyin, çünki Allahın yanında bu iki zikrdən daha sevimli heç nə yoxdur”.
4. Həmd. (Əlhəmdulillah).
İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurur: "Hər kim
 الحمد الله کما هو اهله desə, səmanın yazanları məşğul olar”. Məsum İmamlar (ə) həmdi hər bir halda deməyi tövsiyə edirlər, həm nemətə çatanda və həm də müsibət baş verəndə.
5.  لا حول و لا قوّة الاّ بالله العلی العظیم  "Lə həvlə və lə quvvətə illə billəhil-Aliyyul-Azim”
Bu zikr - behişt xəzinəsindəndir. 99 dərdə şəfadır və onların ən azı isə qəm və giriftarlıqdır. İmam Sadiq (ə) buyurur: "Əgər davamlı olaraq qəm sənə üz tutarsa, de:
لا حول و لا قوّة الاّ بالله العلی العظیم "
6. İstiğfar ("Əstəğfirullahə Rabbi və ətubu iləyh” kimi zikrlər).
Çoxlu istiğfar etmək sayəsində günahlar bağışlanar və ruzi artar.
Allahi hər bir halda zikr edək. Allahı nəinki dilimizdə, həm də qəlbimizdə zikr edək ki, nəfsani istəkləri bizdən uzaq etsin və İlahi qürbə yaxınlaşdırsın. 
 
/Deyerler.org/



Category: Tövhid | Added by: Ənfal
Views: 1201 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 leyl   (2013-12-05 8:39 PM) [Daxil et]
cox saqolun

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]