Bazar günü, 2024-12-22, 4:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

İMANIN ƏSASLARI
2013-11-28, 9:33 AM
İMANIN ƏSASLARI



İmanın neçə sütunu vardır? Həzrət Peyğəmbərin (s) buyuruqlarını qəbul etmək dinin sütunlarındandır. Bu buyuruqların ən mühümü «üsuli-din», yəni dinin əsasını təşkil edən tövhid (Allahın birliyi), nübüvvət (peyğəmbərlik) və məad (ölümdən sonra həyat) inamlarıdır. Bəs qalan buyuruqlar necə? Məsələn, əgər bir şəxsdə imam Əlinin (ə) həzrət Peyğəmbər (s) tərəfindən xilafətə təyin olunmasına yəqinlik varsa necə? Məsələn, bir şəxs həzrət Peyğəmbərin (s) öz dilindən Əlinin (ə) xilafətə təyin olunmasını eşitdiyi halda düşmənçilik göstərərək bu həqiqəti inkar edirsə, onu imanlı hesab etmək olarmı? Əhli-beyt vilayətini inadkarlıq səbəbindən inkar edən şəxs cəhənnəm əhlidir. «Onlar Allahın lənət etdiyi şəxslərdir… Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki, biz İbrahim övladına da kitab və hikmət vermişdik»(«Nisa» surəsi, ayə 54.).
Fəqihlərin buyuruğuna əsasən dinin zəruri hökmlərini inkar etmək peyğəmbəri inkar etməkdir. Ümumiyyətlə, peyğəmbərin buyuruğunu inad üzündən qəbul etməmək peyğəmbərliyin inkarıdır. Hətta zəruri olmayan hökmün inkarına məntiqi münasibət budursa, Əhli-beytin vilayəti kimi mühüm bir məsələni inad üzündən inkar edəni imanlı hesab etmək olmaz.
Necə ola bilər ki, insan Allahı qəbul edə, amma onun yer üzündəki hakimiyyətini qəbul etməyə?! Yer üzündə Allahın hakimiyyətini icra edən peyğəmbər və imamların inkarı, Allahın hakimiyyətinin inkarıdır. Hətta qəlbinin dərinliyində də bu əqidədə olan insan kafirdir. Naqis, yarımçıq, ləkəli imanla behiştə getmək qeyri-mümkündür. Həzrət Peyğəmbərin (s) hər bir buyuruğu insanı xoşbəxt edəcək həqiqi imanın tərkib hissəsidir.
Category: Tövhid | Added by: Ənfal
Views: 1140 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 Günahkar-Bəndə   (2013-11-28 9:48 PM) [Daxil et]
yaxsiki yazirsiz bunlari bilmediklerimi oyrenirem

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]