Main » Files » Əqidə » Əqidə |
ƏQİDƏLƏRİN AŞKARLANMASI
2013-04-02, 6:33 AM | |
Quran baxımından münafiqlərin və möminlərin əqidəsi onların rəftar və ruhiyyələrində necə aşkarlanır? ƏQİDƏLƏRİN AŞKARLANMASI Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Möminin əqidəsi (imanı), kafirin inkarı (küfrü) onların rəftar və əməllərində müşahidə olunur.”("Üsuli-kafi”, 1-ci cild, səh. 76. ) İnsanların əməl və rəftarları Allaha, vəhyə, risalətə və dini məsələlərə mərifət əsasında aşkarlanır və onların əqidələrini göstərir. İndi isə Qurani-kərim baxımından münafiqlərin, kafirlərin və möminlərin əməl və rəftarlarının xüsusiyyətlərinə diqqət yetirin: MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ Ərəb ədəbiyyatında "nifaq” sözü gizlətmək, küfr etmək və zahirdə imanlı olmaq mənasını bildirir. Qurani-kərimdə də zahirdə İslamı qəbul edib, batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılmışdır. (Əqidədə yaranan) Bu nifaq əməldə, aşağıdakı xüsusiyyətlərə malikdir: Münafiqlərin siyasi xüsusiyyətləri: 1-Biganələrlə dostluq etmək.("Mücadilə” surəsi, ayə: 14.) 2-Vilayət məqamından üz çevirmək.("Nur” surəsi, ayə: 47-48. ) a) Dini hökuməti qəbul etməmək("Nisa” surəsi, ayə: 60-61; "Münafiqun” surəsi, ayə: 7. ) b) Vilayət göstərişlərinin (əməli olaraq) əksinə çıxmaq.("Nur” surəsi, ayə: 62-63. ) 3-Fürsətdən istifadə etmək.("Nisa” surəsi, ayə: 141; "Əhzab” surəsi, ayə: 19-20. ) 4-Möminləri təhqir etmək.("Hud” surəsi, ayə: 27; "Şüəra” surəsi, ayə: 111; "Tövbə” surəsi, ayə: 79. ) 5-Fitnə-fəsad törətmək.("Tövbə” surəsi, ayə: 47-48. ) 6-Psixoloji qalmaqal yaratmaq.("Əhzab” surəsi, ayə: 13. ) 7-Günahları yozmaq.("Nisa” surəsi, ayə: 62-63. ) Münafiqlərin psixoloji xüsusiyyətləri: 1-Özünü böyük görmək.("Münafiqun” surəsi, ayə: 5; "Bəqərə” surəsi, ayə: 206. ) 2-Qorxu içində olmaq("Əhzab” surəsi, ayə: 8-35. ) 3-İztirab və həyəcan içində olmaq.("Tövbə” surəsi, ayə: 56 və 64. ) 4-İnadkarlıq.("Bəqərə” surəsi, ayə: 18; "Əraf” surəsi, ayə: 179. ) 5-Mənəvi süstlük.("Nisa” surəsi, ayə: 108 və 142; "Tövbə” surəsi, ayə: 54) 6-Nəfsani istəklərə uymaq.("Mühəmməd” surəsi, ayə: 16. ) Münafiqlərin əxlaqi xüsusiyyətləri: 1-Özlərini göstərmək: a) Yalan danışmaq və riya.("Münafiqun” surəsi, ayə: 1; "Bəqərə” surəsi, ayə: 11-12. ) b) Yalan and.("Münafiqun” surəsi, ayə: 2; "Tövbə” surəsi, ayə: 56. ) v) Özlərinin yanlış üslublarını yozmaq.("Tövbə” surəsi, ayə: 42. ) q) Zahirlərinə fikir vermək.("Münafiqun” surəsi, ayə: 2; "Bəqərə” surəsi, ayə: 204. ) d) Yalan vədələr vermək.("Tövbə” surəsi, ayə: 75-77. ) 2-Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.("Əhzab” surəsi, ayə: 12; "Ali-İmran” surəsi, ayə: 154.) Münafiqlərin ictimai xüsusiyyətləri: 1-İman və islahat şüarları.("Nur” surəsi, ayə: 47. ) 2-İnsanları yaxşı işlərdən yayındırıb, çirkin işlərə dəvət etmək.("Tövbə” surəsi, ayə: 67.) 3-Paxıllıq etmək.("Tövbə” surəsi, ayə: 67; "Əhzab” surəsi, ayə: 19; "Münafiqun” surəsi, ayə: 7. ) 4-Möminlərdə eyb axtarıb, onları istehza etmək.("Bəqərə” surəsi, ayə: 14; "Tövbə” surəsi, ayə: 79) 5-Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək.("Ali-İmran” surəsi, ayə: 120; "Nisa” surəsi, ayə: 72; "Tövbə” surəsi, ayə: 50. ) 6-Kin-küdurət saxlamaq.("Ali-İmran” surəsi, ayə: 118. ) ƏXLAQDA NİFAQ VƏ İKİÜZLÜLÜK Əxlaqda ikiüzlülük dini hökmlərə iltizamlı olmamaqdır. Bu həm insanda, həm cəmiyyətdə öz təsirini göstərir.("Biharul-ənvar”, 72-ci cild, səh. 108. ) İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: "İnsanın ən aşkar nifaq və ikiüzlülüyü başqasını itaətə əmr edib, günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi və günahdan çəkinməməsidir.”("Qürərül-hikəm”, hədis: 3214. ) Həzrət Peyğəmbər (s) də buyurmuşdur: "Dörd sifətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi vədə sadiq qalmamaq, əhd-peymanı pozmaq və (başqalarına) qələbə çaldığı zaman günah işlərlə məşğul olmaq.”("Xisal” Şeyx Səduq, səh. 254. Nifaq və onun xüsusiyyətləri barəsində bax: "Mənşuri-cavid”, Cəfər Sübhani, 4-cü cild, səh. 9-178; "Əl-mizan”, 2-ci cild, səh. 96-97, 9-cu cild, səh. 325, 5-ci cild, səh.116-118, 19-cu cild, səh. 278. ) KAFİRLƏRİN XÜSUSİYYƏTİ Münafiqlərin və möminlərin malik olduqları xüsusiyyətləri nəzərə alsaq, kafirlərin fərdi və ictimai xüsusiyyətləri məlum olar. Quran ayələrində işarə olunan bu xüsusiyyətlərin bəziləri ni qeyd etməyi münasib görürük: 1-Dinin qarşısını almaq üçün mal-dövlət xərcləmək.("Ənfal” surəsi, ayə: 36. ) 2-İlahi nişanələrə istehza.("Qafir” surəsi, ayə: 81. ) 3-Batil bir işə görə boş-boşuna mübahisə etmək.("Kəhf” surəsi, ayə: 56. ) 4-Haqqı tapdamaq("Kəhf” surəsi, ayə: 56. ) 5-Qurana iman gətirməmək.("Səba” surəsi, ayə: 31. ) 6-İlahi əmrlərdən üz çevirmək("Ehqaq” surəsi, ayə: 3. ) 7-Yersiz etirazlar.(Əl-mizan”, 15-ci cild, səh. 222. ) 8-Həzrət Peyğəmbərə (s) istehza etmək(Yenə orada) 9-Nəfsani istəklərə uymaq.(Yenə orada) 10-Əqlə tabe olmamaq.(Yenə orada) MÖMİNLƏRİN XÜSUSİYYƏTLƏRİ Fərdi və ictimai baxımdan möminlərin xüsusiyyətləri: Fərdi xüsusiyyətlər: 1-Allaha təvəkkül etmək.("Ənfal” surəsi, ayə: 2. ) 2-Allahı yad edərkən qəlbləri titrəyər.("Ənfal” surəsi, ayə: 2; "Tövbə” surəsi, ayə: 51. ) 3-Vacib əməlləri (xüsusilə namazı) həmişə vaxtlı-vaxtında yerinə yetirmək.("Muminun” surəsi, ayə: 9. ) 4-İffətli olmaq və zinadan qorunmaq("Muminun” surəsi, ayə: 5. ) 5-Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha boyun əyər, Onun qarşısında kiçilərlər.("Muminun” surəsi, ayə: 2. ) 6-Yersiz və lüzumsuz işlərdən uzaqlıq.("Muminun” surəsi, ayə: 3. ) 7-İlahi ayələri eşidərkən imanları artar.(Ənfal” surəsi, ayə: 2. ) İctimai xüsusiyyətlər: 1-Başqalarını yaxşı əməllərə çağırmaq və çirkin işlərdən çəkindirmək. 2-Başqalarının maddi ehtiyaclarını təmin etmək. 3-Mömin qardaşlarla ilə dostluq etmək.("Tövbə” surəsi, ayə: 71. ) 4-Camaatla təmkin və təvazökarlıqla davranmaq.("Fürqan” surəsi, ayə: 63. ) 5-Xeyirxah işlərdə hamından qabağa keçmək.("Muminun” surəsi, ayə: 59.) 6-Kafirlərlə dostluq etməmək.("Mücadilə” surəsi, ayə: 22.) 7-Əmanətə sadiq qalmağa səy göstərmək.("Muminun” surəsi, ayə: 8. ) 8-Əhd-peymana vəfalı olmaq.("Muminun” surəsi, ayə: 8. ) 9-Allahın Rəsuluna itaət etmək.("Ənfal” surəsi, ayə: 1. ) İmam Sadiq (ə) bir rəvayətdə möminin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur: 1-Çətinlik zamanı dözümlü və sakit olarlar. 2-Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir etmək. 3-Ruzi və rifahı geniş olarkən Allaha şükür etmək. 4-Allah-taalanın əta etdiyi ruziyə razı və qane olmaq. 5-Düşmənlərə zülm və təcavüz etməmək. 6-Öz yükünü və işini dostlarının üzərinə atmasın, ya da dostluq xatirinə onların günahlarını öz öhdəsinə götürməsin. 7-Bədəni Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər. 8-Camaat onun əlindən əmin-amanlıqda olar. O həzrət rəvayətin sonunda buyurmuşdur: "Möminin elmi onun dostu və yardımçısı, helmi və səbri vəziri, yol göstərəni və məsləhətçisi, əqli əməllərə əmr edəni, müdarası gücü və qardaşı, ehsan və yaxşılığı mehriban və ürəkyandıran atasıdır.”("Səfinətül-bihar”, 1-ci cild, səh. 37. ) Bir sözlə, həqiqi mömin sonsuz bir aləmə bənzəyir. Möminlərin sifətləri və əməli xüsusiyyətləri barəsində əlavə məlumat əldə etmək istəyənlər "Nəhcül-bəlağə”nin "Həmmam” xütbəsinə müraciət edə bilərlər. | |
Views: 689 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |