Main » Files » Əqidə » Nübüvvət |
Peyğəmbərlərin (ə) məqamı yüksəkdir, yoxsa mələklərin?
2012-11-30, 10:02 AM | |
"De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır)”. ("İsra” 95). Bəs mələklərin məqamı yüksəkdir, yoxsa peyğəmbərlərin? Əhli-beyt (ə) davamçıları peyğəmbərlərin (ə) məqamının yüsək olduğunu düşünürlər. Mötəzililər isə mələklərin üstün olduğunu bildirirlər. Əhli-beyt (ə) davamçıları, peyğəmbərləri (ə) mələklərdən üstün hesab etmələrinin səbəbini "Ali-İmran” surəsinin 33-cü ayəsində görürlər. "Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi”. ("Ali-İmran” 33). Bu ayədə işlənən "aləmin” kəlməsi mələklərə də aid edilir. Ona görə də bu ayədən belə başa düşmək olur ki, peyğəmbərlər (ə) mələklərdən daha üstündür. Bəzi hədislər də bu məsələni sübut edir. Bir nəfər İmam Rzadan (ə) soruşur: "Peyğəmbərlərin (ə) məqamı üstündür, yoxsa ona göndərilən mələklərin məqamı?”. İmam (ə) buyurur: "Peyğəmbərlərin (ə) məqamı üstündür”. Peyğəmbərlərin (ə) mələklərdən üstün olmasına dəlalət edən səbəblərdən biri də odur ki, insanda həm ruhani və həm də cismi qüvvə vardır. İlahi peyğəmbərlər (ə) öz nəfslərinə qalib gəlib, mənəvi və ruhani qüvvələrini gücləndirmişdilər. Bu yolla kamala çatmışdılar. Halbuki mələklər cismi qüvvədən məhrumdurlar. Mələk aləmində yaşamaları zatı olduğundan onlar kamal əldə edə bilməzlər. Beləliklə belə nəticə çıxartmaq olar ki, peyğəmbərlərin (ə) məqamı mələklərin məqamından üstündür. | |
Views: 817 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1 |
Total comments: 3 | ||||||||
|