Main » Files » Əqidə » Məad |
Qəbir əzabından necə nicat tapmaq olar?
2013-05-26, 4:02 AM | |
İmam Əli (ə) buyurur: "Ey Allahın bəndələri! O kəsi ki, böyük Allah bağışlamayıb, ölümündən sonrakı çətinlikləri ölüm anında keçirtdiyi çətinliklərdən daha çox olar. Qəbrin sıxıntısından sonra qorxar, qürbət və tənhalığını yada salar. Həqiqətən qəbir hər gün fəryad çəkər ki, mən dəhşət eviyəm. Mən həşəratlar və heyvanlar eviyəm”. Bir insanın qəbri behişt bağlarından biri də ola bilər, cəhənəmin zülmətli çalası da ola bilər. Allahın düşmənlərinə verdiyi vədlərdən biri də qəbrin əzabıdır. Bəs qəbir əzabından necə qurtula bilərik? 1. İmam Əli (ə) buyurur: "Hər kim hər cümə "Nisa” surəsini oxuyar, qəbir əzabından amanda olar”. 2. Başqa bir hədisdə oxuyuruq: "Hər kim "Zuxruf” surəsini davamlı oxuyarsa, Allah Təala ona qəbirdə yer heyvanlarından və qəbir əzabından amanda saxlayar”. 3. İmam Sadiq (ə) buyurur: "Hər kəs cümə axşamının zöhründən cümə gününün zöhrünə qədər ölərsə, Allah qəbir əzabında ona nicat verər”. 4. İmam Rza (ə) buyurur: "Eşq olsun sizə, ey gecə namazı qılanlar! Hər kim gecənin sonunda ayağa qalxıb, 11 rükət gecə namazını qılarsa, Allah ona cəhənnəm və qəbir əzabından nicat verər. Ömrü uzun olar”. 5. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Təkasur” surəsini yatan zaman deyərsə, qəbir əzabından saxlanılar”. 6. O kəs ki, Nəcəfi-Əşrəfdə dəfn olunar. Nəcəfi-Əşrəfin türbətinin xasiyyət belədir ki, qəbir əzabını və Nəkirlə Münkirin hesabını orada dəfn olunanlardan uzaq edər. 7. Meyyitlə bir yerdə qəbirə iki tərli çubuq qoymaq qəbir əzabını uzaq edər. Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, bir nəfər qəbir əzabı çəkirmiş və Həzrət (s) onu basdıranlardan iki tərli çubuq istəyir. Ağacın sınmış budağını iki yerə bölüb birinin başının altına qoyur və o birisini isə ayaqalarının altına. Həmçinin qəbri sulamaq da faydalıdır. O zamana qədər ki, qəbri tərli olar, əzab ondan uzaq olar. 8. Rəcəb ayının ilk günündə on rükət namaz qılınsa ki, hər rükətində "Həmd”dən sonra 3 dəfə "Tövhid” oxunarsa, Qiyamətə qədər insanı qəbir əzabından qoruyar. Həmçinin Rəcəb ayının əvvəllərində qılınan 20-rükətli namaz qəbir əzabını dəf etmək üçün faydalıdır. 9. Hər kim Rəcəb ayından 4 və Şəban ayından 12 gün oruc tutarsa, qəbir əzabı aradan gedər. 10. Əgər meyytin qəbiri üstündə "Mulk” surəsi oxunarsa, qəbir əzabından nicat tapar. (Tebyan/ Deyerler.org) | |
Views: 1043 | Downloads: 0 | Rating: 4.6/5 |
Total comments: 0 | |