Cümə günü, 2024-11-22, 7:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Ömrü qısaldan və uzadan əməllər
2013-09-24, 1:23 PM
Ömrü qısaldan və uzadan əməllər

Ölüm o qədər qarışıq məsələlərdəndir ki, bəzən insanı qəflətən yaxalayır. Həyatda olan zaman ölümlə bağlı insan zehnində çox sayda suallar meydana gəlir. Ancaq insan bunu dəqiq bilir ki, həyatın bu həqiqətindən qaçış yoxdur. Hər bir canlı varlıq bir gün onunla üzləşəcəkdir.
İmam Sadiq (ə) buyurur: "İnsanlar öz ömürləri ilə yaşamazdan əvvəl ehsan və yaxşılıqları ilə yaşayarlar. Əcəli çatıb ölməmişdən qabaq isə günahlarına görə ölərlər”.
 
Əcəlin mənası nədir?
Əcəl - insan ölümünün zamanı və ömrünün sonu deməkdir. Əcəl iki cür olur: ani ölüm və qəti ölüm. Qəti və təbii ölüm o ölümdür ki, insanın ölməsi üçün bütün amillər hazırdır və ölüm təbii halda bədənə daxil olur və insan həyatına son verir. Yaşlaşmaq kimi. Ancaq ani ölüm o ölümdür ki, insan günaha düçar olan zaman təyin edildiyindən də tez bir zamanda ölümə məruz qalır. Quran dəfələrlə bu mövzuya işarə etmişdir.
İmam Sadiq (ə) buyurur: "Qəti olmayan, ani əcəl Allahın istəyi ilə olar. Ancaq qəti əcəl odur ki, Qədr gecəsində gələn Qədr gecəsinə qədər təqdir edilər. Bəli, budur Allahın kəlamı: "Allahın əzəli elmində və Onun Lövhi-Məhfuzunda müəyyən bir əcəli vardır ki, əcəlləri sona çatanda, bir saat olsun belə, gecikməzlər””. ("Yunus” 49).
Ona görə də qəti əcəldə insanın təbii ölümü müəyyən olunmuş olar. O zaman ki, gəlib çatar, heç bir şey qarşısını ala bilməz. Ancaq ani və ya şərti ölüm o ölümdür ki, insan müəyyən günaha düçar olan zaman ölüm vaxtı tezləşər və insanın həyatı sona çatar. Əlbəttə hər iki əcəl insanın təqdiridir ki, yazılar. Misal üçün insanın təqdirində yazıla bilər ki, əgər bu insan filan yaxşı işi yerinə yetirərsə, əcəli tezləşdirən günahlara batmazsa, 70 il, amma əgər əcəli yaxınlaşdıran günaha batarsa, 30 il yaşayacaqdır. Ona görə də qəti əcəl mütləqdir, dəyişdirilə bilməz. Ancaq ani əcəl xüsusi şərtlərdən asılı olduğu üçün, onu dəyişdirmək mümkündür.

Bəs ani ölümlərin sayı niyə artır?
İnsanların əksər hissəsi İlahi təqvanı və itaəti tərk etdikləri üçün ömürləri qısalır. Allah Təala açıq şəkildə buyurur ki, həyatda üzləşdiyin bir çox çətinliklər Allah zikrini tərk etdiyin üçündür. "Hər kim Məni yada salmaqdan üz döndərərsə, çətin və ağır həyatı olacaqdır”.
 
Ölümü yaxınlaşdıran günahlar hansılardır?
1. Qohumluq əlaqəsini kəsmək.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Sileyi-rəhm evləri abad edər, ömürləri uzadar, baxmayaraq ki, (hətta) onu yerinə yetirənlər yaxşı insan deyildirlər”. Hədislərə nəzər salan zaman görmək olur ki, qohumluq əlaqəsini kəsmək Allaha şirk günahı ilə bərabər tutulmuşdur.
 
2. Yalan.
Yalan insan həyatına çox ziyan vurur, o cümlədən ömrünü qısaldır. Peyğəmbər (s) yalandan and içmək haqqında buyurur: "O kəs ki, yalandan and içər və bilər ki, yalandır, Allahla döyüşə girmiş olar. Həqiqətən, yalan and evləri sahibsiz edər və övladlarının yoxsul olmasına səbəb olar”.
 
3. Zina.
Zinanın gətirdiyi xəcalətverici təsirlərdən biri də ömrün qısalması, pis və ani ölümdür. Həzrət Peyğəmbər (s) buyurur: "Ey müsəlmanlar! Zinadan çəkinin ki, onda 6 (pis) xasiyyət vardır. Üçü bu dünyada və üçü də axirətdə. O şey ki, bu dünyadadır: gözəlliyi və camalı aparar, yoxsulluq gətirər və ömrü qısa edər. Ancaq onlar ki, axirətdədir: Allahın qəzəbinə səbəb olar, pis hesab çəkilər və cəhənnəm atəşinə düşər”.
 
4. Ata və anaya əziyyət vermək.
İmam Sadiq (ə) buyurur: "Allaha o günahlardan pənah aparıram ki, məhv etməkdə tələsir, ölümü yaxınlaşdırır, evləri sahibsiz edir. Onlar ibarətdir: valideynlərə əziyyət vermək və ehsan və yaxşılıq etməkdən əl çəkmək”.
 
Bəs əcəli təxirə salan amillər hansılardır?
Sileyi-rəhm etmək, günahdan uzaq olmaq, qonşu ilə gülərüz rəftar etmək, sədəqə vermək ömrü uzadar və əcəli təxirə salar.
İmam Əli (ə) buyurur: "Sədəqə verməklə ömürlər uzanar”.
İmam Sadiq (ə) buyurur: "O kəslər ki, günahlarına görə ölürlər, İlahi ölümlə dünyadan gedənlərdən çoxdurlar. O kəslər ki, yaxşılığa görə ömürləri uzanır, təbii amillərə görə ömürləri uzanan kəslərdən çoxdurlar”.
 
(Tebyan/ Deyerler.org)
Category: Məad | Added by: Ənfal
Views: 1620 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]