Bazar ertəsi, 2024-11-25, 6:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Ölüm əlamətləri
2013-05-26, 4:47 AM
Ölüm əlamətləri

Ən gözəl moizə ölüm barədə düşünməkdir...
Heç bir hadisə qəfildən baş vermir. Hətta avtomobil qəzaları da! Amma insanlar adətən ətrafda baş verənlərə, daxili duyğularına diqqətsiz olurlar. Əslində bütün baş verənlərin əvvəlcə mesajı gəlir. Bu mesaj məsələn günahın cavabı ola bilər. Günah var yoxsulluq gətirir, günah var ömrü qısaldır, günah var qəfil ölümə səbəb olur. Əgər qəfil ölüm günahla bağlı olarsa demək o da qəfil deyil.
O cümlədən ölümün əlamətləri var. Deyirlər ki, ölüm qəfil, xəbərdarlıq etmədən gəlir. Amma bir çox ariflər, övliyalar əvvəlcədən ölümünü hiss edib.
Qurtubi nəql edir ki, rəvayətlərə əsasən bir gün həzrət Peyğəmbər (s) Ölüm Mələyindən soruşur: "Özündən qabaq bir qasid göndərirsənmi ki, insanları qorxutsun?” Ölüm Mələyi deyir: "Bəli! And olsun Allaha ki, mənim çox qasidim var. Xəstəliklər, saçların ağarması, görmə və eşitmənin zəifləməsi mənim qasidlərimdir." Bu əlamətlərə əhəmiyyət verməyən insan ölüm səfərinə hazırlaşmır və ölümün qəfil gəldiyini gdüşünür. Əgər deyilirsə ki, ölüm qəfil gələcək, bu özü xəbərdarlıqdır və insan ölümə hazır olmalıdır.
Qafil insan qəbirə qoyulduqdan sonra ayılsa geri qayıtmaq imkanı varmı? Fatir surəsinin 37-ci ayəsində bu suala cavab veriir: "Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) "Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”
Öyüd-nəsihət? Ən gözəl moizə ölüm barədə düşünməkdir.
İbrahim surəsinin 9-10-cu ayələrdən aydın olur ki, ölüm iki növdür: "Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, (saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: "Biz sizinlə göndərilənlərə (möcüzələrə və peyğəmbərliyinizə) inanmırıq və bizi dəvət etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər. Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: "Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) Günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana dəvət edir”. Onlar demişdilər: "Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!”
Demək, əcəl "müsəmma” və "müəlləq” olmaqla iki qrupa bölünür.
Nuh surəsində də ölümün tezləşməsi mümkün sayılır: "Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin! (Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!” (ayə 3,4)”
İstənilən bir halda əcəl insana ən yaxın olan hadisədir. İnananlar bu səfərə azuqə hazırlayır. Ölümü yaddan çıxarmaq insanı günaha sövq edən ən güclü amildir.

N. Qasımov
HaqqYolu üçün
Category: Məad | Added by: Ənfal
Views: 1167 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]