Cümə axşamı, 2024-05-02, 9:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

İnsanların bəziləri niyə məadı qəbul etmir?
2013-03-29, 6:23 AM
İnsanların bəziləri niyə məadı qəbul etmir?

Quranın nəzərinə görə məada inanmamağın bir neçə səbəbi vardır.

1. Elmi şübhələr.

Elmi şübhə odur ki, necə Allah dağılmış sümükləri toplayacaq və ona həyat verəcəkdir? İnsan ölən zaman bədəni tamamilə dağılır və torpağa qarışır. "Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!» Bizim ata-babalarımız da (dirildiləcəklər)?””. ("Vaqiə” 47-48). Allah Təala onlara belə cavab verir: "Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik? Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik”. ("Qiyamət” 3-4). Bu ayədən göründüyü kimi Allah nəinki bədəni bir yerə toplayır, hətta ən həssas incəliklərinə qədər onu yenidən canlandırır.

2. Əməli şübhələr.

Əməli şübhə odur ki, elmin buyurduqlarını görməməzliyə vurmaq və məadın haqq olmasına elminin olmağına baxmayaraq, havapərəstlik etmək. "Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. ("Casiyə” 23).

Quran bu cür insanları şeytanın ardıcılı adlandırır. Bu insanlar axirətlərini dünya nemətinə dəyişərlər. "Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır”. ("Bəqərə” 86).

İnsan bir iş görməmişdən qabaq onun nəticəsini fikiləşməlidir. Əməldə ixlasın olması insana nicat verər. İxlas elə bir şeydir ki, insanın düşməni olan şeytan belə ixlaslı bəndələr qarşısında aciz qalar. "(İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla»”. ("Sad” 82-83).

"Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır”. ("Mücadilə” 19).

Beləliklə deyə bilərik ki, şeytan ilk olaraq məad haqqında şübhə yaratmışdır. Sonra ona bürhan libası geyindirmiş və sonra da onu əməldə vəsvəsə ilə insanların zehninə yeritmişdir. İnsanı əməli şübhələrə tərəf sürükləmişdir. O, özünün bu işini belə izah edir: "Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər” (Maidə surəsi); "Allahın (ruh və cisimdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür”. ("Nisa” 118).

Bəli, hər kim şeytanın bu vədinə əməl edər, cəhənnəm əhlindəndir. Məada və qiyamət gününə iman bəsləmək - dinimizin zərurətlərindəndir və hər kim bu etiqadı qəbul etməzsə, kafirlərdən və iblis lənətliyin ardıcıllarından olar.



(Tebyan/ Deyerler.org)
Category: Məad | Added by: Ənfal
Views: 803 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]