Cümə axşamı, 2024-11-21, 5:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Cənnət Restaurantları-2
2012-11-10, 6:30 AM
Cənnət Restaurantları-2



Bəzən önlərində olan meyvə yerinə başqa bir meyvəni canları çəkdiyində o meyvə arzulaydıqları meyvəyə çevrilər. Bir hədisdə Hz. Peyğəmbər (saa) belə buyurur: Yuxu aləmində əmim Həmzəni gördüm. Qarşısında ona təqdim edilən bir qab cənnət üzümlərindən vardı, bir anda bu üzümlər xurmaya çevrildi. (Quranda Qiyamət, s. 36.)

Cənnət Yeməkləri:

 Allahın Elçisi (saa)dan nəql edilən bir hədisdə: "Cənnətin içində incidən bir saray vardır. O sarayın içində qırmızı yaqutdan yetmiş ev vardır. Hər evin içində yaşıl zebercedden (zümrüd cinsindən parlaq, yaşıl, qiymətli bir daş) yetmiş ev vardır. Hər evin içində yetmiş taxt, hər taxt üzərində də hər rəngdən yetmiş yataq vardır. Hər evin içində yetmiş süfrə, hər süfrənin üzərində də yetmiş növ yemək vardır. Həmçinin hər evin içində yetmiş ədəd  xidmətçi vardır..." ( Mecme-ul Bəyan Fi Təfsir-ul Quran Tərcüməsi, c. 24, s. 41)

Cənnət meyvələri mövzusunda hər bir cənnət meyvəsinin yüz min fərqli dadı və ləzzəti olduğu bəyan edilmişdir. ( Quranda Qiyamət, s. 36) Bunun üçün cənnət əhlinin yediyi bir meyvəni ikinci dəfə yediyində fərqli bir dad və ləzzət aldığı qarışıqlıqla belə söylədiyi nəql edilmişdir: 

ُکُلَّما رُزِقُوا مِنْها مِنْ ثَمَرَةٍ رِزْقاً قالُوا هذَا الَّذِي رُزِقْنا مِنْ قَبْلُ وَ أُتُوا بِهِ مُتَشابِها
…(O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, -deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. (Bəqərə surəsi, 25. ayə)

Cənnət meyvələri nüvəsizdir , qalın qabıqlı və çatmamış olmayacaq və bütün cənnət meyvələri təzə, yetmiş, yetkin və çox ləzzətli olacaq. Budağından qoparılan bir meyvənin yerini dərhal təzəsi və yetmiş bir meyvə  götürəcək. (Quranda Qiyamət, s. 36) Cənnət meyvələri hər vaxt yetmiş, daimi ağacların bütün budaq və budaqları təzə meyvələrlə dolu dolu olacaq.

Qurani Kərimdə cənnət meyvələri haqqında belə buyurulmuşdur:

فِيهِما فاکِهَةٌ وَ نَخْلٌ وَ رُمَّان

Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır. (Rəhman surəsi, 68. ayə)

و طَلْحٍ مَنْضُودٍ

meyvələri salxım-salxım asılmış banan ağacları altında, (Vaqiə surəsi, 29. ayə)

وَ النَّخْلَ باسِقاتٍ لَها طَلْعٌ نَضيدٌ

Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik) – ( Qaf surəsi, 10. ayə)

Ayənin zahirinə görə cənnət əhlinin yeməkləri nahar və aşkam yeməyi olaraq bəyan edilmişdir ( Və bəlkə də günortadan sonra və axşam üstüdür.) Bəlkə də bu iki pay yeməyin əhəmiyyətinin başa düşülməsi üçündür.

tebyan


Category: Məad | Added by: Ənfal
Views: 798 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]