Bazar günü, 2024-12-22, 4:22 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Axirətdə insanın dadına çatacaq 2 şey
2013-03-22, 4:51 PM
Axirətdə insanın dadına çatacaq 2 şey


Əbu Əyyub Ənsari nəql edir: "Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "İlahi itaət libasını əyninizə geyinin və havayi-nəfsinizlə müxalifət paltarını canınıza geyinin. Axirəti özünüz üçün edin. Bilin ki, siz tezliklə köçəcəksiniz. Allaha tərəf gedəcəksiniz. O günü qabaqcadan göndərdiyiniz saleh əməllərdən və yığdığınız savabdan başqa sizi heç bir şey ehtiyacsız etməyəcəkdir. Əməllərinizə görə sizə savab və ya cəza veriləcəkdir””.

Hidayət nuru.

Bu hədisdə dörd göstəriş verilmişdir ki, onlara nəzər salaq:

1. İlahi itaət libasını əyninə geyinmək.

2. Havayi-nəfsi ilə müxalif olan paltar geyinmək.

3. Axirəti özünüz üçün saxlayın.

4. Sizin əsl səyiniz - əsl mənziliniz üçün olmalıdır.



Burada diqqət etməli olduğumuz ən mühüm məsələ odur ki, itaət insan üçün zinətli bir libasdır ki, onu əyninə geyinər. Bu libas insan simasını gözəl edər. O cəmiyyət ki, Allahın əmrlərini yerinə yetirir, gözəl cəmiyyətdir. Allahsız cəmiyyət isə elə bir cəmiyyətdir ki, hər tərəfindən çirkinlik yağır.

Elə bir insanı təsəvvür edin ki, nə dilinə, nə bədəninə və nə də hərəkətlərinə nəzarət etmir. Ağzına gələni deyir və nə istəyirsə, onu edir. Bu insanı dilinə, gözünə, hərəkətlərinə nəzarət edən insanla müqayisə etsək görərik ki, onların arasındakı fərq çoxdur. İnsan fitri olaraq pakizə və gözəl olana tərəf can atar. Ona görə də həmişə itaət əhlinə tərəf can atırlar.

Hədislərin bir çoxunda insanlar səfərə çıxmış səyyahlara bənzədilir ki, bu dünyada müvəqqəti qalarlar. Çünki insanın son məqsədi axirətdir. İnsanın bu dünyaya gəlməsi və getməsi öz ixtiyarında deyildir. İnsan qaldığı yerdə özünə yaşayış vasitələri əldə edir. Hərəkət üçün hazırlaşır. Keçmişdə edilən səyahət ilə indiki səyahətlər fərqlənir. Keçmişdə bir şəhərdən başqasına getmək istəyəndə iki şəhər arasındakı məsafəni bir neçə hissəyə bölürdülər. İnsanın bir gündə gedə biləcəyi məsafənin başında bir mənzil tikərdilər. Burada qalıb istirahət edir və güc toplayardılar ki, sabahısı yola düşəndə yol gedə bilsinlər. Həm də bu cür mənzildə oğrulardan və vəhşi heyvanlardan amanda qalırdılar. O kəs ki, bu cür mənzilə çatır, onu necə özünün əbədi evi hesab edə bilər ki?

Əgər bizim dünyaya baxışımız bu mənzil kimi olsa, halımız fərqli olardı. Çünki buranın müvəqqəti olduğunu bilər və ona bel bağlamazdıq. "Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!” ("Ənkəbut” 64).

Əgər dünyaya baxışımız belə olsa, bir tikə torpaq və ya məqam üçün özümüzü həlak etmərik.

O biri dünyada insanın dadına ancaq iki şey çata bilər: qabaqdan göndərdiyi saleh əməli və qazandığı savab və yaxşılıqlar. Bu ikisi arasındakı fərq odur ki, saleh əməl insanın özünə məxsusdur və savab isə İlahi alicənablıqdan insana verilər.

İnsanın bu dünyada olan ən böyük problemi odur ki, həqiqətləri dərk etmir. Nə qədər maraqlıdır ki, insanın bütün həyatı bu üç cümlədə cəmlənmişdir: haradan gəlmişik, haradayıq və hara gedəcəyik? Hər kim bu üç sualın cavabını bilər, İlahi rəhmətə layiq olar.

İmam Əli (ə) Kufə darvazasına yaxınlaşır və ölülərlə söhbət edirdi. O, buyururdu: "Əgər bu ölülərə icazə verilsəydi ki, sizinlə əlaqə saxlasınlar, hər an sizə xəbər verərdilər ki, saleh əməldən və təqvadan üstün bir şey yoxdur”.



(Tebyan/ Deyerler.org)
Category: Məad | Added by: Ənfal
Views: 940 | Downloads: 0 | Rating: 3.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]