Bazar günü, 2024-12-22, 4:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » İmamət

Mövludun mübarək, ya İmam Səccad (ə)!
2013-06-14, 9:42 AM

Mövludun mübarək, ya İmam Səccad (ə)!


 Əli ibni Hüseyn ibni Əli İbni Əbitalib (ə) 38-ci Hicri ilində dünyaya gəlmiş və 94-cü ildə Vəlid ibni Əbdulməlik tərəfindən zəhərləndirilərək şəhid edilmişdir. İmam Səccad (ə) dördüncü İmamdır və İmam Əlinin (ə), İmam Həsən (ə) və İmam Hüseynin (ə) İmamətlik dövrünü dərk etmişdir.

İmam Səccad (ə) elə bir dövrdə yaşaırdı ki, bütün dini dəyərlər dəyişdirilmiş və təhrif edilmişdi. Mədinə əhli bir qul kimi Yezidə (lən) beyət etməli idilər. İslam əhkamı bəzi nadanların əlində oyuncağa çevrilmişdir. Bu nadanlara İbni Ziyadı, Həccacı, Əbdülməliki misal çəkmək olar. Həccac Əbdülməliki Həzrət Peyğəmbərdən (s) daha üstün bilib, dinin əksinə olaraq müsəlmanlardan fidyə yığırdı. İnsanlara töhmət və iftira atıb, cəlladların əlinə verərdi.

Belə bir hökumətdə aydındır ki, insanların dini tərbiyəsi hansı həddə idi. Cahil adətlər necə dirildilmişdi. İmam Səccad (ə) bu dördə ibadətin mənbəyi və təcəssümü kimi tanınaraq, insanları dua vasitəsilə tərbiyə etməyə çalışırdı. İnsanlar onun əxlaqına vurğun idilər. Elm axtaranların bir çoxu onun hədislərini nəql edərdilər. Həzrət Peyğəmbər (s) və İmam Əlidən (ə) qayanaqlanmış sonsuz elmdin feyz alırdılar. Şafeyi İmam Səccadı (ə) belə təsvir edir: "Əli ibn Hüseyn (ə) Mədinənin ən fəqih insanı idi, vahid xəbərə söykənərdi”. İbni Şəhab Zəhri dövrünün tanınımış alimlərindən idi və İmamı (ə) həmişə mədh edərdi. İmama (ə) xəyanət etdiyi üçün İmam (ə) onu danlamışdı. Ancaq İmamın (ə) hədislərinin ən çox nəql edəni olmuşdur. O, İmamın (ə) ibadətlərinə vurğun idi. O, İmamı (ə) o qədər mədh edirdi ki, hətta Əməvilər ona deyirdi: "Ya Zəhri! Əli ibni Hüseyn nə etmişdir ki?”.

Səyid ibni Məsib İmam Səccad (ə) haqqında yazır: "Heç kimi Əli ibni Hüseyn (ə) kimi təqvalı görmədim”.

İmam (ə) öz zamanında Əli xeyr, Əli abid adları ilə məşhur idi. İmam (ə) səcdə əhli olduğu üçün ona Səccad (ə) deyirdilər. Səcdənin təsiri həmişə alnında görünərdi. Nəql edilir ki, Həzrət (ə) dəstəmaz alan zaman rəngi qaçardı və bunun səbəbini soruşan zaman deyərdi: "Məgər bilirsinizmi ki, Kimin qarşısında dayanacağam?”. Nəql edilir ki, İmam (ə) namazda dayanan zaman heç bir şeyə diqqət etməzdi. Hətta bir dəfə oğlunun qolu sınır və həkim gətirib qolunu bağlayırlar. Həkim uşağın qolunu bağlayan zaman uşaq qışqırırdı. İmam (ə) namazını bitirəndən sonra gəlib görür ki, uşağının qolunu bağlayıblar və çox təəccüblənir.

İmamın (ə) çoxlu sədəqə verməsi dillər əzbəri idi. Şəhadətindən sonra məlum olur ki, Mədinənin 100 ailəsi onun sədəqəsi sayəsində yaşayırmış. İmam Baqir (ə) nəql edir ki, atası gecə yarısı babası İmam Əli kimi (ə) belinə çörək xurcunu alır və yoxsulların qapılarının ağzına qoyurdu. O, buyururdu: "Gecənin qaranlığında verilən sədəqə Allahın qəzəb atəşini yatızdırar”.

İmamın biz Əhli-beyt (ə) davamçılarına yadigar qoyduğu "Səhifeyi-Səccadiyə” dua kitabı başdan-başa nəsihət və təbliğ kitabıdır. İmam (ə) bu duaların vasitəsilə zamanının Əhli-beyt (ə) davamçılarına düz yolu göstərir və bidətlərdən uzaq olmağa çağırırdı. Allaha necə bəndə olmağın yollarını bəyan edirdi.

Salam olsun sənə ey İmam Səccad (ə)!

Salam olsun sənə ey Zeynəladibin (ə)!

Salam olsun sənə ey Əli ibni Hüseyn (ə)!

 

(Həvzəh/Deyerler)

Category: İmamət | Added by: Ənfal
Views: 875 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]