Main » Files » Əqidə » Ədl |
Mömin qardaşa münasibətdə ən böyük zülm
2012-11-13, 8:20 AM | |
Böhtan ən böyük - kəbirə günahlardandır. Bu gün düşmənlərin əlində olan ən böyük silah böhtandır. Quran onu şiddətlə qadağan etmiş və məzəmmət etmişdir. Əslində böhtan yalanın ən pis formasıdır. Əgər şəxs qaibdirsə, üstəlik qeybət də sayılar. Belə halda insan iki günah işlədər, biri yalan və o birisi isə qeybət olar. Böhtan və iftira o yalandır ki, insan başqasının haqqında razı olmadığı bir yalan danışar. Böhtan o yalandır ki, şəxsi işlətmədiyi günahla ittiham edəsən. Ya da onda olmayan bir nöqsanı ona nisbət verəsən. Fərqi yoxdur ki, onun yanında olsun, ya qaib olan zaman. Mömin qardaşını elə bir günahla ittiham edirsən ki, o, bunu etməmişdir. Hədislərdə böhtan mömin qardaşın haqqında edilən ən çirkin əməl kimi dəyərləndirilmişdir. "Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır”. ("Hucurat” 12). Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Hər kim imanlı qadın ya kişiyə böhtan atarsa, ya da elə bir şey deyər ki, həmin şəxsdə o xüsusiyyət yoxdur, Allah Qiyamət günü onu alovlu topanın üzərində qərar verər ki, dediklərindən xaric olsun”. İmam Sadiq (ə) buyurur: "O zaman ki, bir mömin o biri mömin qardaşını ittiham edər və ona töhmət (böhtan) vurar, qəlbindəki imanı məhv olar. Necə ki, duz suda əriyər. O zaman ki, möminin imanı əriyər, qəlbində imandan əsər qalmaz. Yeri cəhənnəmdir”. İmam Səccad (ə) buyurur: "Hər kim insanlara onlarda olan eybi nisbət verərsə, insanlar da onda olmayan eybi ona nisbət verərlər”. İmam Sadiq (ə) buyurur: "O zaman ki, mömin, qardaşına töhmət vurar, imanı qəlbində suya çevrilər. Necə ki, duz suda həll olar”. Həzrət (ə) başqa yerdə buyurur: "Hər kim din qardaşına töhmət vurar, hər ikisinin arasında hörmət qalmaz”. O cəmiyyətdə ki, böhtan və iftira olar, bu cəmiyyət tez bir zamanda dağılar. Haqqı batil və batili haqq kimi göstərər. Günahsızları ittiham edər və günah əhlini azad buraxarlar. Hüsnü-zənn sui-zənnə çevilər. İnsanların bir-birinə inamı azalar. Dostluq yerini düşmənçiliyə verər. İnsanlar bir-birindən aralı məsafədə yaşayarlar. Cəmiyyətdə kin artar. Bu cür cəmiyyət çox ayaqda qala bilməz. Ona görə də bu kəbirə günahdan uzaq olaq ki, həm bu dünyada və həm də axirətdə bizə ziyan gətirər. Deyerler.org /Tebyan | |
Views: 880 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1 |